Fermentlər bir yaradılış möcüzəsidir
				  Təbii seleksiyanın olması üçün, yeni quruluşlar yaratmaq məqsədiylə mutasiyaların reallaşdığını heç gördünüzmü? (...) Yeni inkişafa başlayan bir orqanın varlığı heç bir zaman görülməyib. Bəziləri indi müşahidə edilə bilməlidir, bir orqanizmdə funksional yeni bir sistem meydana gətirəcək müxtəlif mərhələlərin meydana gəlişi görülməlidir. Amma hələ ki onları görmürük: Belə bir nağıl üçün heç bir dəlil yoxdur. Nə müşahidələr, nə də təcrübələr təbii seleksiyanın mutasiyalardan istifadə edərək yeni bir gen, hormon, ferment sistemi və ya orqan ortaya çıxardığını göstərməyib.
				    Təkamülçü Michael Pitmanın bu sözləri digər təkamülçülərin  də açıqca gördüyü, ancaq etiraf etməkdən çəkindikləri həqiqətlərin bir xülasəsidir.  Təkamül nəzəriyyəsinin söykəndiyi iki təməl mexanizm vardır: Mutasiyalar və təbii seleksiya. Pitmanın da  etiraf etdiyi kimi bu mexanizmlərin heç biri bir canlıya faydalı, işləyən bir  orqanı və ya bir quruluşu qazandırmayıb, onu heç bir zaman yoxdan var etməyib.
				    İnsana aid orqan və ya quruluşları bir kənara qoyaq, darvinistlər  bir bütün olaraq insanın meydana gəlməsinə bir şərh verməlidirlər. İnsan bədəni  elə bütövdür ki, tək bir molekulun funksiyasını yerinə yetirə bilməsi üçün bu  bütövün bir yerdə olması şərtdir. Məsələn, fermentlər; reallaşdıracaqları  reaksiyalar, onları kodlaşdıran genlər, bu kodları meydana gətirən DNT, iş sahələrində  olan hüceyrələr, gələn qidalar, birləşəcəkləri substratlar, içində hərəkət  etdikləri qan, onu hərəkət etdirən ürək, onu koordinasiya edən beyin, xüsusi bir  bədən istiliyi, xüsusi bir bədən pH-ı və bunları da bir-birinə bağlayan saysız  amillər birlikdə çalışırlar. Bunlardan heç birini sıradan çıxara, sistemi sadələşdirməyə,  heç birinin sırasını dəyişdirə bilməzsiniz. Belə bütövlük içindəki bir  quruluşun sahib olduğu hər parça fövqəladə dərəcədə mürəkkəbdir. Bu isə təkamülçülər  tərəfindən açıqlana bilməz.
				    Onda insana aid tək bir molekula geri dönək. Təkamülçülərin  fermentlər üçün bir şərhləri vardırmı? Bir ferment, sahib olduğu xüsusi amin  turşuları, bunların xüsusi düzülüşü, sahib olduğu xüsusi üç ölçülü quruluş,  birləşəcəyi substrata uyğun üç ölçülü bir yuvası, bunlardan əlavə Kataliz kimi  möcüzəvi bir işi reallaşdırması, zaman tənzimləməsi, köhnəlməməsi, yanılmaması,  fasilə etməməsi təkamülçülərin açıqlaya biləcəyi bir quruluşdurmu? Fərqli  canlılarda eyni fermentlərin bənzər vəzifələri həyata keçirməsi hansı darvinist  mexanizm ilə açıqlana bilər? Şübhəsiz bunların hamısı təkamülçülər üçün  açıqlana bilməz hadisələrdir. Günümüzün ən qatı təkamülçülərindən Riçard  Doukinsin bu mövzuyla əlaqədar etirafını Yaradılış Araşdırma Cəmiyyətindən  (Creation Research Society) Jon Covey bu şəkildə çatdırır:
				    Bir  avtomobil dizayneri üçün karbürator mütləq lazımlıdır. Eynilə burada meydana  çıxan ehtiyac kimi Allah da Glikoliz üçün heksokinaz fermentini yaratmışdır.  Bir-birinə bənzər şəkildə forma verilmiş çınqıl daşlarının arasında bir ox görsək  ağıllı bir yaradıcının və ya qabiliyyətli bir işçinin burada olduğunu  anlayarıq. Amma bəziləri kompleks bir canlı gördüyü zaman, usta bir memarın  varlığını qeyri-mümkün hesab edir. Bu necə ola bilər? Təkamülçülərin  hazırlanmış bir maşın ilə maşın kimi çalışan bioloji varlıq arasındakı bənzərlikləri  inkar etdikləri bir vaxt var idi. Ancaq bu vəziyyət dəyişdi. Blind Watchmakerda  (Kor Saatçi) Richard Dawkins belə bioloji varlıqların açıqca bir dizayn  olduğunu etiraf etmişdir. Bunların hazırlanmış olduqlarını inad bir şəkildə  inkar etsədə, lakin ən azı bunların bir dizayna oxşadıqlarını etiraf edib:
				    Düzgün  bir şəkildə istifadə edildiyi zaman şəkərin enerji qaynağı ola biləcəyinin bir  təsadüf nəticəsində bilinməsi qeyri-mümkündür. Əlavə olaraq bu enerjidən  üstünlük əldə etmək üçün nə edilməli olduğunun bilinməsi də qeyri-mümkündür. Təkamül  necə kimyəvi reaksiya ardıcıllığını geri çevirər? Və təkamül kompleks və  ardıcıl fermenti necə inkişaf etdirər? Bundan əlavə glikolitik fermentlərin  hamısı inkişaf edənə qədər fermentlər sistemini təkamülləşdirən orqanizm enerji  və qida qaynaqlarını istehlak edən gərəksiz fermentlər ifraz edərdi. Hər biri fəaliyyətə  başlamadan, heç biri işləməz. Yalnız glikolitik reaksiyalar deyil, canlı hüceyrədə  olan digər bütün ferment sistemləri də.
				    Bir fermentin təkcə heç bir şey ifadə etmədiyi halda təsadüflər  nəticəsində ortaya çıxması təkamülün öz iddiaları ilə ziddiyyət təşkil etməkdədir.  Xəyali təkamül nəzəriyyəsinə görə bir fermentin yoxdan var ola bilməsi üçün,  içində hərəkət edib fəaliyyət göstərə biləcəyi bir canlı bədəninin varlığı şərtdir.  Ancaq canlı orqanizm fermentlər olmadan, sağ qalması mümkün deyildir. Bu vəziyyətdə  fermentlərin içində yaşayacağı və yaşatacağı canlı bədənin, onun idarəsini təmin  edən ferment inhibitorlarının, substratların və bütün digər molekulların sözdə  bir yerdə təkamülləşmiş olmalıdır ki, tək bir molekulun milyonlarla il içində təkamülləşdiyi  nağılını ortaya atan təkamülçülər üçün bu qeyri-mümkündür. İlk olaraq fermentlər  meydana gəlsəydi, halbuki bir fermentin təsadüfən meydana gəlməsi  qeyri-mümkündür, fəaliyyət göstərəcəyi bir orqanizm olmadan yox olardı. İlk  olaraq canlı orqanizm meydana gəlsəydi, halbuki bu orqanizmin da bütün sistem və  molekullarının ayrı-ayrı təkamülləşməsi lazım olurdu və bu da tamamilə  qeyri-mümkündür, bu vəziyyətdə canlı orqanizmin fermentlər olmadan varlığını  davam etdirməsi mümkün deyildir. İlk olaraq yaranan ferment inhibitorları  olsaydı, halbuki bu kompleksdə olan molekulların da təsadüfən meydana gəlmələri  mümkün deyildir, meydana gəldiyini fərz etsək, bütün fermentləri passivləşdirəcəkdi.  Bunlar yalnız sistemin mürəkkəb bir komplekslikdə olduğunu göstərə bilmək üçün  etdiyimiz şərhlərdir. Təkamül nəzəriyyəsinin bu kompleks molekullardan yalnız  birinin belə necə meydana gəldiyi sualına verəbiləcəkləri bir cavabları, ya da  göstərəcəkləri hər hansı bir dəlilləri yoxdur.
				    Göründüyü  kimi təkamülçülərin fermentlərin mənşəyi mövzusuna aid bir şərhləri yoxdur.  Bundan əlavə təkamülçülər hələ fermenti meydana gətirən amin turşularının  bir-birinə uyğun düzülüşlərinin təsadüf nəticəsində necə meydana gələ biləcəyini  açıqlamaqda çətinlik çəkirlər. Bununla əlaqədar edilən ehtimal hesabları bəhsi  keçən sistemdə istənilən şərtlər yaradılsa belə, təsadüfən doğru bir düzülüşün  meydana gəlməsinin qeyri-mümkünlüyünü göstərir. Jon Covey bunu bu şəkildə  açıqlayır:
				    Yalnız 100 amin turşusu uzunluğundakı sadə bir  fermenti əldə etmə ehtimalı nədir? Müxtəlif formada düzülə bilən 20 fərqli amin  turşusu vardır. Sadə bir fermentin içindəki 20 fərqli amin turşusu 10e130 fərqli  şəkildə sıralana bilər, bunun mənası 1-in yanında 130 sıfırdır. Bu düzülüşlərin  bir çoxu yaxşı bir ferment meydana gətirməz. Bir çoxu çox zəif fəaliyyət göstərər  və ya heç göstərməz. İngilis astronomu Sir Arthur EDDINGTON kainatda 10e80  parçacıq olduğunu hesabladı. Astronomlar kainatın 90% qara deşik olduğuna  inanırlar. Bu cəm sayı 10e82-yə çıxarır. Bu rəqəm bütün elektronları, protonlar,  neytronlar və bunun kimi bir çox atomdan balaca parçacıqları əhatə edir. Bu 10e130-un  nə qədər böyük bir sayı olduğu haqqında sizə bir fikir verər.
				    Bədənimizdə fermentlər kimi təsirli bir şey yaratmaq  üçün amin turşularının doğru kombinasiyalarla bir araya gəlmə ehtimalını tapmaq  uzun bir vaxt tələb edəcək. Əgər saniyədə bir trilyon dəfəlik əməliyyat sürətiylə  100 amin turşusu olan zülal zəncirlərini meydana gətirmək üçün kainatdakı hər  şey birləşsə və təkrar birləşsə, bütün kombinasiyaların yoxlanılması 30 trilyon  ildən çox zaman alardı. Bu sınaqlardan sonra funksiyaları məhdud olan və  çoxalma qabiliyyəti olmayan yüz amin turşusu uzunluğunda yalnız tək bir zülal əldə  ediləcəkdi. Bu zülal nə öz özünü köçürə biləcək, nə də öz surətinin çıxarılmasına  təsir olacaqdı.
				    Yalnız 100 amin turşusu uzunluğundakı sadə bir  fermenti təsadüf nəticəsində əldə etmə ehtimalı 10130-da birdir. Ancaq bu nöqtədə  əldə edilməli olan bu zülalın yalnız sol-əlli amin turşulardan meydana gəlməli  olduğunu da xatırlatmaq lazımdır. (Çünki təbiətdə sağ-əlli və sol-əlli olmaqla  2 növ amin turşuları vardır və canlı hüceyrələrdə fəaliyyət göstərən amin  turşuları yalnız sol-əlli olanlardır.) Bu vəziyyətdə ehtimalları daha da  azaldır:
				    Milyonlarla dollarlıq laboratoriyaların tək bir zülal  molekulunu yaratmaq üçün lazım olan sol-əlli amin turşularını sintez etmə  ehtimalları nədir? Bu ehtimal 10e210-da birdir. Yəni 1-in yanına 210 sıfır gəlməsindən  yaranan saydir. Bu qeyri-mümkün ehtimalın böyüklüyünü izah edə bilmək üçün  bunları müqayisə edək:
				    On milyard il 10e18 saniyədir. Yer üzü 10e26 ons-dur (1  unsiya=3 qram). Bütün kainatın diametri yalnız 1028 düymdür (1 düym=2.54 sm).  Kainatda 10e80 atomdan balaca parçacıq vardır.
				    Kainatdakı ən böyük rəqəmlərləə müqayisə edildiyində belə  bir fermentin təsadüf nəticəsində ortaya çıxmadığı açıqdır.
				    Ancaq hər nə qədər qeyri-mümkün olsa da, amin  turşularının doğru sıralama ilə doğru quruluşu meydana gətirdiklərini və bir  ferment meydana yaratdıqlarını fərz edək. Bu fermentin bir reaksiyaya daxil  olaraq onu sürətləndirəbilmə ehtimalı, yəni fermentin funksional olma ehtimalı  təkamülçülər üçün çox daha böyük bir problem təşkil edir. Yaradılışı Araşdırma  Cəmiyyətindən (Creation Research Society) Dr. Jonathan D. Sarfati bu ehtimalı  bu şəkildə hesablamışdır:
				    Öz-özünə  çoxalan ən sadə orqanizm belə təxminən olaraq 400 amin turşusundan ibarət  fermentləri kodlaşdıran 482 genə malikdir. Hər fermentin düzgün bir şəkildə işləməsi  üçün düzgün bir sıralaması olmalıdır. Fermentlərdə 20 fərqli amin turşusu istifadə  edilir. Hər fermentdə yalnız 10 ədədinin belə tam olaraq doğru düzülüşə sahib  olduğunu fərz etsək belə, adi bir reaksiyanın təsadüfi meydana gəlmə ehtimalı  10e6271-də birdir (ardından 6271 ədəd sıfır gələn bir sayı). Kainatdakı  atomların sayının təxminən 10e80 olduğu düşünülsə, bu ehtimalın sıfır olduğu  açıqdır.
				    Tek bir reaksiyanın belə təsadüfən meydana gəlmə ehtimalı  "sıfırdır". Ancaq bütün qeyri-mümkünlüyə baxmayaraq tək bir fermentin  təsadüf nəticəsində meydana gələbildiyini, yenə qeyri-mümkün olmasına  baxmayaraq bir reaksiyanın təsadüfən reallaşdığını fərz etsək belə, bu fermentə  aid məlumatların genlərə köçürülərək sonrakı nəsillərə daşınması üçün də eyni  qeyri-mümkünlük keçərlidir. Bunun təsadüf nəticəsində meydana gələbilmə  qeyri-mümkünlüyü bu şəkildə hesablanmışdır.
				    Təkamülçülər insanın tək hüceyrəli orqanizmlərdən tamamilə  təsadüflər nəticəsində təkamül keçirdiyini iddia edirlər. Tək bir zülal  molekulunun təsadüf nəticəsində dəyişməsi ehtimalı 10e243-də (1-in yanında 243  sıfır gəlməsiylə ibarət olan sayı) bir olaraq hesablanmışdır. Bundan əlavə əgər  dünya bir mil dərinliyində, içində 10e33 ədəd bakteriya yaşayan bir okean ilə əhatə  olunmuş olsaydı belə, elm adamlarına görə tək bir fermentin meydana gələ bilməsi  üçün 100 milyard il keçməli idi. Bu yeni fermenti yarada biləcək bir gen  meydana gətirmiş olsalar belə, ən uyğun olanın həyatda qalma mexanizminə bağlı  olaraq genin növlərə yayılması üçün altı milyon nəsil keçməli idi. Bu izah  etdiyimiz istifadə edilməyən tipik bir ferment üçün lazım olan zamandır.  (Fermentlərin öz özlərinə meydana gəldiklərini fərz etdikdə bu müddətdən sonra)  Bir istifadə ediləbilər fermentin ortaya çıxması üçün 300 milyon il keçməli  idi! Bu vəziyyət tək hüceyrəli, tam olaraq funksiyası olan bir orqanizmin təsadüf  nəticəsində meydana gəlməsinin qeyri-mümkün olduğunu göstərir. Əgər istifadə edilə  bilən tək bir fermentin ortaya çıxması üçün bir çox təsadüf və vaxt lazımdırsa,  milyardlarla hüceyrəsi olan insanın təkamülləşməsi üçün neçə təsadüfün və neçə əsrin  keçməli  olduğunu təsəvvür edin! Bunun təsadüf  nəticəsində reallaşması ilə əlaqədar ehtimalları kimsə gətirə bilməyəcəkdir.  Amma təkamülçülər hələ bizim bunu qəbul etməyimizi istəyirlər.
				    Ehtimallar təsadüfi yaranma iddialarının  imkansız olduğunu göstərir. Həm də bu zaman ərzində  araşdırmalar aparan, bunları araşdıran və bütün bunların təsadüf nəticəsində  meydana gəldiyini iddia edən insanların da bədənlərində salisələr ərzində  saysız reaksiyalar reallaşır. Hər saniyə minlərlə reaksiya, bir sonrakı saniyə  yenə minlərlə... Bu hər canlı bədəndə hər an, kəsilmədən və səhvsiz olaraq  davam edir. Hər canlı bədənində hər saniyə, hər reaksiya müəyyən bir sürət və  sıra ilə tamamlanır. Bir canlı bədənində heç bir zaman, bir ferment digəri ilə  qarəşdırılmaz, bir başqa quruluşa təsir etməz, bir reaksiya digərinin sürətinə  çatmağa çalışmaz. Bir canlı bədənindəki fermentlər heç bir zaman istiqamətlərini  çaşmaz, hərəkət etməli olduqları zaman hərəkət edər, dayanmalı  olduqda da dayanarlar. Digər tərəfdən bir  canlı bədənindəki fermentlərin hər birinin sahib olduqları amin turşuları müəyyəndir,  doğru sıralamada və doğru yerdədirlər. Bir canlı bədənindəki fermentlərin  hamısı doğru üç ölçülü formaya malikdir, heç bir zaman başqa bir substrata  yapışmaz, heç bir zaman səhv bir reaksiyaya daxil olmazlar. Bir canlı bədənindəki  fermentlər ağıllı və şuurludurlar, sanki tədbirli bir insan kimi hərəkət edərlər.  Bir canlını yaşada bilmək üçün əllərindən gələni edərlər.
				    Elə bu və bunun kimi bir çox səbəblərə görə fermentlərin  təsadüf nəticəsində meydana gəlmələri qeyri-mümkündür. Amin turşuları təsadüf  nticəsində bir araya gəlib doğru sıralamanı və eyni zamanda ferment üzərində  xüsusi üç ölçülü quruluşa sahib aktiv bölgə meydana gətirə bilməzlər. Təsadüflər  aktiv bölgələrə uyğun substratları meydana gətirərək bunları müəyyən  reaksiyalara yönləndirə bilməzlər. Təsadüflər bir fermentə qabiliyyət verə bilməz,  ona milyonlarla illik bir reaksiyanı saniyənin onda birində reallaşdıracaq bir  xüsusiyyət qazandıra bilməz. Təsadüflər bir fermenti canlı bədəninə uyğun hala  gətirə bilməz, ona həmişə canlı qalma xüsusiyyəti verə bilməzlər. Təsadüflər  bir fermentin canlı bədənində sanki şüurlu hərəkət etmələrinin izahı deyildir.
				    Bir molekulun canlı bədənində şüurlu kimi hərəkət etməsi  onun üstün bir Yaradıcının əsəri olduğunu göstərir. Canlı bədənindəki hər  quruluş, hər molekul, hər şeyin Yaradıcısı olan Allahın əsəridir. Elə bu səbəblə  bütün strukturlar uyğunluq içindədirlər və bir-birlərindən asılıdırlar. Bir  orqanizmi ən gözəl şəkli ilə yaradan, ona xüsusiyyətlər verən, bu xüsusiyyətlər  içindəki ən kiçik parçalara belə heyranlıq oyandıran mürəkkəblik bəxş edən və  onları fərqli yaradan, bütün aləmlərin yaradıcısı olan Allahdır. Yaradılmış heç  bir varlıq Onun yaratdığı möcüzələrə bərabər dəyərdə bir gözəllik ortaya çıxara  bilməz, Onun meydana gətirdiyi qüsursuz nizam və uyğunlaşması meydana gətirə  bilməz. Yer üzündəki heç bir ağıl, heç bir texnologiya, heç bir güc, mükəmməl  mexanizmi ilə Allahın yaratdığı bir canlı sistemini meydana gətirə bilməz.  Canlılarda gördüyümüz bu mükəmməllik Allahın sənətidir, Allahın yaratmasıdır və  Allahın möhtəşəm qüdrətidir.
Göylərdə və yerdə olan məxluqlar da, onların kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edir. De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allahdır!" De: "Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir". ". (Rad surəsi, 15-16)


