Həzm fermentlərinin istehsal fabriki: Pankreas (Mədəaltı vəzi)
				  Pankreas, qarında mədənin arxasında gizlənmiş 15 santimetr boyunda 90 qram ağırlığında kiçik bir orqandır. Mədənin arxasında yerləşmiş olduğundan gizli orqan olaraq adlandırılır. Pankreas, damarlar kimi bir-birinə bağlanmış incə balonlara malikdir. Bu balonlar, mədənin arxa qismində iştirak edən bağırsağa doğru açılan bir qapı şəklində birləşərlər. Bu qapı, bağırsaq üçün təcili yardım rolu oynayan əhəmiyyətli bir mayenin, pankreas mayesinin axıb keçdiyi yerdir.
				    Pankreas kiçik  olmasına baxmayaraq olduqca əhəmiyyətli  bir vəzifəni boynuna  götürmüşdür: Həzm fermentlərinin çıxarılması. Həzm fermentləri, pankreasın  çıxardığı və adına pankreas mayesi deyilən bir maye içində həzm sisteminə çatdırılar.  Bu mayenin içində başqa tarazlayıcı faktorlar da var. Pankreas, hər gün 5  litrə çatan pankreas mayesi çıxara bilməkdədir.  90 qramlıq kiçik bir orqan  üçün bu nisbət olduqca yüksəkdir. 
				    Pankreas  mayesinin istehsalı, mədənin altındakı onikibarmaq bağırsağının mədə turşusu ilə  görüşməsinə səbəb olar. Qidalar, mədədən ayrıldıqdan sonra olduqca turşulu bir  sıyıq halını alarlar. Mədədən sonra ilk olaraq ziyarət etdikləri yer isə,  onikibarmaq bağırsaqdır. Mədədən gələn bu turşulu qarışıq,  onikibarmaq bağırsağının incə və həssas olan iç qisimini də əridib yox edə biləcək  gücdədir. Ancaq belə bir problem meydana gəlməz, çünki pankreas  mayesi, qələvi bir su ehtiva  etməkdədir. Qələvi su, bağırsağa  çatması ilə birlikdə turşunun təsirsiz hala gəlməsini təmin edər. Beləliklə, qidalar  bağırsağa problemsiz şəkildə girə bilərlər.
				    Pankreas  mayesinin istehsalı idarəlidir. Yemək masasına oturduğumuzda, pankreasın minlərlə  kiçik kisəciyi, yəni akinosları, sinir sistemindən aldığı xəbərdarlıqlarla  pankreas mayesini ifraz etməyə başlayar. Ancaq  ağızımızdakı tikə onikibarmaq  bağırsağın qapısından keçmədən pankreas tam işə başlamaz. Qida hansı miqdarda gəldisə,  ifraz olunan ferment miqdarı da ona görədir. Pankreas, eyni zamanda, yediyimiz yeməklərin  növlərini də anlaya bilər. Ardından da yediyimiz fərqli yeməklərə görə fərqli  fermentləri ifraz edər. Məsələn, makaron, çörək kimi karbonhidratlı yeməklər  yediyimizdə, pankreas mayesi içində karbonhidrat həzm edici ferment, yəni amilaz  ifrazatı ağırlıqdadır. 
				    Bu tarazlama mexanizmi  olduqca həssasdır. Çünki həm fermentlərin israf edilməməsi, həm də bağırsağın  öz divarlarının təsadüfi həzm edilməməsi  lazımdır. Bütün bu sistem, bir canlı bədənini ayaqda tuta bilmək üçün kafi  miqdarda ferment çıxarmanın məsuliyyətini daşıyır. Əgər bunun fərqində  olsaydıq, bütün vaxtımızı bədənimizdə fermentlərin nə vaxt, nə miqdarda və necə  çıxarılacağını hesablamaqla və onları necə xərcləməmiz lazım olduğunu düşünməklə  keçirərdik. Halbuki, bunların istehsalı da, iş üsulları da bizim  idarəmizdə və məlumatımız daxilində deyil. Ferment istehsalının idarəsi, bədənin  içində yenə yağ və zülallardan meydana gəlmiş başqa strukturlara yüklənmişdir.  Beyindən çıxan vagus siniri vasitəsiylə, bağırsaq divarında xüsusi olaraq  çıxarılan hormonlar olan sekretin və pankreozimin, ferment istehsalını boynuna  götürərlər. Sekretin hormonu, pankreası, turşunu neytrallaşdıran natrium  bikarbonat baxımından zəngin olan pankreas mayesi ifraz etməsi üçün xəbərdar edər.  Pankreozimin hormonu isə pankreası, ferment baxımından zəngin olan pankreas  mayesinin ifrazı üçün xəbərdar edər.  Qidalar mədədən onikibarmaq bağırsağına keçdiklərində sekretin və pankreozimin  qana qarışmağa başlayar. Bu istehsal onikibarmaq bağırsaq üçün əhəmiyyətlidir,  çünki bu hormonlar sayəsində bağırsaq, turşunun parçalayıcı təsirindən  qorunacaq. Sekretin və pankreozimin, qan dövranı yoluyla pankreasa çatar və  içində onikibarmaq bağırsağı qoruyacaq suları da əhatə edən və içində bol  miqdarda su, bikarbonat və həzm fermentləri olan pankreas mayesinin kafi tutumda  ifrazının lazım olduğunu xəbər  verər. Bu ifrazlar, daha əvvəl bəhs etdiyimiz incə kanallar vasitəsiylə  bağırsağa axar. 
				    Hormonları hərəkətə  keçirən orqan, yenə zülal və yağlardan ibarət olan bir başqa quruluşu olan mədədir. Mədədə  həzm sürərkən bu orqan qidaların, sanki özündən sonra onikibarmaq bağırsağa  uğrayacaqlarını bilərcəsinə bir xəbərdarlıq göndərər. Ona potensial təhlükəni xəbər  verər. Bəhsi keçən hormonları dərhal ifraz etməyə başlayar. İfraz etdiyi  hormonları qana verər. Bu, görünüşcə olduqca riskli bir işdir. Çünki qan bütün  bədəni gəzər. Bu səbəbdən qan içində gəzən bu hormonların hara xəbər  aparacaqlarını bilir olmaları lazımdır. Necə ki, hormonlar da bunu həqiqətən  çox yaxşı bilərlər. Aldıqları mesajı bədəndəki  başqa heç bir hüceyrəyə çatmadan, yalnız pankreasa çatdırarlar. Allah sonsuz  incəliklər ehtiva edən yaratma sənətinin bir göstəricisi olaraq, bəhsi keçən  hormonların molekulyar quruluşunu, yalnız pankreas hüceyrələrinin pərdəsində  olan qəbul edici molekullarla təsirlənəcək şəkildə yaratmışdır. 
				    İnsan bədəni  içində var olan bir-birindən xəbərsiz iki kiçik molekul, bir-birlərinin nə işə  yaradıqlarını bilərək, məqsədlərini, xüsusiyyətlərini, funksiyalarını tanıyaraq  bir-birləri ilə xəbərləşirlər. Bir-birlərini heç görməzlər, insan bədəninin nəyə bənzədiyini və  nə qədər böyük ola biləcəyinin fərqində deyildirlər. Amma yenə də ortaq bir məqsədi  nəticələndirmək üçün xəbərləşərlər. Bunu edə bilmələri üçün böyük bir ağıl və  şüur sahibi olmaları lazımdır. Əlbəttə ki, gözü, qulağı,  beyni olmayan şüursuz atomların meydana gətirdiyi molekullarda belə bir ağıl və  şüur axtarmaq yersizdir. Bu varlıqların etdikləri möcüzəvi işlərdə görülən ağıl  və şüur, insan bədənini yoxdan var edən Allaha aiddir. Bu möcüzəvi incəliklərin  yaradılış səbəblərindən biri, insanların bu əhəmiyyətli həqiqəti görmələri və  bunun üzərində düşünmələridir. Bu həqiqət Quranda belə xəbər  verilmişdir: 
Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)
Pankreasın gələn qidaların xüsusiyyətlərinə və miqdarına görə ferment ifraz edə bilmə qabiliyyəti isə ayrı bir möcüzədir. Pankreasın kimya düsturlarını bilməsi, nə tip qidanı nəyin həzm edəcəyini müəyyən etməsi və buna görə istehsal etməsi lazımdır. Bu idarəli istehsal nəticəsində pankreas, ferment tərəfindən zəngin olan mayesini incə bağırsağa göndərər. Pankreas mayesində bədən üçün həyati əhəmiyyətə sahib dörd ferment vardır. Bunlar tripsin, kromotripsin, lipaz və amilazdır. Tripsin və kromotripsin zülalı, qan dövranı ilə bütün bədəni gəzən və toxumaların istehsalında istifadə edilən amin turşularına çevirir. Amilaz, nişastanı şəkərə çevirər. Lipaz, yağ kürəciklərinə hücum edərək bunları parçalayar və bunları yağ turşularına və qliserinə çevirər. Bütün bunlar, fermentlərin möhtəşəm sürətləri ilə olduqca qısa bir zaman içində reallaşar və bitər. Yeyilən yemək, lüks bir restoranda sifariş edilən xüsusi bir yemək də olsa, yalnız bir çörək parçası da olsa, onikibarmaq bağırsaqda bunların hamısının aldığı hal eynidir. Qabdakı yemək ilə onun bağırsaqdakı halı bir-birindən tamamilə fərqlidir. Fermentlər onları parçalayar, kiçildər, tullantıları bir kənara təyin edər, geri qalan qismini də bədəni canlı tuta bilmək üçün ayırarlar.


