Bəzi xüsusi fermentlər
				  Fermentlər ilə əlaqədar faktların hər bir ayrıntısı olduqca təəccübləndiricidir və fermentlərin gördüyü iş olduqca əhəmiyyətlidir. Elə bu səbəblə bədəndə müəyyən bir vəzifə yerinə yetirən hər ferment xüsusidir. Bu bölmədə də məqsəd, qanı laxtalandıran, düşünməyi təmin edən fermentləri ümumi şəkildə tanıdaraq, bədəndəki hər fermentin mükəmməl xüsusiyyətlərə sahib olduğunu göstərmək və fermentlərin insan üçün nə qədər həyati bir əhəmiyyət daşıdığını göstərməkdir. Əgər bir insan qarşısındakı insan ilə danışa bilməyi, sevdiyi bir meyvəni yeyə bilməyi, gözəl mənzərəni seyr etməyi və gülüb əylənməyi təmin edən fermentlərin necə fəaliyyət göstərdiklərini ətraflı olaraq bilsə, sahib olduğu bu nemətin incəliklərini də görə bilər. Verilən nemətlərin heç birinin məqsədsiz olmadığını, hər hüceyrədə insana xas yaradılmış bir fövqəladəliyin mövcud olduğunu dərk edə bilər. Bunların hamısının Allahın icazəsi ilə funksiyalarına davam etdiklərini, Allahın diləməsiylə "yalnız bir an içində", tamamilə dayana biləcəklərini daim xatırlaya bilər. Belə bir an yaşansa, tapa biləcəyi bir çarəsi, edə biləcək bir şeyi olmadığını anlaya bilər. Allahın böyük bir nemət olaraq yaratdığı fermentlərin başqa heç bir yolla hərəkət edəbilməyəcəklərini görə bilər. Bu da Yaradanı təqdir etmək, Allahın varlığına iman etmək deməkdir ki, bunun bir insana dünyada da, axirətdə də gətirəcəyi fayda böyükdür. Belə bir təqdir, dünyada rahatlıq və nemət, axirətdə isə sonsuz cənnət həyatına vəsilə ola bilər. Aşağıda xüsusiyyətlərini verdiyimiz fermentlərə də bu dünyagörüşü ilə baxmalı və onların sizə verilmiş bir nemət olduğunu unutmamalısınız.
Bədənə mesaj çatdıran fermentlər
Bədənimizdə bir şəbəkə şəklində sinirlər vardır. Bu sinir şəbəkəsində həmişə bir hərəkət vardır. Sinirlər beyin və orqanlar arasındakı əlaqəni təmin edir və bu səbəblə bədəndə sinirlər üzərindən həmişə əmr və xəbərdarlıqlar göndərilir. Birinə əl silkələmək istədiyiniz zaman, beyninizdən gələn əmr üzərinə bədən hərəkət etməyə başlayır. Beyindən gələn elektrik cərəyanı sinirlər vasitəsi ilə çatdırılar. Sinirlər müəyyən bölgələrdə bir-birləriylə qarşılaşırlar. Bu qarşılaşma bölgəsin sinaps adlanır. Elektrik siqnalı sinapsa çatana qədər davam edir, sonra dayanır. Sinaps iki sinir hüceyrəsini bir-birindən ayıran bir boşluqdur. Əslində bu boşluq çatdırılacaq elektrik cərəyanı üçün problem təşkil etməlidir. Transmissiya dayanmalı və axın bir sonrakı sinirə çatmamalıdır. Ancaq heç vaxt belə bir problem yaşanmaz. Çünki çatdırcı sinirdən qəbuledici sinirə mesajın çata bilməsi üçün mesajı göndərən sinir, sinaps deyilən boşluğa bir kimyəvi maddə ifraz edir. Bu kimyəvi ifrazat asetilkolin olaraq adlandırılır. Sinir siqnalı sinapsa çatdığı zaman asetilkolin molekullarından ibarət olan maddə bu boşluğa doğru axır. Digər tərəfdəki reseptorlara (alıcılara) yapışır və digər hüceyrəni hərəkətə başlamaq üzrə stimullaşdırır. Bundan sonra əzələlər sıxılır və beyninizdən gələn əmr qolunuza çatmış olur. Artıq qolunuzu havaya qaldırıb əlinizi yelləyə bilirsiniz.
                    Sinirlər ünsiyyət üçün mors əlifbasına bənzər bir  sistemdən istifadə edirlər. Bu sistem nöqtələrdən təşkil olunub. Mesaj nə qədər  əhəmiyyətlidirsə, nöqtələrin sıxlığı da o qədər çox olur. Hər nöqtə, yəni hər  sinir siqnalı öz ifraz asetilkolini aktivləşdirir. Digər sözlə əl sallamağınızı  təmin edən elektrik cərəyanı ilə yeriməyinizi təmin edən elektrik cərəyanı eyni  sinirlər üzərində hərəkət edir, ancaq hər biri fərqli asetilkolin mayesi ifraz  edir. Bu səbəblə bu boşluqların yerləşdiyi sahə bir başqa siqnal gəlmədən əvvəl  mütləq təmizlənməlidir. Əks halda mesajlar bir-birinə qarışar. Bəzən saniyədə  500 sinir siqnalı göndərməli olan sinirlər üçün asetilkolin hər millisaniyə  içində yıxılmalıdır.
                    Asetilkolin  esteraz fermentləri elə bunu etmək üçün yaradılıblar. Bu katalizatorlar,  asetilkolin molekullarının içinə fövqəladə bir sürətlə girirlər. Biyokimyaçılar  həmin fermentlərin sürətini təyin edərək, onların hər saniyə 25.000 molekulu  yox etdiklərini hesablamışlar. Digər bir tərəfdən, hər esteraz fermenti bir  asetilkolin molekuluna təxminən 40 millisaniyə içində hücum edir.
                    Tek  bir fermentin tamamilə funksiyasını itirməsi ilə canlı bir orqanizmin ölümə  doğru gedəcəyini həmişə təkrarlayırıq. Bu həqiqətən də çox əhəmiyyətli bir məlumatdır.  Çünki bizdən milyardlarla qat kiçik və bədənimizin hər yerində hər an fəaliyyətdə  olan bu bənzərsiz varlıqlardan asılı yaşayırıq. Asetilkolin esteraz bu əhəmiyyətli  faktın dəlilidir. Bədənimizdəki yüzlərlə fərqli fermentdən fərqli olaraq təkcə  bu ferment əskik olsa, yaşamağımız mümkün olmayacaq. Çünki bir mənada bədənin  bütün elektriyi kəsiləcək.
                    Alzheimer  kimi xəstəliklər, həmin fermentin sistemli çalışamamasının bir nəticəsidir. Bu  xəstəlikdə asetilkolin normaldan çox sürətli bir şəkildə təmizlənir, beləliklə  sinir xəbərdarlığı ya alına bilməyəcək qədər zəif olur ya da sinir hüceyrələri  arasında tam şəkildə çatdırıla bilmir.(84)
                    100  milyard sinir hüceyrəsinin bir-biriylə ünsiyyəti və aralarındakı minlərlə  kilometrlik sinir şəbəkəsi Allahın xariqüladə bir əsəridir. Allah diləsəydi, əlbəttə  bunların bir-birləriylə ünsiyyəti üçün, arada qopuqluq olmayan dümdüz bir səth  yarada bilərdi. Axın hər hansı bir kimyəvi maddəyə ehtiyac duymadan sinirlər  boyunca irəliləyib gedə bilərdi. Ancaq sinir şəbəkələri arasında boşluqlar,  onların aralarında elektrik ötürülməsi təmin edəcək kimyəvi maddələr, sonra da  bu kimyəvi maddələri dayandıracaq başqa maddələrin ifrazını zəruri edir. Bunun  hikmətlərindən biri insanın laboratoriyalarda özünü araştırdığı zaman həmişə  mükəmməlliklər, möcüzələr və mürəkkəbliklərlə  qarşılaşmasıdır. Allah incəliklər içində incəliklər yaradır və onları həm bir-birlərindən asılı, həm də  fövqəladə bir mürəkkəbliklə var edir. Bizim burada araşdırdığımız mövzu  sistemin içindəki tək bir parçanın etdikləridir. Ancaq bu kiçik parçanı  çıxarsaq, sistemin hamısı funksiyasını itirəcək. Bu mexanizmi sadələşdirə bilməzsiniz.  Əgər bəhsi  keçən ferment olmazsa, beyninizdən qolunuza çatmalı olan əmr,  bədəninizdə bir yerdə itib gedəcək. Bu zaman bir daha qətiyyən  əl sallaya və ya barmağınızı belə hərəkət  etdirə bilməzsiniz.
                    Sahib  olduğunuz sistemlər Allahın yaratdığı sənət əsərləridir. Gün ərzində etdiyiniz  milyonlarla hərəkətdə, beş duyğu üzvündən gələn saysız xəbərdarlıqda 100  milyard sinir hüceyrəsinin hər birində bu əməliyyat salisələr ərzində heç  dayanmadan təkrarlanır. Hər birinin etdiyi iş Allahın məlumatı daxilindədir.  Allah sizi hər an qoruyur, hər an yaşadır. Bütün varlıqlar Onun idarəsindədir və  Ona təslim olmuşlardır. Allah bu gerçəyi bir ayəsində insanlara belə xatırladır:
                    
                    Sən  hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən  Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən  gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda  (Lövhi-Məhfuzda) olmasın. (Yunis surəsi, 61)
Qanın laxtalanmasında mükəmməl ferment zinciri
                    Qanın laxtalanma sistemi bir sıra fermentin birlikdə  hərəkət etməsi ilə reallaşan fövqəladə bir hadisədir. Bu sistem elə qüsursuz  baş verir ki, bir yerimiz yaralananda, qanın dayanıb, yaranın da bir müddət  sonra qapanacağından əminik. İşdə bu əminlik bədənimizdəki fermentlərin səhvsiz  və ardıcıl şəkildə işləməsindən qaynaqlanır.
                    Bədənimizdə  bir yaranın meydana gəlməsi bədəni həyəcana keçirən əhəmiyyətli bir hadisədir.  Yaranın açıldığı yerə müdaxilə edilməlidir. Bütün imkanlar səfərbər edilir və  bu bölgəyə doğru bir axın başlayır. Elə bu an bədəndə sakitcə gəzən bəzi  molekullar da bir anda böyük bir sürətlə hərəkətlənir.
                    Bədənin  hər hansı bir bölgəsində qanama başladığı zaman ilk yardım trombosit adı verilən  qan hüceyrələri tərəfindən edilir. Trombositler qanın içində dağınıq olaraq gəzirlər,  bu səbəblə qanama bədənin harasında olursa olsun, mütləq o bölgəyə yaxın olan  bir trombosit vardır.
                    Von Villebrand adlı bir zülal isə qəza yerini işarələyərək  kömək istəyən bir yol polisi kimi trombositləri gördüyündə önlərini kəsir və  hadisə yerində qalmalarını təmin edər. Hadisə yerinə gələn ilk trombosit sanki  ratsiya ilə kömək istəyən biri kimi, bir maddə ifraz edərək digərlərini də  hadisə yerinə çağırır.
                    İlk  müdaxilə edildikdən sonra fermentlərin vəzifəsi başlayır. Əslində bu mərhələyə  qədər müxtəlif funksiyalar yerinə yetirən çox sayda ferment vardır, amma burada  laxtalanma əməliyyatını tamamlayan fermentlər vurğulanacaqdır. Bədən daim sonra  istifadə etmək üçün aktiv olmayan fermentləri saxlayır. Bu fermentlər bədəndə  ancaq lazım olduqlarına dair bir siqnal aldıqları zaman hərəkətə keçməyə  kodlanmışlardır. Qanda sərbəst gəzən  fibrinogen də aktiv halda olmayan bir fermentdir. Qan plazması içində ərimiş  haldadır. Bədəndə bir yara açılana qədər öz halında ətrafda üzər. Ancaq hər  hansı bir yerdə bir təcili vəziyyət olduğu zaman, bir anda hərəkətə başlayar.  Qan plazmasında hər hansı bir iş görmədən gəzən bu zülal yaranın meydana gəldiyi  bölgəyə doğru irəliləməyə başlayır. Bədəndə təcili vəziyyət meydana gəldiyi  zaman trombin adındakı bir başqa ferment fibrinogen zülal zincirindəki üç  halqadan ikisini kəsir. Fibrinogen fibrin halına gəlmişdir. Yəni aktiv olmayan  bir ferment aktiv hala gətirilmişdir. Kəsilən səthdə isə yapışqan bölgələr  meydana gəlmişdir. Bu yapışqan bölgə fibrinin digər fibrin molekulları ilə birləşməsini  təmin edir. Fibrin molekullarının birləşməsiylə uzun bir zəncir meydana gəlir və  zülallar bir-birlərinin üzərindən keçərək bir şəbəkə meydana gətirirlər. Bu  yaranan ilk laxtadır. Bundan sonra bu laxtalar bir balıq toru kimi yaranın üzərini  örtməyə davam edir.
                    Trombin  eyni zamanda faktor XIII fermentini faktor XIII-ə çevirir. Bu faktor fibrin  laxtasının daha möhkəm olmasını təmin edir.
                    Fibrinogeni aktiv hala gətirən trombin də əslində  qanda protrombin adlanan aktiv olmayan halda mövcud olan hüceyrədir. Bu  vacibdir, çünki əgər qanda həmişə trombin gəzsəydi, bütün fibrinogeni kəsəcək və  bədəndə həmişə nəzarətsiz laxta meydana gələcəkdi. Belə bir təhlükənin  yaranmaması üçün protrombin də bir ferment tərəfindən aktiv hala gətirilməlidir.
                    Protrombini  Stuart faktoru adı verilən bir başqa ferment kəsir və onu aktiv hala çevirir.  Ancaq trombin üçün ehtimal olunan vəziyyət Stuart faktoru üçün də keçərlidir.  Əgər Stuart faktoru əvvəlcədən qan içində sərbəst gəzsəydi, onda laxtalanma  mexanizmini həmişə o başladacaqdı və bu dəfə Stuart faktoru səbəbiylə bədəndə nəzarətsiz  laxta meydana gəlməyə başlayacaqdı. Elə bu səbəblə Stuart faktoru da qanda  aktiv halda deyil və hərəkətə başlaması üçün aktiv hala gətirilməlidir.
                    Ancaq  protrombinin aktiv hala gəlməsi üçün yalnız Stuart faktoru kafi deyil.  Akselerin adlı başqa bir ferment Stuart faktoru ilə birlikdə hərəkət edərək  protrombini trombin halına çevirirlər.
                    Bu səbəbdən  qarşımıza çıxan bir digər ferment olan akselerinin də ilk əvvəl aktiv halda  olmadığını təxmin edə bilərik. Ancaq onun aktivləşmə prosesində böyük bir müəmma,  "yumurta-toyuq" məsələsini xatırladan bir vəziyyət qarşımıza çıxır.  Çünki akselerini aktivləşdirən ferment "trombindir". Akselerinin  özünün aktivləşdirdiyi bir ferment tərəfindən aktiv hala gətirilməsini necə  izah edərsiniz? Bunun səbəbi Stuart faktorunun protrombini çox yavaş formada kəsməsi  və bu səbəblə bədəndə ehtiyat tədbir olaraq mütləq bir miqdar trombinin hazır  halda olmasıdır. Bu əhəmiyyətli ehtiyat tədbiri ilə hadisə başlayır və Stuart  faktorunun hərəkətə başlaması ilə laxtalanma prosesi böyük bir sürətlə  intensivləşir.
                    Bunlar  qanın laxtalanmasını təmin edəcək olan faktorların meydana gətirdiyi bir  sistemdir. Buradakı fermentlər nəyin nə zaman hərəkətə keçməli olduğunu, harada  sıxlaşmalı və bədəndəki hansı nöqtəni bağlamaq üçün işləməli olduqlarını bilirlər.  Həmçinin nə vaxt dayanmalı olduqlarını da bilirlər. Bir yara üzərində başlayan  laxtalanma əməliyyatı, əgər vaxtında dayanmazsa, bu bədən üçün böyük bir təhlükə  meydana gətirər. Laxtalanmanın nəzarətsiz davam etməsi, qan damarlarının  tıxanması və həyati bəzi orqanların artıq çalışmamasına səbəb olar. Bu səbəblə  dalbadal bir-birini hərəkətə keçirən laxtalandırıcı fermentlərin fəaliyyətləri  dayandırılmalıdır. Bunu onlara xəbər verənlər də yenə başqa fermentlərdir.
                    Yar  sağaldıqdan sonra da laxta ortadan qaldırılmalıdır. Bunun üçün də  fəaliyyət göstərənlər yenə molekullar, yəni  fermentlerdir. Plazmin adı verilən bir ferment fibrin laxtanı kəsmək üçün bir qayçı  funksiyasını görür. Plazmin fibrinə təsir edir, ancaq fibrinin passiv halı olan  fibrinogen üzərində təsiri yoxdur. Əgər elə olsaydı, bu sonra yaradılmalı olan  laxtalar üçün böyük bir çətinlik meydana gətirəcəkdi. Plazmin çox sürətli hərəkət  edə bilməz. Bu bir üstünlükdür, çünki yara meydana gəldiyi zaman da aktiv  halda olan plazmin bütün fibrini kəsmədən  yara yaxşılaşmış olar.
                    Qanın  laxtalanma prosesində dövrəyə girən daha saysız fermentlər vardır. Bunların hər  biri bir əməliyyatın aparılması və ya tamamlanması üçün tələb olunur və tək  biri belə çıxarılabilməyən mürəkkəb bir sistemin işçiləridirlər.
                    Əvvəllər  qatı bir ateist, indi isə təkamül əleyhdarı olub yaradılış həqiqətini müdafiə  edən yazıçı James Perloff qanın laxtalanma prosesi mövzusunda təkamülçülərin  qarşılaşdıqları çətinliyi Michael Behenin şərhini da qataraq bu şəkildə ifadə  etmişdir:
                    Qanda  laxtanın meydana gəlməsi olduqca kompleksdir, laxtalanmadan başqa bir  funksiyası olmayan saysız zülalı da əhatə edən çox mərhələli bir əməliyyatdır.  Hər zülalın aktiv ola bilməsi üçün bir fermentə lazımdır. Behenin şərhini sadəcə  bu şəkildə açıqlaya bilərik: Hansı daha əvvəl təkamülləşmişdir - zülal yoxsa  ferment? Zülal deyil, onu hərəkətə keçirəcək bir ferment olmadan heç bir  funksiyası ola bilməz. Amma o zaman təbiət niyə əvvəlcə fermentləri təkamülləşdirmişdir?  Zülal olmadan bunun heç bir məqsədi yoxdur. Bundan əlavə əgər qanın  laxtalanması əsrlər boyunca mərhələlər şəklində yaranıbsa, bu sistem mükəmməl  hala gələnə qədər canlılar qan itkisindən ölmüş olmalı idilər. Bu sistem mürəkkəb  bir kompleksdir.
                    Yüzlərlə  mərhələdən ibarət olan və heç bir mərhələsi sadələşdirilə və ya təxirəsalına  bilinməyən sistem şüursuz atomların təsadüfən bir araya gəlmələri nəticəsində  meydana gələbilərmi? Şüursuz atomlar təsadüfən qanın laxtalanma prosesinə aid  bir fermenti meydana gətirə bilərmi? Təsadüflər möcüzələr meydana gətirə bilərmi?  Təsadüflər bir şeyi yoxdan yarada bilərmi?
                    Əlbəttə  bunların heç biri mümkün deyil. Təkamülçülər isə təsadüflərin şüursuz  atomlardan şüurlu işləyən bir laxtalanma sistemini yaratdığını  iddia edirlər. Təsadüflər Darvinizmin sözdə  möcüzələr meydana gətirən saxta ilahıdır. Elə bu səbəbdən təkamülçülər  insanları təsadüflərin bir şeylər meydana gətirdiyinə, möcüzələr yaratdığına,  yoxdan var etdiyinə inandırmağa çalışırlar.
                    Halbuki  məqsədsiz olaraq reallaşan, idarəsiz və şüursuz inkişaf edən hadisələr nəticəsində  mükəmməl və nizamlı sistemlərin meydana gəlməsi qeyri-mümkündür. Qanın  laxtalanma prosesi kimi kompleks, ətraflı, molekulyar səviyyədə son dərəcə həssas  olan və mürəkkəb bir iş bölümü tələb edən bir mexanizmdə yaranacaq təsadüfi bir  hadisə sistemi alt-üst edər. Bu sistem insan bədənindəki bütün digər sistemlər  kimi Allahın ucalığını və böyüklüyünü göstərir. Allah hər şeyin Yaradıcısıdır və  bütün varlıqlar Ona boyun əymişlərdir. Allah ayələrdə belə buyurur:
Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır. (Ənam surəsi, 102-103)
Lizozom fermentləri
Hüceyrə içində aktiv bir fəaliyyət göstərən orqanoidlərdən bir də lizozomdur. Lizozomlar təxminən 0.5 mikron diametrindədir (1 mikron millimetrin mində biridir). İçərisində ümumiyyətlə həzmdə istifadə edilən bəzi fermentlər vardır. Bu fermentlər sayəsində bədəndə bir çox dağıtma əməliyyatı reallaşır. Lizozom hüceyrələrin üyütmə maşınıdır.
                  Lizozom fermentləri bədəndə artıq, işə yaramayan  hüceyrələri yıxıb parçalayır və yox edirlər. Bakteriya, virus, hüceyrə  parçaları, ölü toxumalar və böyük, zərərli parçalar bu fermentlərin fəaliyyətləri  nəticəsində ortadan qaldırılır və geriyə bədənə faydalı, istifadə edilə bilər  qisimlər qalır. Məsələn, qolunuza zərbə aldığınız zaman meydana gələn göyərmə  bu bölgədəki ölü hüceyrələrin bir qalığıdır. Bir müddət sonra bu bölgənin  sağalaraq köhnə halına qayıtması isə lizozom fermentlərinin ölü toxumaları  parçalaması və yox etməsi sayəsindədir.
                  Lizozomda  işləyən 36 fərqli ferment vardır. Bu fermentlər bir quruluşun ətrafını saran pərdəni  deşir və bədəndə həmişə çoxalan hüceyrələri parçalayaraq dayandırırlar. Bu son  dərəcə əhəmiyyətlidir, çünki bu dayandırma əməliyyatı olmasa, bədəndəki hüceyrələr  dayanmadan çoxalar, bu da orqanların böyüməsinə və bədəndə həmişə şişlərin  meydana gəlməsinə səbəb olardı.
                  Lizozom  fermentlərinin yoxetmə vəzifələri bədənin müdafiəsi üçün böyük bir əhəmiyyət  daşıdığından bu fermentlər əksəriyyətlə ağ qan hüceyrələri və makrofaqların  içində olarlar. Makrofaq və ağ qan hüceyrələri bədən daxilində qarşılaşdıqları  xarici maddələri fagositoz yoluyla içlərinə çəkib hzəm etdiklərinə görə lizozom  fermentlərinin bu bölgələrdəki varlıqları əhəmiyyətlidir. (Fagositoz üçün  baxın. Müdafiə Sistemi Möcüzəsi, Harun Yəhya, Araşdırma Nəşriyyat)
                  Lizozom  fermentləri parçalama məsələsində olduqca təsirlidirlər. Ancaq lizozomun içində  aktiv vəziyyətdədirlər. Əgər lizozomun pərdəsi deşilsə və ya cırılsa, fermentlər  olduqları hüceyrəni həzm etməyə başlayar və bu hadisəyə "otoliz"  deyilir. Bu həzm və parçalanma əməliyyatı ümumiyyətlə yaşlanmış, köhnəlmiş və  ya funksiyasını itirmiş orqanoidlər meydana gəlir. Hüceyrə içində lizozom ifraz  etdiyi fermentlərlə həzm əməliyyatını reallaşdırır, ölü orqanoidləri ortadan  qaldırır, bəzən hətta hüceyrənin hamısını məhv edir.
                  Məsələn  yeməklərlə bədənimizə bir çox bakteriya girir. Qida hələ ağızdaykən bunların məhv  edilməsi vəzifəsi lizozom fermentlərində aiddir. Bu fermentlər eyni zamanda  ağız içində qalan qida artıqlarını da həzm edərək təmizləyir və bakteriyaların  potensial qida ehtiyatlarını də yox etmiş olurlar. Bakteriyalar bu formada  aclığa məhkum edilib yox edilirlər.
                  Lizozom  fermentləri bədənin bir çox fərqli bölgəsində fərqli zamanlarda təkrar-təkrar fəaliyyətə  başlayır. Hamiləlik əsnasında rəhmin böyüməsi hüceyrə çoxalmalarının bir nəticəsidir.  Körpənin meydana gəlmə mərhələlərində bu xüsusiyyət həyat qurtarıcı və möcüzəvi  bir inkişafdır. Ancaq uşağın doğulmasından sonra hüceyrə çoxalması sona çatmalı  və bədən köhnə halına geri dönməlidir. Elə bunun üçün lizozom fermentləri fəaliyyətə  başlayır. Müəyyən hüceyrələrin lizozomları bunun xəbərini alır və nə etməli  olduqlarını sanki bilərək ferment ifraz etməyə başlayırlar. Sonrakı 10 gün ərzində  böyük bir məhvetmə əməliyyatı reallaşır və ana rəhmi 1/40 nisbətində kiçilir.
                  Lizozom  fermentlərinin dağıdıcı təsiri sperma hüceyrəsi üçün də böyük bir ehtiyacdır. Sperma  yumurtaya çatdığında onu saran örtüyü deşmək üçün bədənində daşıdığı dağıdıcı  lizozom fermentlerini dövriyə salır. Yumurtanı qoruyan örtük bu fermentlərin  parçalayıcı təsiri səbəbiylə deşilir və yumurtanın döllənməsi təmin edilir.
                  Bədəndəki  bütün əməliyyatlar molekulyar səviyyədə reallaşdığına görə, bədəndə  "tullantıların" ola biləcəyi bəlkə də heç vaxt ağla gəlməmişdir.  Halbuki, həmişə yenilənən insan bədənində dayanmadan hüceyrələr ölür, bədən həmişə  bakteriya və viruslarla mübarizə aparır və beləliklə durmadan tullantılar  meydana gəlir. Bunların yığılması hüceyrələrin iflas etməsinə, qan dövranının  tıxanmasına və orqanların funksiyalarını itirməsinə səbəb ola bilər. İnsan bədənindəki lizozom fermentləri buna qarşı bir tədbirdir.  Onlar da bədənin digər bütün hissələri kimi ağıllı davranırlar. Sağlam  orqanlara heç bir zaman müdaxilə etməzlər. Yox edilməli olan tullantıları dərhal  hiss edirlər və bədəni canlı tutmağa çalışırlar. Allahın istədiyi və təyin şəkildə  hərəkət edirlər. Allah diləmədikcə başqa heç bir güc onların etdiklərini edə  bilməyəcək, onların bir bənzərini meydana gətirə bilməyəcəkdir. Allah böyükdür,  ucadır və Onun sənəti hər yeri sarmışdır. Bir ayədə belə buyurulur:
Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.Dində məcburiyyət yoxdur. Artıq doğru yol azğınlıqdan aydın fərqlənir. Hər kəs tağutu inkar edib Allaha iman gətirərsə, heç vaxt qırılmayan ən möhkəm dəstəkdən yapışmış olar. Allah Eşidəndir, Biləndir. (Bəqərə surəsi, 255-226)


