RNT-ə nəzarət edən fermentlər
				  RNT, yəni ribonükleik turşu, eynilə DNT kimi nükleotidlerin ard-arda yerləşməsiylə yaranan tək silsilədən ibarət böyük bir molekuldur. DNT molekulundan tək fərqi, nükleotid düzülmələrində Timin yerinə Urasilin olmasıdır. RNT, hüceyrələrdə DNT ilə birlikdə işləyərək fermentlərin sintez edilməsində rol alar.
				    Bədənimizdəki hər  hansı bir əməliyyat üçün, məsələn, uzanan bir saç telimizin hər hüceyrəsinin  meydana gəlməsini təmin edəcək bütün kimyəvi reaksiyaların reallaşa bilməsi  üçün də, əlaqədar fermentlərin istehsalının edilməsi lazımdır. Bunun üçün  fermentlərin çıxarılacağı DNT-nin əlaqədar qisimlərinə mesajlar çatdırılar.  DNT, RNT ilə birlikdə  ferment istehsalını reallaşdırdığı üçün, mesajın getdiyi əlaqədar qisimdə RNT sintezinin  edilməsi lazımdır. Bunun reallaşması üçün DNT-nin aktiv hala keçməsi, RNT-nın nüvə  xaricinə daşınması və fermentlərin sintez edilməsi şərtdir. RNT sintezi üçün  reallaşan bütün mərhələlər də yenə "digər fermentlər" tərəfindən nəzarət  edilərlər. Çıxarılan fermentlərdən biri olan ATFaz  (adenozintrifosfataz), ATF-lərin istifadə  edilməsini, bir başqa ferment də ATFaz-ların doğru yerə gəlməsini təmin etməkdədir.  Bu zaman minlərlə başqa  ferment də, hüceyrənin canlı qala bilməsi üçün minlərlə başqa reaksiyanı bənzər  mərhələlərlə reallaşdırmağa davam etməkdədirlər. Ancaq burada vurğulanması  lazım olan əhəmiyyətli bir nöqtə vardır: RNT, ferment  istehsalı üçün sintez edilir. Ancaq onu  sintez edənlər, yenə fermentlərdir.
				    Nüvədəki genlər  tərəfindən meydana gətirilən RNT molekulları, fermentlərin şəkilləndirilməsində  təməl bir rol oynayarlar. Əgər bir canlı orqanizm səhv olan bir gen ilə doğulsa  və ya genlərindən biri əskiksə, bu vəziyyətdə RNT molekulu  tamamlanmamış deməkdir. Bunun da mənası bəzi fermentlərin hüceyrədə meydana gəlməmiş  olmasıdır. Bu səbəbdən, çıxarıla bilməyən fermentə bağlı olaraq meydana gəlməsi  lazım olan reaksiyalar da reallaşa bilməz və orqanizm xəstəlikli olar. Əgər bəhsi keçən fermentlər və  onların reallaşdırdığı reaksiyalar orqanizm üçün həyati isə, o zaman ölüm  qaçınılmazdır. 
				    Fermentləri RNT çıxarar, amma  RNT-nin ferment çıxara  bilməsi və üzərindəki səhvlərin düzəldilə bilməsi üçün yenə fermentlərə  ehtiyacı vardır. Yəni, DNT üçün keçərli olan vəziyyət, RNT üçün də keçərlidir. Bu sistem  DNT-də olduğu kimi işləyər. Hüceyrə içində bir zülal çıxarılması lazım  olduğunda, RNT polimeraz adlı  bir ferment, hüceyrənin məlumat bankı olan DNT-ə gedər. DNT-dən çıxarılacaq  zülalla əlaqədar məlumatları tapar və bunların bir surətini alar. Ancaq bəzən  çıxarılacaq zülal ilə əlaqədar məlumatlar, DNT-nin fərqli bölgələrində dağınıq  halda ola bilər. Belə vəziyyətlərdə, RNT polimeraz  fermenti, məlumatın başladığı yerdən bitdiyi yerə qədər olan hissənin hamısını  köçürər. Bunu edərkən  ferment, işinə yaramayan yerləri də köçürülmüş olar. Arada lazımsız məlumatların  olması, fərqli və işə yaramaz bir zülalın çıxarılmasına səbəb olacaq. Bunun  qarşısını almaq üçün dövrəyə spliceozom adlı yeni bir ferment girər. Bu  ferment, yüz minlərlə məlumatın içindən gərəksiz olanları böyük bir etina ilə  seçib çıxarar və bəhsi  keçən zülalın  çıxarılması üçün lazımlı olan zəncirləri bir-birlərinə bağlayar. 
				    Bu vaxt nRNA kodonunun (nəqliyyat RNT - amin  turşularının bir-birinə əlavə olunmaq üzrə ribozoma çatdırılmadan əvvəl  bağlandıqları kiçik RNT molekulları)  doğru amin turşusuya bağlanması lazımdır. 20 amino turşunun hər biri üçün ən az  bir transfer RNT (nRNT) növü mövcuddur.   Əgər RNT köçürülməsindəki bu həyati mərhələ  işləməzsə, o zaman RNA sıralaması pozular. Bu da RNAin funksiyasız olması mənasını  verir. "Aminoaçil-nRNT sintetaz" adı verilən xüsusi bir ferment,  uyğun amin turşusunun nRNT-ya bağlanmasından məsuldur. Bu əməliyyat əsnasında həm  hər nRNT-nın doğru amin turşusuna bağlanması təmin edilməli, həm də digər 19  amino turşunun bundan təsirlənməməsi lazımdır. Ancaq bəhs edilən fermentin səhvsiz  çalışması nəticəsində RNT köçürülməsindəki bu risklər tamamilə ehtimal xaricində qalmış  olur. \
				    DNT köçürülməsi mövzusunda  qarşımıza çıxan tərəddüd, RNT köçürülməsi mövzusunda yenə  qarşımızdadır. RNT-nin köçürülməsini təmin edən  zülallar, yenə RNA tərəfindən çıxarılan fermentlərdir. Bu səbəbdən, RNT-nin yoxluğunda  fermentlərin, fermentlərin yoxluğunda da RNT-nin varlığından  danışmaq mümkün deyil. Bu vəziyyətdə, təkamülçülər üçün zülalların yoxluğunda  RNT polimerlerinin necə köçürüləcəyi mövzusu həll edilə bilməz problemlər meydana gətirir.   RNA-nın xüsusi fermentlərinin, mütləq RNT var olduğu anda, bütün  funksiyaları ilə əskiksiz olaraq işləməli olmaları lazımdır. Eyni anda,  fermentlərin də RNT tərəfindən çıxarılmalı olması lazımdır. Təkamülçülər, bu  ziddiyyətli vəziyyətə bir şərh gətirə bilmədikləri kimi, bu strukturlardan hər  hansı birinin təsadüfən necə meydana gəlmiş ola biləcəyini də açıqlaya bilmirlər.  Bu vəziyyətdə, bir-birindən ayrı işləməsi mümkün olmayan, amma əslində bir-birlərindən  fərqli olan molekulların, heç bir səbəb olmamasına baxmayaraq "təsadüfən"  eyni anda meydana gəldiklərini, təsadüfən bir-birlərini tapıb yenə təsadüfən  birlikdə işə başladıqlarınımı qarşıya qoyacaqlar? Belə bir iddianı ortaya  atacaq olan, illərcə laboratoriyalarda təhsil almış, bu sistemlərin hamısının ən  incə nöqtələrini bilən elm adamları olmayacaqdırmı? Sırf Allahın varlığını və  yaradılış həqiqətini inkar edə bilmək üçün belə elm və ağıl xarici bir iddia ilə  ortaya çıxmaq, elm adamlarını olduqca hörmətdən salacaq bir vəziyyət olar.
				    Məhz bu səbəblə  təkamül müdafiəçiləri də bu cür iddialarla ortaya çıxmaqdan çəkinirlər. Bütün  bunlara elmi bir örtük uydurmağa çalışır, amma bunu da  bacara bilmirlər. Təkamülçü Leslie E. Orgel, olduqca açıq olan bu  qeyri-mümkünlüyü qəbul etmək məcburiyyətində qalanlardandır: 
				    İlk olaraq RNT-nin meydana gəldiyi  və inkişaf etdiyini qarşıya qoyan RNT dünyası adını verdiyimiz iddianı ortaya  atdıq... Bu ssenari reallaşa bilər, təbii prebiotik RNA indi dəlilləri olmayan  iki xüsusiyyətə sahib olsa: Zülallar olmadan özünü köçürmə xüsusiyyəti və  zülal sintezinin bütün mərhələlərini katalizə edə bilmə qabiliyyəti.
				    Orgelin bəhs  etdiyi şey, təkamül kimi xəyali bir müddətin RNT-ni fermentlərlə  birlikdə ortaya çıxarması lazım olduğudur. Ancaq bu xəyali müddətdə, bəhsi keçən kompleks  strukturların deyil bir yerdə meydana gəlməsi, bu strukturların kompleks  parçalarından tək birinin belə təsadüfən  meydana gəlməsi qeyri-mümkündür. 
				    Allahın  yaratması o qədər mükəmməldir ki, bütün dünya insanları bir araya gəlsələr,  onun sahib olduğu tək bir hüceyrəni belə meydana gətirə bilməzlər. Buna Allahın  yaratması xaricində bir şərh, alternativ bir iddia gətirə bilməzlər. RNT-nin fermentsiz,  fermentlərin də RNT-siz var  olmayacaqları bir sistem, bu mükəmməlliyə müzakirəsiz ən qüsursuz nümunələrdəndir.  Allah, bütün varlıqların Yaradıcısı olduğunu Quranda belə bildirər: 
Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir. (Şura surəsi, 29)


