Ferment, təsir edəcəyi reaksiyanı necə təyin edər?
				  Fermenti meydana gətirən amin turşularının quruluşunda dəyişən yan qrupların varlığından bəhs etmişdik. Bu yan qruplar, fermentin bir bölgəsində toplanarlar və üç ölçülü quruluşu olan və "aktiv bölgə" adı verilən bir sahə meydana gətirərlər. Aktiv bölgə, fermentin əlaqədar yerə bağlanaraq lazımlı kimyəvi əməliyyatları reallaşdırdığı, yəni aktiv olduğu bölgədir.
				    Fermentin təsir  edəcəyi, yəni birləşib reaksiyaya girəcəyi qisim isə substrat olaraq adlandırılar.  Müəyyən bir fermentin aktiv bölgəsi, ancaq təsir edəcəyi molekula aid substrata  uyğun gələ bilər. Bu substratın başqa bir fermentin aktiv bölgəsi ilə birləşməsi  mümkün deyil. Fermentlərin sahib olduğu aktiv bölgələr iki əhəmiyyətli parçaya  malikdir. Bu bölgələrdən biri substratı tanıyar, digəri isə substrata bağlandıqda reaksiyanı katalizə etməklə vəzifəlidir. 
				    Əslində ferment və  substrat, bədənin içində bir-birlərinə tamamilə xarici iki quruluşdur. Amma  bir-birlərini tanımadıqları halda bir-birlərinə qarşı hazırlıqlıdırlar. Daha əvvəl  bir-birini heç görməmiş olmalarına baxmayaraq, özlərindən milyardlarla qat  böyük bir bədənin içində qarşılaşdıqları an, çox sayda molekul arasından  bir-birlərini tanıyar və sürətlə birləşərlər. 
				    Bu birləşməyi təmin  edən ana faktorlardan biri fermentin üçüncül quruluşudur. Bu xüsusi quruluş səbəbiylə  bükülüb şəkil alan molekul, substratın tam olaraq yerləşə biləcəyi bir boşluğa  sahib olmuşdur. Bu, üçölçülü və olduqca kompleks bir həndəsədir. Ancaq bu  molekulyar kompleks quruluşa baxmayaraq, aktiv bölgə və substrat bir-birlərinə  mükəmməl bir açar-kilid uyğunlaşması göstərərlər. Açarın, yəni fermentin əskikliyi  vəziyyətində, qapının qırılaraq açılması lazımdır ki, bu da böyük bir güc, yəni enerji tələb  etdiyindən insan bədənində mümkün ola bilməz. 
				    Tək bir kilidin  yalnız tək bir qapını aça bilməsi kimi, müəyyən fermentlər də yalnız müəyyən  substratlarla uyğunlaşma halında ola bilərlər. Bu uyğunlaşma, eyni zamanda, çox təsiredici  bir sürət içində işləyər. Bu sürət o qədər böyükdür ki,  bir ferment bəzən saniyədə 300 substrat ilə müəyyən bir sırayla tək-tək birləşər.  O maddəni istənilən formaya salar, sonra  ayrılar. Bu əməliyyat kəsilməz olaraq insanın ömrü boyunca davam edəcək. 
				    Bir hüceyrə içində  fermentlərin və substratların sayı olduqca azdır. Bu vəziyyətdə fermentlər və  onlara uyğun olan substratlar bir-birlərini hüceyrə içində necə taparlar? Şübhəsiz  əgər hüceyrənin içi sabit bir quruluşda olsaydı, eyni mühitdə olmalarına  baxmayaraq fermentlərin substratlarla birləşməsi, heç bir zaman  mümkün olmaya bilərdi. Ancaq  hüceyrənin içi daima hərəkətdə olduğu üçün belə bir problem  yoxdur. İstilikdən ötəri meydana gələn hərəkətlənmələr molekulyar səviyyədə  olduqca böyük və müxtəlifdir. Hüceyrə içində molekullar bir yerdən digərinə  doğru daima hərəkət edərlər. Molekulları meydana gətirən bir-birlərinə  bağlanmış atomlar isə olduqları yerdə titrəşərlər. Daha  böyük molekullar olan zülallar isə, bir saniyə içində təxminən bir milyon dəfə  öz ətraflarında dönərlər. Hüceyrə içindəki bu qarışıqlıq verici hərəkətlilik  bütün molekulların daima bir-birləriylə vuruşmalarına səbəb olur. 
				    Məhz bu vuruşmalar nəticəsində  hüceyrə içində ədədləri az olmasına baxmayaraq fermentin aktiv bölgəsi, özünə  uyğun substrat molekulu tərəfindən hər saniyə təxminən 500.000 dəfə bombardmana  tutular. Bu bombardmanın nəticəsi, fermentin əlaqədar  səthiylə substrat uyğunlaşar və bu molekullar bir anda ferment-substrat  molekulu halını alarlar. Artıq reaksiyaya girməyə hazırdırlar. 
 
				    Fermentlər, özlərinə  uyğun olsun və ya olmasın, qarşılaşdıqları hər substrata çox zəif bağlarla  bağlanarlar. Bunlar hidrogen bağlarıdır. Ferment və substrat arasındakı  hidrogen bağlarının istiqamətləndirici quruluşu, o ferment və substrata özlərinə  aid bir şəkildir, bu səbəbdən də bir xüsusiyyəti verir. Ancaq ferment doğru  substrat ilə qarşılaşdığında və ferment ilə substrat bir dəfə bir araya gəldiyində,  aralarında hidrogen bağlarının xaricində yeni bağlar meydana gələr. Bunlar, Van der Vaals,  elektrostatik güc və hidrofobik bağlar kimi müxtəlif kimyəvi qarşılılıqlı təsirlərdir.  (Kimyəvi bağlar üçün baxın. Molekul möcüzəsi, Harun Yəhya) Bu bağlar vasitəsiylə  ferment və substrat arasındakı bağ qüvvətlənər və ikisinin bir-birlərindən  ayrılma ehtimalları azalar. 
				    Qarşı-qarşıya gələn  iki molekuldan əgər biri digərinin substratı deyilsə, bu vəziyyətdə şərtlər  daha fərqliləşər. Vuruşan iki molekul, sanki bir-birləriylə birləşməyə  çalışarcasına aralarında zəif bir bağ qurarlar. Bu bağlar bir-birləriylə az-çox uyğunlaşan  kiçik səthlər arasında meydana gəlir. Ortaya çıxan enerji diqqətə alınar səviyyədə deyil.  Ferment, bəhsi keçən substratın kilidini açacaq, açar olmadığını  anladığı an, aradakı zəif bağları qoparar və sürətlə ondan uzaqlaşar.  Bu, əhəmiyyətli bir tədbirdir. Bir-birləri ilə uyğunlaşmayan molekullar  arasında səhv və istənilməyən bağlar qurulmasına bu şəkildə maneə  törədilmiş olar. 
				    Bir-birinə  uyğunlaşan ferment və substratlar da tədbirlidirlər. Son edilən araşdırmalar,  eynilə bir əlcəyin ələ geyildiyində əlin şəklinə uyğunlaşma təmin etməsi kimi,  substrata uyğunlaşma təmin etmək üçün fermentlərin çox yüngülcə şəkil dəyişdirə  bildiklərini göstərmişdir. 
				    Burada şüurlu iki  varlıq kimi izah etdiyimiz strukturlar, yalnız iki molekuldur. Görmə, eşitmə,  bir-birləriylə xəbərləşmə və bir şeyə qərar vermə qabiliyyətləri yoxdur. Bir  insan bədənində onların müvəffəqiyyətiymiş kimi görünən hər şey, həqiqətdə onları hər an  idarəsi və yoxlaması altında tutan uca Allaha aiddir.  Allah diləmədikcə, heç bir substrat heç bir ferment ilə birləşə bilməz. Heç bir  ferment, insanın həyati funksiyalarını təmin edən funksiyalar meydana gətirə  bilməz. Bir fermentin, özü üçün lazımlı olan parçanı kəşf etməsi, ona  uyğunlaşma göstərib onunla birləşmək üçün müxtəlif üsullar sınağı və açıqca  ağıllı və şüurlu hərəkətlər  sərgiləməsi, ancaq Allahın istiqamətləndirməsiylədir. Cansız molekulların şüur  sərgiləmələri, böyük bir möcüzədir və buradakı möcüzəni görə bilməyənlər və ya  görmək istəməyənlər, molekullara, atomlara, hətta təsadüflərə ağılla əlaqələndirərək onlarda bir fövqəladəlik  axtararlar. Halbuki, göstərdikləri bütün elmi səylər, yer üzünün tək  hakiminin, üstün və güclü olan tək Yaradıcının Allah olduğunu elan edir. Allah,  yoxdan yaradan və dilədiyi varlıqda Öz sonsuz ağlını təcəlli etdirəndir. 
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar. (Yunus surəsi, 66)
Bəlkə açar kilidə uyğun gəlməsəydi? Lazımlı ferment lazımlı yerdə olsaydı amma substratla uyğunlaşa bilməsəydi? Ferment, sürətləndirilməsi lazım olan reaksiya sahəsinə zamanında çatsaydı, amma əlaqədar molekulların yanından keçib getsəydi? Bir düşünək, bir yaradan axan qanın dayandırılması üçün lazımlı fermentlər, əgər sırf bu quruluşa uyğunsuzluğu səbəbiylə vəzifələrini edə bilməsələr, qanın laxtalanması heç bir şəkildə mümkün olmayacaq. Hüceyrələrin yenilənməsi, funksiyalarını davam etdirə bilmələri, bədən funksiyalarının eyni sürət və nizam içində edə bilməsi üçün lazımlı olan heç bir reaksiya reallaşa bilməyəcək. Fermentin istənilən şeyi edə bilməsi üçün təsir etməsi lazım olan maddəni yəni substratı tanıması, ona tam olaraq uyğun gələ bilməsi lazımdır. Və bir canlı bədənində, Allahın icazəsiylə, bu mövzuda heç bir problem yoxdur. Hər ferment, birlikdə reaksiyaya girəcəyi substratı problemsiz tanıyar və Allahın ilhamıyla hərəkət etdiyi üçün reallaşması lazım olan əməliyyatda heç bir zaman səhv etməz. Açar kilidə mütləq surətdə uyğunlaşar, reaksiya mütləq reallaşar.
                    Hər şey 0.01 mm-lik diametrə  sahib bir hüceyrənin içində reallaşır. (Hüceyrənin böyüklüyü 10-100 mikron  arasındadır.) Bir-birlərinə uyğunlaşma təmin edən molekullar, bunların  aralarındakı kimyəvi bağlar, yalnız 0.01 mm-lik sahənin içindədir.  Üçölçülü strukturlar, bir-birinə bağlanan molekullar, molekullar üzərində  xüsusi həndəsəyə sahib oyuqlar və o oyuqlara yerləşə biləcək həndəsəyə sahib  başqa molekullar, hamısı bu mühitdədir. Bir-birlərinə uyğunlaşma göstərən,  bir-birlərindən xəbər alan, bir-birlərinin ehtiyaclarını təyin edən, zaman  nizamı edə bilən, yorulmayan və qarşısına çıxan hər molekulu rahatlıqla tanıya  bilən molekullar bu mühitdə işləyərlər. Təkrar xatırlatmaq lazım olsa,  bu mühit, içində  elektronların sürətlə hərəkət edib dayandığı, diametri yüz mikrondan daha kiçik  olan bir hüceyrədən başqa bir şey deyil. Bir hüceyrə içində, insanın bütün  qabiliyyətlərini, ağlını və məlumatını aşan, insanın haradasa heç çata bilməyəcəyi  qüsursuzluğu meydana gətirən, heç vaxt çaşmayan, səhv  etməyən, tamamilə şüurlu bir sistem vardır. Bu şüur, əlbəttə, hüceyrənin özünə  aid deyil. Hüceyrənin içindəki bir-birindən xəbərsiz, bir atom yığını olan  molekullara, bu şüursuz molekullar arasında gedib-gələn yenə  şüursuz olan fermentlərə də aid ola bilməz. Bu şüur, bütün bunları saxlayan  insan bədəninə və ya insan beyninə də aid deyil. Bu şüurun qaynağı, sonsuz ağıl  və sonsuz güc sahibi olan Allahdır və Allahın sonsuz gücü və ağlı, yaratdığı hər  şeydə təcəlli edər. Onun təcəllisi, ucsuz-bucaqsız  kainat üzərində də hakimdir, millimetrin 1%-i qədər olan bir hüceyrənin içindəki  fermentlərdə də. Böyük və ya kiçik olmaları fərq etməz, hər birindəki  komplekslik, qüsursuzluq və sənət eyni üstünlükdədir. Çünki Allah hamısını  sonsuz elmiylə yaradar. Allah bir ayəsində bu həqiqəti belə xəbər verər:
Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər. (İsra surəsi, 99)


