Fermentlərin quruluşu
				  Yalnız tək bir addım atmaq istədiyimizdə bədənimizdə reallaşan hadisələr heyranlıq oyandırıcıdır. Beynimizin içində saysız sinir hüceyrəsi, ayağımızı hərəkət etdirmək üçün kiçik elektrik cərəyanları göndərməyə başlayar. Bu axınlar onurğa iliyi vasitəsilə beyindən bədənin digər qisimlərinə, ardından da qıçımıza çatdırılar. Beynimizdən yola çıxan bu elektrik cərəyanı qıçımıza çatdığında, o bölgədə olan əzələ hüceyrələrinin sıxılmasına və dolayısilə qıçımızın hərəkət etməsinə səbəb olar. Bütün bu hadisələr haradasa bərabər zamanlı olaraq reallaşarkən, eyni anda da həm gözlərimizdən, həm qıçımızdan və digər duyğularımıza xitab edən hər bölgədən beynimizə sürətli və kəsilməz məlumat axışı davam edir. Eyni anda beyin, qıçımızın hərəkət etməsi üçün verdiyi əmrin və ardından reallaşacaq hərəkətin işləməsinə də nəzarət edir.
Yalnız bir addım ata bilmək üçün reallaşan hadisələr, yuxarıdakı paraqrafda olduqca səthi izah edilmişdir. Ancaq bilinməlidir ki, bu hadisələrin hamısı ancaq fermentlərin varlığı ilə reallaşa bilir.
				    Çox uzun illər  fermentlər mövzusunda araşdırma etmiş olan Dr. Edvard Hovel, fermentlərin  insan üçün əhəmiyyətini və təsirlərini bu sözlərlə yekunlaşdırır: 
  Fermentlər həyatı  mümkün edən parçalardır. İnsan bədənində reallaşan kimyəvi reaksiyaların hər  biri üçün lazımlıdırlar. Fermentlər  olmadan heç bir mineral, vitamin və ya hormon vəzifə görə bilməz. Bədənimiz,  orqanlarımızın hamısı, toxumalarımız və bədəndəki hər hüceyrə metabolik fermentlər tərəfindən  işləyir. Onlar, bədənimizi zülal, karbonhidrat və  yağlardan inşa edən işçilər kimidir. Eynilə evimizi tikən işçilər  kimi. İnşanı reallaşdırmaq üçün xammalınız ola bilər, amma işçilər  (fermentlər) olmadan işə başlaya bilməzsiniz belə.
				    Fermentlər, bir  hüceyrəni bir nizam içində işləyən son dərəcə inkişaf etmiş miniatür  bir fabrik halına çevirən zülallardır. İndiyə kimi təyin olunmuş 2000-ə qədər  ferment vardır.  Yalnız damarlar 98 ayrı ferment tərəfindən nəzarət edilir.  Ürəyin, beyinin və ya qaraciyərin isə neçə ferment tərəfindən nəzarət edildiyi  hələ müəyyən oluna bilməmişdir.  Fermentlər, hüceyrə içində saysız reaksiyanı hərəkətə keçirər,  lazım olduğunda dayandırar, molekulların şəkillərini dəyişdirər, yenidən  meydana gətirər və ya yox edərlər. Ancaq özləri pozulub dəyişməzlər. Edilməli əməliyyatları  yerinə yetirmələrinin ardından, yeni vəzifələri reallaşdırmaq üçün hazırdırlar. 
				    Fermentlər  katalizator funksiyası yerinə  yetirərlər. Bir kimyəvi reaksiyaya qatılmadan reaksiyanın sürətini  artırarlar. Bunu daha yaxşı anlaya bilmək üçün kataliz əməliyyatının nə  olduğunu anlamaqda fayda vardır. Bir maddəni fermentlərin olmadığı bir mühitdə  parçalaya bilmək üçün həddindən artıq istilik, şiddətli turşu və ya əsas mühit kimi çox  sıx şərtlər və yüksək enerji lazımdır. Buna aktivasiya enerjisi deyilir.  Laboratoriyada aktivasiya enerjisinin təmin edilməsi olduqca çətin şərtlərə  bağlıdır. Ən əhəmiyyətli şərt isə yüksək istilikdir. Ancaq hüceyrə içində minlərlə  reaksiya eyni anda reallaşar və aktivasiya enerjisi istilik ilə təmin edilə  bilməz. Çünki bu qədər yüksək istilik hüceyrə içində reallaşan bütün  reaksiyalara mənfi təsir edib  tamamilə pozar. İstiliyə məruz qalan hüceyrə, sitoplazmasını tamamilə itirər. Hətta istilik,  hidrogen bağlarını parçalayar, DNT köçürülməsinə mənfi şəkildə təsir edər və  hüceyrə içində daha bir çox sistemin dövrə xarici qalmasına səbəb olar. Bu səbəbdən,  hüceyrə içində daima lazımlı olan  aktivasiya enerjisini istilik ilə təmin etmək mümkün deyil. Məhz canlı orqanizmlər  içində reaksiyaların, yüksək istilik kimi şərtlərə gərək qalmadan reallaşa bilmələri  üçün fermentlər lazımlıdır. Çünki fermentlər, reaksiyalar üçün lazım olan  aktivasiya enerjisini salarlar. Kataliz, bu enerjinin salınması ilə reallaşan əməliyyatdır.  
 
				    Fermentlər  kataliz əməliyyatını, reaksiyaya girdikləri molekullarla keçici bir birlik  quraraq edərlər. Bu keçici birlik, mövcud kimyəvi bağları zəiflədər və yenilərinin  meydana gəlməsini təmin edər. Bu səbəbdən, reaksiyanın meydana gəlməsi üçün az  bir miqdar xaricində enerji istifadə edilir. Fermentlər  bu yolla, qatıldıqları reaksiyaları, katalizə edilməmiş reaksiyalara görə 1  milyon ilə 1 trilyon qat sürətləndirərlər.  Tək bir ferment molekulu,  bir-biriylə eyni on minlərlə molekulu tək bir saniyədə katalizə edə bilər.  Kimyaçıların yüksək istilik, parçalayıcı turşular və xüsusi vasitələrlə etməyi  ancaq bacara bildikləri əməliyyatları fermentlər o qədər asan və ardıcıl bir şəkildə  edərlər ki, nə turşuya, nə xüsusi vasitələrə, nə təzyiqə, nə yüksək istiliyə və  nə də uzun bir zamana ehtiyacları vardır. Az miqdarda istilik çıxarmaq surətiylə  bir saniyədən çox daha qısa bir zaman içində vəzifələrini səhvsiz şəkildə yerinə  yetirərlər. Bu xüsusi zülallar; yağları işləyər, şəkərin quruluşunu dəyişdirər,  nişastanı parçalar, yeni qida maddələri meydana gətirər, artıqları təyin edər və  qanı təmizləyərlər. Eyni zamanda, yaşlanmağı gecikdirər, immunitet sisteminin  müqavimətini artırar, yaddaşı gücləndirər, əzələləri meydana gətirər, ciyərlərdən  karbon dioksidi təmizləyərlər.   Fermentlər, insanı yaşatmaq üçün daima məşğul olan  xüsusi köməkçilər kimi vəzifə yerinə yetirərlər. 
				    Fermentlər,  bütün bədən funksiyalarının çalışması üçün lazımlıdırlar. Bu səbəbdən fermentlərin  varlığı da, funksiyaları da böyük bir komplekslik ehtiva edər. Bu vəziyyət,  bütün canlılığın bir ardıcıl təsadüfü mərhələlərlə öz-özünə meydana gəldiyini  iddia edən təkamül nəzəriyyəsi üçün böyük bir problemdir. Çünki təkamülçülər, həyatın  təsadüflərlə inkişafını göstərdiyini iddia edərkən, bunu təmin edən  strukturların "sadə" olduqları fərziyyəsindən yola çıxarlar. Ancaq hər  keçən gün insan bədəninə aid yeni kompleksliklərlə qarşılaşmaları, təkamülçülərin  həlsiz problemlər siyahısını daha da uzatmaqda, yaradılış həqiqətinə qarşı  inkişaf etdirilmiş təkamül nəzəriyyəsini daima etibarsız edir. Bu əhəmiyyətli  həqiqətin fərqində olan Kembric Universitetindən təkamülçü Dikson və Veb, təkamül nəzəriyyəsi  üçün ən böyük çətinliklərdən birini meydana gətirən fermentlər ilə əlaqədar  olaraq bu tərifi deyirlər: 
				    Fermentlərin təməlini ehtiva edən hər şey, həyatın  təməli kimidir–hansı ki, bunlar təməldə eyni şeylərdir- çətinliklərlə  doludur. Fermentlərin ortaya çıxışının, yəni Hopkinsin təbiriylə həyatın ortaya  çıxışının, kainatın tarixindəki ən fövqəladə və ən mənalı hadisə olduğunu söyləyə  bilərik.
				    Dikson və Vebin "çətinlik"  olaraq təyin etdikləri şey, təkamülün açıqlaya bilmədiyi kompleksliklər və mükəmməlliklərdir.  Bir təkamülçü üçün fermentin sahib olduğu fövqəladə kompleksliyin heç bir şərhi  yoxdur. Çünki bu üstün əsərin tək yaradıcısı Allahdır və Allah, bütün varlıqları  qüsursuz şəkildə yaradandır. 
				    Bir təkamülçü  bioloq olan Frank Salisburi də, fermentlərdəki  -təkamülçülərin açıqlaya bilmədiyi- bu üstün kompleksliyi bu sözlərlə ifadə  etmişdir: 
				    Artıq hüceyrənin düşündüyümüzdən çox daha  kompleks olduğunu bilirik. İçində minlərlə funksional ferment var. Bunların hər  biri öz başına kompleks bir maşındır. Hətta hər ferment, DNT-nin bir parçası  olan bir genə qarşılıq olaraq ortaya çıxmışdır. Gendə olan məlumatın məzmunu  -genin kompleksliyi- onun nəzarət etdiyi ferment qədər böyük olmalıdır. 
				    Bu çox əhəmiyyətli  bir məlumatdır. Fermentlər, Allahın diləməsiylə genlərin idarəsindən ibarət  olan və yenə onların idarəsində hərəkət edən zülallardır. Bu səbəbdən, genlərin  sahib olduqları komplekslik də fermentlərdəki qədər böyük olmalıdır. Genlərin  sahib olduqları kompleksliyi isə bu sözlərdən xatırlaya bilərik: 
				    Məsələn, bizlərə,  genin ehtiva etdiyi məlumatın onun nəzarət etdiyi fermentlər qədər böyük olması  lazım olduğu deyilir. Orta böyüklükdəki bir zülal təxminən olaraq 300 amin  turşusu ehtiva edir. Bu zülal, bir  DNT geni tərəfindən edilər və bunun da öz zəncirində 1000 nükleotidi olması  lazımdır. Bir DNT zəncirində dörd tip nükleotid olması lazım olduğuna görə,  1000 əlaqəsi olan bir genin ortaya çıxışı 41000 fərqli şəkildə ola bilər. Bunun  mənası 4-ün ardından gələn min sıfırdır. 
				    Bütün bu  komplekslik yalnız sadə bir canlı varlığın meydana gəlişi üçündür.  
				    Təkamülçülər,  canlılığı meydana gətirən hər bir quruluşun, uzun və ağır mərhələlər nəticəsində,  müxtəlif xəyali mexanizmlər yoluyla təsadüfən şəkillənib meydana gəldiyini  iddia edərlər. (Mövzuyla əlaqədar ətraflı məlumat üçün baxın. Həyatın həqiqi mənşəyi, Harun Yəhya)  Halbuki təkamülçülərin, təkamülləşdirici bir ünsür olaraq qarşıya qoyduqları  mutasiya və təbii seleksiya mexanizmlərinin hər hansı bir təkamülləşdirici  xüsusiyyəti yoxdur. İndiyə qədər bir canlının, quruluşundakı hər hansı bir  orqanın təkamülləşib dəyişdiyi və başqa bir canlıya fayda verəcək yeni bir  quruluş halına gəldiyi müşahidə edilməmişdir. Hətta genetika, tibb, biologiya və  mikrobiologiya elmləri, bir canlının zülal və ya genlərindəki hər hansı bir dəyişmənin,  o canlının genetik məlumatında qopmalar, pozulmalar və ciddi ziyanlar meydana gətirdiyini  qəti olaraq ortaya çıxarmış və hər hansı bir genin və ya zülalın, tamamilə fərqli  funksiyalara sahib başqa genlərə və zülallara çevrilməsinin qeyri-mümkünlüyünü  açıqca göstərmişdir. Təkamülçülərin, tamamilə idarəsiz şərtlər altında təsadüfən  meydana gəldiyini iddia etdikləri zülallar isə, hələ laboratoriya mühitində belə  yaradıla bilməmişdir. Günümüzün şərtlərində, günümüzün texnologiyası və  imkanlarıyla, tam tutumlu laboratoriyalarda ən xüsusiyyətli elm adamlarının  meydana gətirə bilmədikləri belə kompleks bir quruluşun, öz-özünə, təsadüfi mərhələlərlə  meydana gəlməsi, qəti olaraq qeyri-mümkündür. 
				    Fermentlər də  bir zülaldır və təsadüfən meydana gəlməsi qeyri-mümkün olan bir genin ehtiva  etdiyi fövqəladə məlumatlarla yaranan və Allahın diləməsiylə bəhs edilən genin idarəsi  altında işləyən kompleks strukturlardır. Bu səbəbdən, fermentlərin də təsadüfən  meydana gələ bilmələri qeyri-mümkündür, ehtiva etdikləri məlumat olduqca  böyükdür. Kembric  Universitetindən riyaziyyatçı və astronom cənab Fred  Hoyl, bir təkamülçü olmasına  baxmayaraq, fermentlərin təsadüfən meydana gələ bilməyəcəkləri həqiqətini bu şəkildə  yekunlaşdırmışdır: 
				    Əgər maddənin,  orqanik sistemləri həyata sürüyən təməl bir prinsipi varsa, bunun varlığı  laboratoriyada asanlıqla göstərilə bilməlidir. Məsələn, primitiv şorbanı göstərə bilmək  üçün bir üzmə hovuzu əldə edə bilərsiniz. Bunu bioloji təməli olmayan istədiyiniz  kimyəvi ilə doldura bilərsiniz. Bunun üzərinə və ya içinə istədiyiniz qazı  nasosla vura bilər və onu xoşunuza gələn hər hansı tip bir radiasiyaya məruz  buraxa bilərsiniz. Təcrübəni bir ilə qədər davam etdirə bilər və 2000 fermentdən  neçəsinin meydana gəldiyini  müşahidə edə bilərsiniz. Mən sizə cavabı verə bilərəm, beləliklə, təcrübə üçün  lazım olan zaman, zəhmət və xərcləmədən xilas olarsınız. Təcrübə sonunda, amin  turşularının və digər sadə orqanik kimyəvilərin meydana gətirdiyi qatranlı bir  palçıq xaricində əlinizə heç bir şey keçməyəcək. Bu mövzuda necə bu qədər özümə  güvənirəm? Əgər bunun tam tərsi olsaydı, bu təcrübə çoxdan edilərdi və bütün  dünyada olduqca məşhur və tanınmış bir təcrübə olardı. Və bunun xərci, insanın  Aya ayaq basması üçün lazım olan xərc diqqətə alındığında olduqca əhəmiyyətsiz  qalardı. 
				    Təkamülçülər,  Fred Hoylenin bəhs etdiyi şərtlərin istəyərlərsə çox daha artığına sahib  olsunlar, diləyərlərsə belə bir təcrübəni istədikləri ədəddə laboratoriyada  sınasınlar, bu təcrübəyə var olan bütün orqanik maddələri, dilədikləri qazları,  dilədikləri kimyəviləri əlavə etsinlər, bunu dilədikləri qədər xarici faktora məruz  buraxsınlar, diləyərlərsə içinə zülalların quruluş daşı olan amin turşularını  da daxil etsinlər və bütün bunları qoyduqları vedrənin başında, bir-birlərinə vəsiyyət  edərək, əsrlər boyunca gözləsinlər... Bu vedrənin içindən bir canlıya  aid tək bir ferment belə çıxara bilməzlər. Təkamülçülərin, bir canlı bədəninə  aid tək bir zülalın meydana gəlməsi üçün dəlil olaraq irəli sürə biləcəkləri belə  bir təcrübə, bu mövzu ilə əlaqədar gətirə bildikləri tək bir dəlil yoxdur.  Fermentlər mövzusunu araşdırarkən bu əhəmiyyətli həqiqəti daima ağılda  tutmaq lazımdır. Çünki tək bir fermentin varlığı, təkamül kimi boş sözü tamamilə  ortadan qaldıracaq çox əhəmiyyətli bir həqiqət və Allahın uca  gücünü və qüdrətini daima sərgiləyən əhəmiyyətli bir dəlildir.
				    Fermentlər,  orqanizmdə az qala bütün kimyəvi reaksiyalara qatılarlar və  onları fövqəladə şəkildə sürətləndirərlər. Əməliyyat sonunda reaksiyaya girdikləri ilk  halları ilə reaksiyadan çıxarlar, yəni  pozulmazlar. Reaksiya meydana gəldikdən sonra, yeni yaranan molekullar fermentdən  ayrılar və ferment yeni reaksiyalara girmək üzrə yoluna davam edər. Fermentlərin  bu xüsusiyyətləri olduqca əhəmiyyətlidir. Bu şəkildə ferment, bir hüceyrə içində  saysız reaksiyaya girə bilməkdə və canlı orqanizmi həyatda tuta bilməkdədir. Hər  bir hüceyrədə, hər dəqiqə, bir neçə yüz min reaksiya bu şəkildə heç dayanmadan reallaşır.  
 
				    İnsan bədənindəki  təxminən 2000 fərqli fermentin hər biri müəyyən bir kimyəvi reaksiyanı katalizə edə bilər. Fərqli  vəzifələr boynuna götürmüş olan hüceyrələr, fərqli ferment növlərinə sahibdirlər.  Hüceyrələr yalnız öz ehtiyacları olan reaksiyaları reallaşdıracaq fermentlərlə  işləyərlər. Bu səbəbdən,  bir hüceyrənin çıxara biləcəyi müəyyən fermentlər, o hüceyrənin fəaliyyət və  funksiyalarının təsbit edilməsində əhəmiyyətli bir ünsürdür. 
				    Fred Hoyle,  fermentlərin çaşdırıcı gücü ilə əlaqədar olaraq bu hesablamanı etmişdir: 
				    Hüceyrə üçün  lazımlı olan 2000-ə qədər fermentin meydana gəlmə ehtimalı 1040.000-də birdir. Bu, ən  kompleks 'şorba' ilə ən sadə  hüceyrə arasında böyük bir nəzəri uçurum ortaya qoymaqdadır. Bunu qəbul etmək  üçün məntiqi dövrədən çıxarmanın lazım olması olduqca  dramatiktir.
				    Yer üzündə  canlılara aid bütün strukturlar, fərqli dərəcələrdə kompleksliklərə sahibdirlər.  Və bu strukturlar, sahib olduqları kompleksliklərlə birlikdə yalnız qüsursuz  bir yaradılışı göstərərlər. Canlılar, əmək bölgüsü  içində işləyən, bir-birləri ilə  daima ünsiyyət halında olan, bir-birlərindən asılı hərəkət edən  və möcüzələr reallaşdıran molekulyar möcüzələrə sahibdirlər. Bunların şüurlu hərəkət  etmələri, hansı hüceyrədə işləyəcəklərini bilmələri, nəyi  nə qədər sürətləndirəcəklərini təyin etmələri, neçə reaksiyaya girəcəklərini əvvəldən  qərarlaşdıra bilmələri mümkün deyil. Bunun mümkün  olmamasına baxmayaraq fermentlər səhv etməzlər, çünki ilhamla hərəkət edərlər. 
				    Onlara etmələri  lazım olanı daima ilham edən, onları yaratmış və daima da yaratmaqda olan  Allahdır. Allah, bir insana bədən və ruh verdiyi və onu bütün orqanlarıyla,  duyğularıyla əskiksiz yaratdığı kimi, insanın hüceyrələrində reallaşan fövqəladə  hadisələri də eyni mükəmməllikdə yaratmışdır. Məhz bu səbəblə, hüceyrə içindəki  digər sistemlər kimi ferment sistemi də qüsursuz işləyir. Allahın xaricində  bunları yarada biləcək heç bir güc yoxdur və Allah bunu bir ayəsində belə xəbər  vermişdir: 
Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır. (Ali İmran surəsi, 83)


