Fermentlərin idarə mexanizmləri
				  Bir hüceyrənin içində minlərlə ferment vardır və bunlar daima substratlar üçün bir-birləriylə rəqabət halındadırlar. Hər biri kimyəvi reaksiya zəncirinin parçası və ya metabolik yolun bir halqasıdır. Burada, eyni substrat üçün mübarizə içində olan fərqli fermentlər də vardır. Bu sistem elə kompleksdir ki, hər reaksiyanın meydana gəlmə vaxtını və necə bir sürətlə davam etməsi lazım olduğunu təyin etmək üçün bir tənzimləmənin edilməsi şərtdir.
 
				    Məhz bu səbəblə  reaksiyaların reallaşma sırası, sayı və zamanı möhtəşəm bir idarə altındadır.  Fermentlərin katalitik fəaliyyəti o qədər nizamlıdır ki, reaksiyalar nəticəsində ortaya çıxan məhsullar,  tam olaraq hüceyrənin ehtiyacını qarşılayacaq qədərdir.  Fermentlərin bir  yerdə, böyük bir sürətlə, lazımlı əməliyyatları reallaşdıra bilmələri üçün daima  nizam təmin edir. Bütün mərhələlər, aralıqsız olaraq mütləq nəzarət edilər.  Hüceyrəyə yeni məhsul lazım olduğu zaman sintetik reaksiyalar, molekulların  yıxılıb yox edilmələri lazım olduğunda da dağıdıcı reaksiyalar reallaşdırılar.  Ümumiyyətlə, hüceyrə ehtiyac  duymadığı müddətcə fermentlər olduqca aşağı nisbətlərdə sintez edilərlər. Ancaq  hüceyrədə tələb artsa, yeni fermentlərin sintezi böyük bir sürətlə başlayar. 
				    Fermentlər də,  özləri üçün təyin olunmuş olan tarazlığa uyğundurlar. Məsələn, lipaz fermenti,  yağı parçalayar, amma eyni  zamanda qliserin ilə yağ turşularını birləşdirmə vəzifəsi də onundur. Reaksiyaların  hansı istiqamətdə olacağı çox əhəmiyyətlidir. Çünki reallaşdırılan reaksiyaların  birində enerji sərf edilirsə, digərində enerji qazanılar. Enerjiyə ehtiyac göstərən  reaksiyaların, enerji meydana gətirən reaksiyalarla eyni zamanda  meydana gəlməsi lazımdır, ya da enerji hər hansı bir şəkildə əvvəldən toplanmalıdır.  Enerjini anbar edən ATF (Adenozin Trifosfat), bu enerjini saxlamaq üçün sanki  bir batareya vəzifəsini görər. 
				    Fermentlərin idarəsi,  öz inhibitorlarının (ferment maneə törədələrin)  dövrəyə girməsi ilə də təmin edilər. Hər fermentin özünə aid bir ferment inhibitoru vardır. Bu  mövzuya növbəti sətirlərdə ətraflı olaraq  toxunulacaq. Ferment inhibitorları, fermentlərin  çox miqdarda çıxarılmalarını mane olan hüceyrə içində əhəmiyyətli bir tarazlıq  da təmin edərlər. Fermentlər özlərinə ehtiyac duyulana qədər aktiv  deyildirlər. Buna bir nümunə purim və primidin əsaslarının istehsalında görülər. 
				    Primidinlər, purimlərin aktivedici  molekullarıdır. Hüceyrədə DNT və RNA-nın istehsalı üçün  bu maddələrin bərabər miqdarlarda olmaları lazımdır. Kafi ədəddə purim meydana  gəldiyi zaman inhibitorlar, daha çox purim  istehsalını təmin edən fermenti maneə törədərək purim istehsalını  dayandırarlar. Primidin istehsalını təmin edən fermentləri aktiv edərlər. Buna  qarşılıq olaraq primidinlər də öz fermentlərini dayandırarkən, purim  fermentlərini aktiv edərlər. İki maddənin sintez edilməsi arasındakı qarşılıqlı  əlaqə, hər zaman hüceyrə içində  bu iki maddənin bərabər miqdarda olmasını təmin edər.
				    Təşkiledici  sistemlər, daima hüceyrə içində idarə sistemini davam etdirər və ehtiyac  olduğunda hüceyrə içindəki tənzimləmələri edərlər. Buradan da görüldüyü kimi,  fermentlərin yalnız reaksiyaları sürətləndirib bədən üçün lazımlı maddələri əldə  etmələri kafi deyil. Bədənimiz o qədər kompleksdir ki, bir silsilə reaksiya kəsilməz  olaraq reallaşarkən, eyni anda bunların zamanlarına da tam olaraq qərar verilməsi  lazımdır. Bu zamanlama ilə, əldə edilən məhsulların nə bir milliqram çox, nə də əskik  olacaq şəkildə nizamlanması əhəmiyyətlidir. Bədən ehtiyac duyduğu anda istehsal  çox olmalı, ancaq ehtiyac yoxkən bu istehsalı dayandıracaq bir tədbir görülməlidir.  Təbii ki, əvvəlcə bu  ehtiyacın təyin olunması lazımdır. Bu təyin etmə o qədər mükəmməldir ki, bir  ferment, saniyənin mində biri qədər bir müddət içində belə bunu onsuz da bilməkdə  və nizamlayır. Bizlər daha nə olduğunu bilib anlaya bilmədən, bütün bunlar bir  nizam içində səhvsiz olaraq davam edir. 
				    İnsan bədənində  möcüzəvi bir sistem vardır. Hər şey planlanmış, qüsursuzca təşkil edilmiş  haldadır. Hər şey bir-birinə nəzarət edər, bir-biri ilə kodlar görünüşündədir. Birinin varlığı, digərinin  çalışması üçün lazımlıdır və bu zəncirləmə sistem bu şəkildə davam edər. İnsan  bədəni, hüceyrənin içindəki ən kiçik orqanoidlərə  qədər hər nöqtədə möcüzələrin sərgiləndiyi mükəmməl bir maşındır. Bunun səbəbi,  hər şeyin Allaha boyun əymiş olmasıdır. Bu nizamı meydana gətirən maddələrin hamısı,  Allahın ilhamıyla hərəkət edər. Onun təyin etdiyi bir yolda, Onun təyin  etdiyi işləri reallaşdırar. Bir hüceyrənin nəyə nə  miqdarda ehtiyac duyduğunu, necə bir istehsal etməsi lazım olduğunu təyin edən  Uca Allahdır. Bəhs etdiyimiz bütün idarə mexanizmləri yalnız Allahın icazəsi ilə  işləyər və  zülalları kodlaşdıran, fermentlərə nəzarət edən bütün sistemlər Rəbbimizin yoxlaması  altındadır. Şüursuz molekulların hüceyrədə hər saniyə meydana gələn əməliyyatları  izləyib reallaşdırma kimi bir gücləri ola bilməz. Bu güc, yalnız Allaha aiddir. 
				    Hər şeydə Allahın  üstün sənəti hakimdir. İnsan, gözünü çevirdiyi hər yerdə, araşdırdığı hər  hüceyrədə bununla qarşılaşar. Çünki göylərdə və yerdə hakim olan tək həqiqət budur. Allah  bunu ayəsiylə bildirmişdir: 
Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir. (Hud surəsi, 123)


