Fermentlərin fövqəladə sürətləri
				  Əgər fermentlər olmasaydı, tək bir kimyəvi reaksiyanın  reallaşmasına ömrünüz çatmaya bilərdi. İllər içində reallaşa biləcək  reaksiyalar, fermentlər tərəfindən elə sürətləndirilər ki, saatlar və ya dəqiqələr  deyil; millisaniyələrdən  bəhs edilir. Belə ki, fermentlər bir reaksiyanı 10e14  dəfə sürətləndirə bilərlər.  Bu ədəd, 10 sayının yanına 14 sıfır gətirildiyində  yaranan ədəddir. Belə bir sürət olmasaydı 5 saniyəlik bir müddət, məsələn, bir  cümlənin oxunması, ancaq 1500 il çəkərdi.
Əgər fermentlər  olmasaydı, hüceyrənin saniyələr içində etdiyi işlər minlərlə ildən çox davam edəcək,  daha aydın desək həyat  mümkün olmayacaqdı. Onlar, bir canlı bədəninin həyatda qala bilməsi üçün  reallaşması lazım olan saysız reaksiyanı fövqəladə şəkildə  sürətləndirməklə vəzifələndirilmişlər. 
				    Belə bir sürəti əldə  edə bilmək üçün ferment nə edər? Daha əvvəl ifadə etdiyimiz kimi fermentlər,  reaksiyanın reallaşması üçün lazım olan aktivasiya enerjisini azaldarlar. Bəs bu aktivasiya  enerjisi tam olaraq nədir? Bunu bu şəkildə açıqlaya bilərik: Karbonun enerji  baxımından reaksiyaya girəcəyi ən uyğun molekul, normal şərtlərdə  karbon dioksidtir. Bunlar, eyni mühitdə olduqlarında bir-birlərinə təsir edərək  alovlandırıb yandıracaq bir təsirə malikdir. Ancaq bir canlı bədəni  bütün bunlara sahib olmasına baxmayaraq heç bir zaman bir anda alovlanıb bir  kül yığını halına gəlməz. Əlinizdə tutduğunuz kitab da karbondan meydana gəlməsinə  və karbon dioksidlə daima əlaqədə olmasına  baxmayaraq heç bir zaman birdən alovlar içində qalmaz. Bunun səbəbi, canlı orqanizmlərdəki  və kitabdakı molekulların qərarlı quruluşda olmaları və çöldən yeni bir enerji  girişi olmadan bəhsi keçən qərarlı strukturlarını pozmamaları, yəni birdən alışıb alov almamalarıdır. Çöldən gələcək yeni  enerji, bəhsi keçən qərarlı quruluşu pozacaq bir "aktivasiya  enerjisidir". Burada, bəhsi keçən qərarlı  quruluşun pozulması yəni "kitabın yanması" üçün lazım olan aktivasiya  enerjisi bir kibritdir. Hüceyrənin içindəki sulu məhlul içindəki  molekullar üçün isə bu enerji, ətrafdakı molekullarla təsadüfi toqquşmaları nəticəsində  ortaya çıxan enerjidir. 
Fermentlər, bəhsi keçən vuruşma əsnasında  ortaya çıxan bu böyük enerjini azaltmaqla vəzifəlidirlər. 
				    Biokimyaçıların  fermentlərin sürətlərini ölçmək üçün istifadə etdikləri ən əhəmiyyətli texnika, bir fermentin  bir saniyə içində reaksiyaya saldığı substratların sayını hesablamaqdır.  Buna fermentin dövrü sayı deyilir. Bu  ədəd hər ferment üçün dəyişmə göstərər. Bir çox fermentin dövrü sayı, onlar ya  da yüzlərlə ifadə edilər. Ancaq bəzi fermentlərin dövr ədədləri minlərlə  ifadə edilir. Buna verilə biləcək nümunə karbon anhidrazdır. Toxumalar tərəfindən  çıxarılan karbon dioksidin haradasa yarısı, ağciyərlərə ərimiş halda qan  dövranı ilə daşınar. Maye mühitdəki karbon dioksid məhlul nisbəti, bu əməliyyat  üçün olduqca ağırdır və bu səbəblə, karbonik  anhidraz bu əməliyyatı katalizə edərək 10 milyon dəfə sürətləndirər. Bir saniyə  içində 600.000 su molekulunu və eyni ədəddəki karbon dioksid molekulunu  reaksiyaya salar. Yəni, fermentin hər  bir reaksiyaya girdiyi müddət 2 mikrosaniyədir. Bu, həqiqətən də heyrətləndirici  bir müddətdir. Bunu, bu şəkildə də açıqlaya bilərik. Əgər bir saniyəni  bütün bir ilə yayacaq olsanız, bir mikrosaniyə ancaq bir içki  reklamı qədər olacaqdır. 
				    Bir molekulun  parçalanması, bir tullantının yox edilməsi və ya bir qidanın təhlil edilməsi,  Allahın diləməsiylə saniyələr içində heç dayanmadan hərəkət edən fermentlərin  müvəffəqiyyətidir. Növbəti sətirlərdə görəcəyimiz kimi, həzm sistemindəki  yeməklərin həzm edilməsi də, xüsusi həzm fermentlərinin işləri ilə mümkün ola bilir.  Həzm əməliyyatı qidanın tipinə görə insan bədənində təxmini olaraq 3 ilə 6 saat arası davam  edir. Ancaq əgər fermentlər olmasaydı, yediyimiz tək bir payın həzm edilməsi 30  ildən çox davam edəcəkdi.  Bunu, bu şəkildə də  açıqlaya bilərik: Həzmin ən əhəmiyyətli işçilərindən pepsin fermentinin yalnız  30 qramı, 2 ton ağırlığındakı yumurta ağını həzm edə bilir.  Bu, həqiqətən, böyük bir sürətdir.  Fermentlər olmasa, yediyimiz tək bir yumurtanın həzm edilməsi illər alacaqdı. Yenə, fermentlər  olmasaydı, 5 saniyəlik bir reaksiyanın müddəti 1.585 ilə qədər uzana bilərdi. Məsələn, yalnız bu səhifəni  oxumaq üçün 115.000 ilə ehtiyacınız olacaqdı.
 
				    Təkamülçü Karl Saqan, fermentlərin bu üstün sürətləndirmə xüsusiyyətləri ilə əlaqədar olaraq  bu şərhi etmişdir: 
				    Bir canlı hüceyrəsi,  çox təfərratlı və kompleks bir arxitektura möcüzəsidir. Mikroskop altında  baxıldığında dəlicə bir hərəkətliliyin görünüşü ilə qarşılaşarıq. Daha dərinlərdə  isə, molekulların fövqəladə sürətlərdə sintez edildikləri bilinir. Hardasa, hər ferment, hər  saniyə 100-dən çox molekul sintez edir. On dəqiqə içində  bir bakteriya hüceyrəsinin cəmi həcminin çox böyük bir hissəsi sintez edilir.  Sadə bir hüceyrə içindəki məlumat miqdarı təxminən 1012 bit olaraq təxmin  edilir. Bu ədəd, təxminən yüz milyon səhifəlik Britannika Ensiklopediyasına bənzər bir böyüklükdür. 
				    Buradan da, aydın olduğu  kimi, təxminən yüz milyon səhifəlik Britannika  Ensiklopediyasından çox daha  çox məlumata sahib tək bir hüceyrə, Allahın icazəsi və yoxlaması ilə 10 dəqiqə  içində çıxarılır. Burada, bəhsi keçən  istehsala vəsilə olanlar isə, Allahın qüsursuz şəkildə yaratdığı  fermentlərdir. 
				    Hər fermentin  reaksiyaları sürətləndirmə nisbəti fərqlidir. Tək bir cümlə ilə verdiyimiz bu məlumat  əslində çox böyük bir möcüzədir. Bədəndə bəzi reaksiyaların daha sürətli  reallaşması lazımdır. Bəziləri isə təmkinlidir. Məsələn, bəzi  reaksiyalar, katalizatorların köməyi ilə 1  saniyəyə qədər davam edə bilər. Katalizatorun, yəni fermentlərin  olmaması halında bu reaksiyanın reallaşma sürəti 108 saniyə olacaq. Bu müddət,  təxmini olaraq 3 ildir.  Ancaq elə reaksiyalar vardır ki, ferment varkən tarazlığa çatması 10 dəqiqəyə qədər uzana bilər. Bu,  fermentlər dünyasında olduqca ağır işləyən bir reaksiyadır və katalizatorun olmaması vəziyyətində  bu reaksiyanın tarazlığa çata bilməsi 109 dəqiqə davam edəcək. Bu ədəd isə, bizə  2000 ili verəcək. 
				    Sürətli işləməsi  lazım olan reaksiyalar üçün lazım olan sürət, ferment dünyasına görə ağır işləməsi  lazım olan reaksiyalar üçün böyük bir dağıtma ola bilər. DNT-ni köçürən  fermentin daha sürətli hərəkət etməməsi lazım olarkən, bədəndəki zəhərli maddələri  parçalayan fermentlərin də yavaşlamaması lazımdır. Məsələn, bəzi fermentlər reaksiyalarında, yan məhsul  olaraq hidrogen peroksid ortaya çıxararlar və bilindiyi kimi, hidrogen peroksid yandırıcı bir  maddədir. İnsan bədənindəki bütün orqanları əridib yox edə bilmə gücünə  malikdir. Belə təhlükəli bir maddənin hüceyrənin bir məhsulu olaraq ortaya  çıxması həm çaşdırıcı bir vəziyyətdir, həm də olduqca təhlükəlidir. Bu səbəbdən, bədən  toxumalarına zərər vermədən ortadan qaldırılması lazımdır. Bunun üçün bədənin  içində alınmış əhəmiyyətli bir tədbir vardır. Hidrogen peroksidi çıxaran fermentlərin  içlərində peroksizom adı verilən xüsusi orqanoidlər var. Bu orqanoidlərin içində böyük miqdarda  katalaz fermenti olar. Katalaz fermentinin vəzifəsi isə, hidrogen peroksid bədən  toxumalarına dağılmadan əvvəl onu parçalamaqdır.  Bu ferment, bir dəqiqədə  5.000.000 hidrogen peroksid molekulunu parçalayaraq su və oksigenə çevirə  bilər. Və bunun üçün lazımlı olan aktivasiya enerjisi molekul başına 18.000  kaloridir. Əgər katalaz fermenti bu işi boynuna götürməsəydi və dəmir atomunun  tək başına bu vəzifəni reallaşdırması gərəksə idi, tək bir hidrogen  peroksid molekulu təxminən  300 ildə parçalana bilərdi.  5 milyon hidrogen peroksid molekulunun  parçalanması üçün isə 5.000.000 x 18.000 = 90.000.000.000 kalorilik bir  aktivasiya enerjisinə ehtiyac duyulacaqdı. Yer üzündəki bütün canlıların  istehlak etdikləri qida və çıxardıqları enerji belə, bu miqdarı  qarşılamağa çatmayacaqdı.
				    Duvey T. Geş  katalaz fermentinin əhəmiyyətini və təsadüfən ortaya çıxmasının  qeyri-mümkünlüyünü bu sözlərlə açıqlamışdır: 
				    Həyatın olmadığı  bir mühitdə heç bir seleksiya ola bilməz. Məsələn, canlı hüceyrələr üçün  olduqca zəhərli olan hidrogen peroksid, hüceyrəvi fəaliyyətlərin metabolik bir məhsuludur.  Bu səbəblə, hidrogen peroksidin dağıtmasını katalizə edən olduqca əhəmiyyətli  bir fermentə sahibik. Bu ferment, yəni katalaz, bir dəqiqə içində bir neçə  milyardı tapan bir dövr sayına malikdir. Hidrogen peroksidin yüksək dərəcədə  zəhər ehtiva etməsi səbəbiylə, bu zəhərin təhlil edilməsi üçün hüceyrələrimizin  olduqca təsirli bir fermentə ehtiyacları vardır. Bu ferment olmadan həyatda  qala bilməmiz qətiyyən mümkün deyil. 
				    Fermentlər,  reaksiyaları çox-çox sürətləndirə bildikləri üçün bizim üçün əhəmiyyətlidirlər.  Bəs fermentlər bu dərəcə  sürətli olmasaydı nə olardı? Olmamaları vəziyyətində 10.000 ildə reallaşa biləcək  olan bir reaksiyanı, məsələn, 100 ildə reallaşacaq hala  gətirsəydilər, bu bizim  üçün qənaətbəxş olardımı? Bunu 100 deyil, 10 ildə  reallaşdırmış olsalar, yenə bir faydaları toxunardımı? İlləri, ayları, saatları bir kənara  buraxaq, tək bir reaksiya yalnız 10 dəqiqə davam etsəydi həyatımıza davam edə  bilərdikmi? Nəinki, 10 dəqiqə, hətta öz kataliz müddətlərində  meydana gələ biləcək millisaniyəlik bir əskiklik belə, bəhsi keçən  funksiyanı uzaq tutmağa çatacaqdır. Məsələn, katalaz  fermentinin DNT polimeraz fermenti sürətində hərəkət etməsi, ortaya çıxan bütün  hidrogen peroksid molekullarının hüceyrələrə yayılmasına və  dolayısı ilə hüceyrələrin  ölümünə səbəb olacaq. 
				    Fermentlərin  olmaları və olmamaları vəziyyətində meydana gələn fövqəladə müddət fərqi, bu  möhtəşəm zülalların nə qədər böyük bir iş etdiklərini açıqca göstərir. Bu hadisədə  təsadüf anlayışına keçid verməyən bir fövqəladəlik vardır. Hətta belə kompleks  bir sistemi, şüur sahibi olaraq bir insanın hazırlayıb reallaşdırması da mümkün  deyil. 
				    Burada düşünülməsi  lazım olan çox əhəmiyyətli bir incəlik daha vardır: Hər bir ferment, fərqli sürətləndirmə  gücünə necə sahib olar? Fermentlər hər reaksiyanın fərqli sürətdə reallaşması  lazım olduğunu haradan bilərlər? Fermentlərin öz-özlərinə, bir  reaksiyanın nə işə yaradığını bilərək onu nə qədər sürətləndirmələri lazım  olduğunu hesablamaları, buna görə bir nisbət təyin etmələri və bunu digər  fermentlərə xəbər verə bilmələri mümkün deyil. Bütün bu xüsusiyyətləri təsadüfən  qazana bilmələri də qeyri-mümkündür. Təsadüflər, şüursuz, təsadüfi təsirlərlə  meydana gələn hadisələrdir və hüceyrə kimi kompleks bir orqanoidin içində təsadüfü  bir təsir, bütün orqanoidlərin işləyişinin dayanmasına və  hüceyrənin ölümünə səbəb olacaq. Bu səbəbdən, hüceyrə içindəki sistemlər, eynilə  bəhsi keçən ferment sisteminin işləməsi kimi idarəlidir və bu idarə hüceyrəyə və  ya onun içindəki orqanoidlərə aid deyil. 
				    Şüursuz atomların  meydana gətirdiyi mikroskopik bir sistemdə reallaşan şüurlu əməliyyatların tək  bir şərhi vardır. Bunların hamısı, əgər həqiqi mənada nə etmələri  lazım olduğunu bilirlərsə, etdikləri işlərdə heç səhv etmirlərsə, bu mükəmməlliyi  nəsillər boyunca hər insanda daima davam etdirirlərsə, bu vəziyyətdə özlərində  təcəlli edən ağılı və qüsursuzluğu sərgiləyirlər deməkdir. Bu  ağılın və qüsursuzluğun, onları yaradan Allaha aid olduğu açıqdır.  Allah, fermentlərin insan bədənində mükəmməl şəkildə vəzifələrini davam etdirmələrini,  hər birinin fərqli sürətlərdə müxtəlif molekullarla işlərini və bir insanı  yaşada bilmək üçün kəsilməz hərəkət etmələrini dilədiyi üçün, bu molekullar  şüur tələb edən əməliyyatları müvəffəqiyyətlə reallaşdıra bilir. Fermentlər,  yer üzündəki bütün varlıqları, insanı, onun yaşadığı kainatı, qısacası var olan  hər şeyi tək bir əmriylə yaradan Allahın bir nemətidirlər. Allah, yaratma sənətini  yer üzündəki mükəmməlliklərlə və ayələriylə insanlara tanıdar. Rəbbimizin ayələrindən  biri belədir: 
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız. (Rad surəsi, 2)


