Nəticə
				  Şüursuz atomlar birləşərək dünyanın ən keyfiyyətli televiziyalarından belə daha yaxşı görüntü verən gözləri meydana gətirə bilməzlər. Şüursuz atomlar təsadüf nəticəsində birləşərək dünyanın ən keyfiyyətli alətindən daha yaxşı stereo eşitmə sistemi var edə bilməzlər. Şüursuz atomlar tutduğu bir şeyi hiss edə, daddığı bir şeyi anlaya bilməzlər. Şüursuz atomlar bir gülün qoxusunu hiss edəbilməzlər. Şüursuz atomlar bunların heç birini edə biləcək gücə sahib deyildirlər.
				    Şüursuz atomlar qaçan, gülən, düşünən, laboratoriyada öz  hüceyrələrini araşdıran insanı meydana gətirə bilməzlər. Onda hüceyrələrinin  bütövünü əhatə edən bir dövran sistemi, bütün yediklərini yeni hüceyrələrə  çevirən bir həzm sistemi, bütün bədəninə əmr verən bir beyin var edə bilməzlər.  Şüursuz atomlar laboratoriyada ən üstün cihazlardan daha sürətli çalışan,  qidaları parçalayıb kiçik strukturlara çevirən, DNT-ni köçürə bilən, tullantı  maddələri yox edən, mesajları çatdıran, 100 trilyon hüceyrənin hər birində hər  saniyə yüz minlərlə reaksiya reallaşdıran fermentləri meydana gətirə bilməzlər.
				    Amma darvinizm bu açıq həqiqəti qəbul etmək istəmir. Bir  fermentin son dərəcə kompleks və üstün bir quruluşa sahib olmasını,  milyardlarla illik əməliyyatları saniyənin ən kiçik vahidlərinə endirməsinə,  sözdə təsadüflərin bir möcüzəsi olaraq görürlər. Görməyən, eşitməyən, hiss etməyən  şüursuz atomların bir araya gəldiklərində bir-birləriylə xəbərləşdiklərini, digər  atomları tanıyabildiklərini, onlarla əməkdaşlıq edə bildiklərini iddia edirlər.  Bunun nəticəsində görən, eşidən, hiss edən şüurlu insanlar meydana gəlməsinin təsadüflərin  sözdə gücündən qaynaqlandığını qarşıya qoyurlar. Darvinizm bu gücün dağları, dənizləri  və bütün canlıları yaratdığına inanır. Çünki bu güc, yəni təsadüflər darvinizmin  mürəkkəb varlıqları yaradan, möcüzələr meydana gətirən yalançı ilahıdır.  Darvinistlər bu sehrin təsirindədirlər.
				    Son iki əsrin ən böyük kütləvi yalanının təməli bu  yalançı inanc sistemidir. Əlinizdəki kitabla bu cadunun aradan qaldırılması və  bu böyük yalana son vermək üçün bütün insanlara "tək bir nümunə"  verilmişdir. Oxuduğunuz kitabda bu tək nümunə, yəni tək bir "ferment"  haqqında səhifələrlə təfərrüat yazılmışdır. Aydındır ki, yer üzündə yaradılmış  tək bir təfərrüatda belə, Uca Allahın sonsuz gücü, ağlı, yaratma sənəti və  İlahi Qüdrəti gözlər önündədir. Yaradılış həqiqəti ən ehtişamlı şəkli ilə sərgilənmişdir.  Fermentin gördüyü hər işdə məntiq vardır. Fermentin hər qabiliyyəti fərdidir,  xüsusidir. Fermentlərə aid olan hər şey onu bütün aləmlərin Rəbbi olan Allahın  yaratdığı həqiqətini elan edir. Tek bir ferment darvinizmin qaranlıq cadusunu  tamamilə yox etməyə kifayətdir.
				    Allah uludur, ucadır. Yoxdan yaratmağa qadirdir.  Varlıqların hamısı Ona boyun əymişdir. O, dilədiyi hər şeydə sərhədsiz gözəllik  və incəlik yaradandır. Dilədiyi şeylər üzərində qüsursuzluq təcəlli etdirəndir.  Bütün aləmləri yaradan Uca Allah üçün mükəmməlliklər sərgiləyən bir ferment  sistemini də yaratmaq şübhəsiz son dərəcə asandır. Allah bütün varlıqlar üzərində  hakim olandır. Rəbbimiz ayələriylə bu həqiqəti bütün insanlara xəbər verir:
O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.(Həşr surəsi, 22-24)


