Ferment inhibitorları
				  Fermentlər  bədənimizdə həmişə fəaliyyət göstərən proteinlərdir. Orqanlararası xəbərləşmələr  nəticəsində nə zaman harada hərəkətə keçməli olduqlarını bilir və heç  dayanmadan çalışırlar. Ancaq bəzi zamanlarda artıq durdurulmalı, fəaliyyətlərinin  qarşısı alınmalıdır. Meydana gələn reaksiyalar hüceyrə üçün kafi miqdara  çatdığı zaman yəni fermentlərin müdaxiləsi tamamlananda artıq bədənin bunu  dayandırmaq üçün sahib olduğu bir sistem vardır. Ferment inhibitorları (mane  olucu) adı verilən digər zülallar bu işi görürlər. Bu həqiqətən də qeyri-adi  bir nəzarət mexanizmidir.
İnhbitorları bir fermentə ayrılmayacaq şəkildə  bağlanaraq onu funksiyasız hala gətirərlər. Bu hadisə ferment üzərindəki bəzi  bölgələrin ferment inhibitor ilə bağlanması nəticəsində olur. İki tip inhibitor  vardır: Rəqabətcil inhibitorlar və rəqabətcil olmayan inhibitorlar. Rəqabətcil  inhibitor aktiv bölgələri blok edən inhibitorlardır. Ferment inhibitor  fermentin bağlanacağı substrata o qədər bənzəyir ki, ferment bir substrata  bağlanmaq əvəzinə ferment inhibitoruna bağlanır. Aktiv bölgə fermentin bir  substrata yönəlməsinə maneə törədəcək şəkildə bağlanıb. Rəqabətcil olmayan  inhibitor isə aktiv bölgədən kənarda özlərini apoenzimin başqa parçalarına  bağlayan molekullardır. Bunun fermenti passivləşdirməyinin səbəbi isə inhibitor  ferment molekuluna bağlandığı zaman onun şəklini dəyişdirməsidir. Fermentin üç  ölçülü quruluşu dəyişir və substrat artıq fermentin aktiv bölgəsinə tam olaraq  uyğun gəlmir. Ancaq rəqabətcil olmayan inhibitorlar fermentin funksiyasını tamamilə  ortadan qaldırmazlar. Yalnız fermentin sürətini azaldırlar. Buna ən yaxşı nümunə  pensilindir. Penisilin bədəndəki bakteriyanın fermentlərinə bağlanaraq, onun öz  hüceyrə divarını meydana gətirməsini və bu səbəbdən də ölməsini təmin edir.
				    Dərmanların  bir qismi bu ferment əngəlləmə sisteminə görə hazırlanmışdır. Bakteriya və  virusların fermentlərini dayandıran bu inhibitor bakteriyanın yayılmasını və  dolayısilə xəstəliyin artmasına mane olar. Hal hazırda HIV virusunun  dayandırılmasını istiqamətində atılmış ən əhəmiyyətli addım rəqabətcil olmayan  inhibitorların aktiv hala gətirilməsi nəticəsində olmuşdur. Eyni şəkildə bəzi  xərçəng xəstəlikləri də buna səbəb olan fermentlərin təyin olunması və buna görə  inhibitor yaradılması yolu ilə aradan qaldıırla bilir.
				    Cərrahiyyədən  başqa  bütün tibb sahələri müəyyən  yollarla fermentlərlə əlaqəlidir. Fermentlərin 200 milyon dəfə böyüdülmüş  modelləri üzərində işləyən Dr. Cozef Krautun bu mövzuyla əlaqədar şərhləri bu həqiqətin  bir xülasəsidir:
				    Bir  aspirin qəbul etdiniz? Əmin olun ki, aspirin molekulları gedib bir fermentə təsir  edəcək. Bu fermentin fəaliyyəti ya azalacaq ya da artacaq və daha Allah bilir nələr  olacaq. Nə tez baş ağrınız keçdi!.
				    Ferment inhibitorları mütləq fermentlərlə birlikdə  eyni mühitdə olmalı olan molekullardır. Fermentlərin funksiyasını  dayandırmaları müxtəlif hallarda son dərəcə həyati əhəmiyyət kəsb edir. Məsələn  DNT köçürülməsi və ya qanın laxtalanması kimi əhəmiyyətli proseslərdə, fermentlərin  fəaliyyətləri müəyyən bir müddət sonra dayandırılmalıdır. Əgər bir ferment  qanın laxtalanma sistemini həmişə davam etdirsə, bu vəziyyət bədəndə daim  laxtaların meydana gəlməsinə səbəb olar, qan axışı dayanar və orqanizm ölər.  Ferment inhibitorlarının vəzifəsi bu qədər həyatidir. Yaxşı bunu təkamülçülər  açıqlaya bilərmi? Təkamülçülərin fermentlərin varlığını belə hələ də açıqlaya  bilmədiklərini xatırladaq. Ancaq təsadüfən tək bir fermentin meydana gəlmiş  olduğunu fərz etsək belə, bu vəziyyətdə ferment inhibitoru də mütləq o mühitdə  meydana gəlmiş olmalıdır. Yaranan bir fermentin milyonlarla il boyunca təsadüfən  meydana gələcək bir ferment inhibitorunu gözləməsi mümkün ola bilməz. Belə bir  şəraitdə ferment heç dayanmadan işinə davam edər və orqanizm bir müddət sonra  qaçınılmaz olaraq ölər. Fermentlərin ferment inhibitorları olmadan orqanizmə həyat  verməsi qeyri-mümkündür, ferment inhibitorlarının da fermentlər olmadan  varlıqları mənasızdır. Bundan əlavə fermentlər mövcud olsa belə, ferment  inhibitorlarının onları dayandıra bilmək üçün bir nəzarət mexanizmləri  olmalıdır. Bu olmadan ferment inhibitorları yaranan bütün fermentləri dərhal  blok edər və fermentlərin meydana gəlməsinin heç bir mənası qalmaz.
				    Yaradılış Araşdırma Cəmiyyətindən (Creation Research  Society) David və Kenneth Rodabaugh bu mövzuyla əlaqədar belə şərh vermişlər:
				    Fermentlərin primitiv şorbada olmadıqları açıqdır. Əgər  meydana gəlmiş olsaydılar belə, primitiv şorba, ümumi bir tərif olaraq, ola biləcək  bütün kimyəvi yığınları ehtiva etdiyi üçün fermentlər uzun müddət burada qala  bilməyəcəklərdi. Fermentlər meydana gəldiyi anda onları yox edəcək saysız  ferment inhibitorları orada olacaqdı. Bu səbəblə bu molekullar ortaya çıxa bilməyəcək,  ortaya çıxdıqlarını fərz etsək belə həyatda qalabilməyəcəklərdi.
				    Bədənimizdə kafi sayda ferment, onların  dayandırılmasına məsul kafi sayda ferment inhibitorları, onların istehsalını və  işini nəzarət altında saxlayan üstün nəzarət mexanizmi vardır. Bunların heç  biri öz vəzifələrindən kənara çıxmaz, inhibitorlar heç bir zaman öz-özlərinə qərar  verib fermentləri dayandırmağa çalışmaz, fermentlər heç bir zaman  inhibitorların yanından keçib getməz, bunların istehsalı və işləri heç bir  zaman balanssız bir hala olmaz. Bunun səbəbi bədənimizin bütün idarəsinin  Allaha aid olmasıdır. Hər ferment Allahın yaratdığı bir möcüzədir. Hər bir  ferment inhibitor Allahın yaratdığı bir nemətdir. Bu molekulların hər biri,  onlara nəzarət edən mexanizmlər, birlikdə çalışdıqları orqanlar, onların sahib  olduğu xüsusi üç ölçülü şəkillər Allah dilədiyi üçün vardırlar və Allah dilədiyi  üçün səhvsiz işləyirlər.
O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)


