Fermentləri şifrələyən genlər
				  Fermentlər bir zülaldır, bu səbəbdən zülal quruluşundadırlar. Bu, fermentlər üçün təyin olunmuş olduqca xüsusi bir quruluşdur. Çünki fermentlər, zülallara xas bir xüsusiyyət olan üç ölçülü quruluş xüsusiyyətlərinə sahibdirlər. Məhz bu səbəblə, digər molekullarla rahatlıqla birləşər, reaksiyalara daxil ola bilərlər. Fermentlər, digər zülallardan da sahib olduqları üç ölçülü quruluş ilə ayrılarlar. Zülalların quruluş daşları amin turşuları olmasına baxmayaraq, bir zülala və ya bir fermentə xarakteristika xüsusiyyətini verən şey, sahib olduqları amin turşularının sırası, sayı və peptid bağı deyilən və iki amin turşusunu birləşdirən bağların xüsusiyyətidir. Amin turşularının xüsusiyyətlərinə və düzülmələrinə görə fermentin təsir edəcəyi reaksiyalar və sürətləri təyin olunmuş olar. Bəs bir fermentin hansı amin turşularından meydana gələcəyini nə təyin edər? 100 amin turşusudan ibarət olan bir fermenti düşünək. Canlı orqanizmlərdə 20 fərqli növ amin turşusu olduğuna görə amin turşularının 100-ü, 10020 fərqli şəkildə sıralana bilər. Ancaq bu düzülmələrdən yalnız biri ferment meydana gətirə biləcək. Buradakı doğru sıralamağı Allahın diləməsiylə genlər təyin edər. Fermentlər, daha əvvəl də ifadə etdiyimiz kimi genlər tərəfindən təşkil edilər və nəzarət edilərlər. İstər hüceyrənin quruluşunda iştirak edəcək olsun, istəsə ferment fəaliyyəti göstərəcək olsun, bütün zülallar, genlər tərəfindən kodlaşdırılar. Genlər sintez etmiş olduqları fermentlərə hansı vəzifələri boynuna götürmələri lazım olduğunu da bildirər, yəni onları şifrələyərlər. Bu şifrə, fermentlərin hansı reaksiyalara girmələri lazım olduğunu təyin edər. Fermentlər, bu məlumatlar istiqamətində reaksiyaya daxil edəcəkləri molekullara yönələrlər.
			      Burada bunu xatırlatmaqda  fayda vardır. Fermentlər də, fermentlərə şifrə çatdıran genlər də şüurlu  varlıqlar deyildirlər. Genlərin və onlardan məlumat alan fermentlərin tək  başlarına hərəkət edə bilmələri, bir şeyi düşünüb qərarlaşdıra bilmələri, özlərinə  aid xüsusi şifrələr çıxara bilmələri mümkün deyil. Onlar şüurlu varlıqlar  deyildirlər. Zülal və yağlardan meydana gələrlər və bir insan bədənini yaşada  bilmək üçün nələrin lazım olduğunu, bir reaksiyaya necə müdaxilə edəcəklərini,  hətta bir reaksiyanın nə işə yaradığını bilmələrinə imkan yoxdur. Təsadüfən  kompleks bir quruluş qazana bilməz, təsadüfən hər saniyə minlərlə reaksiyanı sürətləndirə  bilməzlər. Amma onlar, şüurları olmamasına baxmayaraq, hər hüceyrədə möcüzəvi əməliyyatlar  reallaşdırarlar, çünki özlərini yaradan Allaha boyun əymişlər. Onaitaət  edərlər. Ondan gələn ilhamla  hərəkət edərlər. Bu sətirləri oxuyarkən, bu həqiqət mütləq ağılda  tutulmalıdır. 
			      Genlər, həm  hüceyrə içindəki zülalları, həm də ferment funksiyası yerinə yetirən  zülalları kodlayarlar. Yaxşı, çıxardıqları zülalın ferment  funksiyası yerinə yetirmə, yəni kimyəvi reaksiyalara qatılıb onları  milyonlarla dəfə sürətləndirmə xüsusiyyətini təyin edən nədir? Kimyəvi olaraq  bu, amin turşularının kimyəvi strukturlarındakı xüsusiyyətlərlə açıqlana bilər.  Amin turşuları, bir karbon atomuna bağlanmış bir amin qrupu (-NH2), hidrogen,  karboksil qrupu (-COOH) və bir də fərqli molekullardan meydana gələ bilən dəyişən  yan qrupdan (-R) meydana gələrlər. Amin turşularını bir-birlərindən  fərqli edən şey, daşıdıqları yan qrupların böyüklük, şəkil, elektrik yükü, suya  duyulan maraq və  aktivlik baxımından fərqli olmalarıdır. Fermentləri meydana gətirən amin  turşularının xüsusiyyəti isə, bir-birləriylə təsirləşmələri, bunun nəticəsində  də üç ölçülü xüsusi bir quruluş qazanmaları və zəncirin əyilib bükülməsini təmin  etmələridir. Bunu bu şəkildə açıqlaya bilərik: 
			      Zülalları meydana  gətirən amin turşularının düzülüş şəkilləri, zülallara müxtəlif xüsusiyyətlər  verər. (baxın. Zülal möcüzəsi, Harun Yəhya) Buna görə zülallar, ilk, ikincil,  üçüncül və dördüncül strukturlar qazanarlar. İlk quruluşda düz bir polipeptid zənciri  mümkündür. İkincil quruluşdan etibarən üç ölçülü bir şəkil qazanan zülalların  funksiyaları bu üç ölçülü şəklə görə təyin olunar. İkincil quruluşda polipeptid  zəncirləri eyni üfüqi müstəvidə qablaşdırılar və zülala  heliks şəklini qazandırar. Üçüncül quruluşda bəhsi keçən heliks quruluş bükülərək  və qablaşdırılaraq xüsusi bir şəkil alar. Dördüncül quruluşda isə, yaranan  bütün alt qruplar da bir araya gələrək daha kompleks bir quruluş meydana gətirərlər. 
				    Fermentlər,  üçüncül (tersiyer) quruluşa sahib olan zülallardır. Bu səbəbdən üç ölçülüdürlər  və zülalı meydana gətirən amin turşuları dözüb bükülərək fermentə xüsusi bir şəkil  vermişdir. Bu şəkil böyük bir əhəmiyyətə malikdir, çünki bu şəklə bağlı olaraq  fermentlər, yaşamamızı təmin edən bir çox funksiyanın meydana gəlməsinə vəsilə  olarlar. Üçölçülü üçüncül quruluş, polipeptid zəncirlərinin dözməsi, düyünlənilməsi  və ya öz ətrafında dönməsi kimi xüsusiyyətlər, fermentlərin də öz içlərində  növlərə ayrılmalarını təmin edər. 
			      Üçüncül quruluşun  bir fermentə verdiyi başqa imtiyazlar da vardır. Zülalların ilk quruluşu yalnız  kovalent bağlardan meydana gələr. Bu qüvvətli bağlar, sonrakı strukturlarda  get-gedə azalmaqdadır. Dördüncül quruluşda isə heç bir kovalent bağ yoxdur.  Fermentləri meydana gətirən üçüncül quruluşdakı kovalent bağlar isə yalnız  qonşu zəncirlərin yaxın hissələrində meydana gəlir. Bu vəziyyət, fermentin  molekullara bağlanaraq reaksiyalara girə bilməsi üçün yalnız səth hissələrinin  möhkəmcə bağlanmalarını təmin edir və bu əlaqənin qopmaması üçün bəhsi keçən qüvvətli  bağların varlığı əhəmiyyətlidir.
			      Bir fermentin  yalnız sahib olduğu "şəkil", onun qanı laxtalandıran və ya qidaları həzm  edən bir ferment olduğunu təyin edəcək. Bəs bir ferment, bu  xüsusi şəklə necə sahib olar? Ortada milyonlarla fərqli ehtimal varkən, necə  olar da fermentlər hər vaxt doğru şəkli alarlar? Əgər təkamülçülər,  yer üzündəki ilk fermentin və ya onu meydana gətirən ilk genin təsadüflərlə öz-özünə  meydana gəldiyini iddia edirlərsə, bu vəziyyətdə fermentə aid bütün kompleks  incəliklər kimi fermentin xüsusiyyətini təyin edən bu üç ölçülü şəklin  inkişafını da şərhləri lazımdır. Hətta bunu təyin etməklə  vəzifəli olan genlərin, bəhsi keçən xüsusi qabiliyyətlərinə də şərh gətirmələri  lazımdır. Əgər bəhs edilən xüsusi şəklin təyini, təsadüflərlə  meydana gəlməsi qeyri-mümkün olan amma burada meydana gəldiyini fərz etdiyimiz  ilk fermentdə sınaq-yanılma metodu ilə reallaşsaydı, o zaman ümumi bir hesablama  ilə 100 amin turşulu tək bir ferment molekulunun doğru şəkli tapa bilməsi üçün  bütün kombinasiyaları sınağı 20 milyard il alacaqdı.  Bu isə,  kainatın yaşından belə daha çoxdur. Bəhsi keçən ehtimal, amin turşularının  şüurlu və idarəli olduqlarını və sınaq-yanılma kimi sistemli bir metod istifadə  edə bildiklərini fərz etdiyimizdə qarşımıza çıxan nəticədir. Amin turşularının,  heç bir şüurlu metod istifadə edilmədən tamamilə təsadüfən bir araya gələrək  100 amin turşuluq kiçik bir ferment molekulunu meydana gətirmələri qəti olaraq  qeyri-mümkündür. Bu səbəbdən, təkamülçülər üçün bir fermentin meydana gəlişi və  sahib olduğu xüsusi üç ölçülü quruluşun meydana gəlməsi, şərhsizdir. Yaradılış araşdırma  İnstitutu (Institute of Creation Research) başçısı Duana T. Gish, bu  qeyri-mümkün ehtimalı bu şəkildə açıqlayar: 
				    20 fərqli növdəki  100 amin turşusu 20100 (10130) fərqli şəkildə düzülə bilər. Əgər bunların 1011-i primitiv bir  fermentdə funksiya göstərə bilirsə və əgər 5 milyard il (təxminən 1017 saniyə)  boyunca hər saniyə 100 amin turşusudan bir milyard trilyon (1021) zülal  molekulu meydana gəlirsə, lazım olan düzülməyə sahib tək bir molekulun meydana  gəlmə ehtimalı 10130/1021x1017x1011 və ya 1081-də birdir. Bu ədəd sıfıra bərabər bir ədəddir. 
Bu nümunədən də aydın olacağı kimi, fermenti meydana gətirən amin turşularının təsadüfən doğru düzülmədə meydana gəlmiş olmaları qeyri-mümkündür. Bu səbəbdən, tək bir fermentin varlığı və funksiyaları, təsadüfi mərhələlərlə təkamül iddiasını tamamilə ortadan qaldırır.


