Fermentin mükəmməl parçaları
				  Hüceyrənin ən kiçik qisimlərinə qədər enən təfərrüat, incəlik və komplekslik, fermentləri meydana gətirən parçaların hər birində də ayrı-ayrı gözə dəyər. Molekulların meydana gətirdiyi mikro dünya içində, ancaq inkişaf etmiş mikroskoplar altında təsbit edilə bilmiş olan fermentlərin belə, özü kimi kompleks və çaşdırıcı xüsusiyyətlərə sahib parçaları vardır. Bir fermenti meydana gətirən, onun işini təmin edən, ona üçölçülü bir quruluş qazandıran hər cür kiçik işçi, fermentin varlığını davam etdirə bilməsi üçün lazımlıdır. Bu parçalardan hər hansı birini ortadan qaldırmaq, onların şəklini və ya yerini dəyişdirmək, fermenti işə yaramaz hala gətirəcək.
				    Bəzi fermentlər  sadə fermentlər olaraq adlandırılarlar. Bunların strukturlarında yalnız zülal  molekulu var. Ancaq bəzi fermentlər, iki  fərqli parçadan meydana gələrlər. Bu parçalardan biri birкomponentli, digəri də ikikomponentli. Fermentlərin birкomponentli qismi böyük zülal molekullarından meydana gəlmişdir və fermentin  xüsusiyyətini təyin edən hissə budur. Bir fermenti digərlərindən fərqli hala gətirən  zülal quruluşu, yəni fermentin içindəki amin turşularının növləri və düzülüşləri bu bölgədə təyin  olunmuşdur.
 
				    Ikikomponentli isə fermentə katalitik aktiv xüsusiyyəti verən, yəni fermentin  katalizator funksiyası  yerinə yetirməsini təmin edən qisimdir. Birкomponentli, tək başlarına katalizator xüsusiyyəti  göstərə bilməzlər. Eyni şəkildə, fermentə katalitik aktiv xüsusiyyəti vermələrinə  baxmayaraq, koenzimler də tək başlarına hardasa təsirsizdirlər.  Fermentin "ferment" xüsusiyyəti göstərə bilməsi üçün hər iki parçanın  da bir yerdə olması lazımdır. 
				    Koenzim,  fermentin substrat ilə əlaqəsini təmin edən qisimdir. Fermentdə əsl iş edən  qisim budur. Bütün vitaminlər hüceyrədə fermentlərin koenzim qismi olaraq  funksiya yerinə yetirərlər. (21) Məsələn, A vitamini görmə  reaksiyalarını reallaşdıran fermentin bir parçasıdır. A vitamini, ikikomponentli funksiyası yerinə yetirərək ferment zülalını tamamlayar və görməyi  təmin edən əməliyyatların reallaşması üçün reaksiyaları dövrəyə salar. Görmə  funksiyasını təmin edən bütün mexanizmlər, bir yerdə olsa  belə, A vitaminin əskik  olması vəziyyətində gecə korluğu ortaya çıxar.  C vitamini isə,  toxumalarımızı bir yerdə tutan kolajen zülalının sintezində vəzifə alar. 
				    Minerallar da  fermentlərin koenzimleri olaraq vəzifə yerinə yetirərlər. Kalsium, maqnezium,  kalium, sink kimi minerallar bəzi fermentlərin işləyə bilmələri üçün şərtdirlər.  Məsələn, irəlidəki hissələrdə ətraflı olaraq  araşdıracağımız DNT polimeraz fermenti üçün sink, üreaz fermenti üçün də nikel  yan qrup olaraq lazımlıdır. 
				    Fermentlər bu təməl  işçilərin xaricində bir çox başqa molekulun da var olması ilə funksional hala gələ  bilərlər. Köhnə bir təkamülçü olan, ancaq indiki  vaxtda yaradılış həqiqəti müdafiəçilərindən Illinois Universitetindən  bioloq Dr. Qary Parker, fermentin ayrılmaz parçaları ilə əlaqədar olaraq bu şərhi  edir: 
				    Sıra, zülalları  meydana gətirmək üçün DNT-nin təlimatlarını 'tərcümə etmə' maraqlarına  uyğun gəlincə, burada 'qəhrəmanlar' aktivedici fermentlərdir. Fermentlər,  reaksiyaları sürətləndirmək üçün digər molekulları seçməyə və onları tutmağa  yarayan xüsusi bölmələri olan zülallardır. Hər aktivedici fermentin beş bölməsi  vardır: İkisi kimyəvi bağlanma üçün, biri enerji (ATF) üçün və ən əhəmiyyətlisi,  digər ikisi də, hər amin turşusu qrupu üçün kimyəvi olmayan üç əsaslı "kod  adı" meydana gətirmək üçündür. 
				    Və bu hekayənin  sonu deyil. Canlı hüceyrələri, mənim adlarına 'translaz' dediyim ən az 20 ədəd  aktivedici fermentə ehtiyac duyarlar... Translazların hamısı (10 xüsusi aktiv  bölgəyə sahibdirlər) 1) varisliyin üç əsaslı mesajını üç xanalı kod adlarına  ayırmaq üçün lazım olan ribosomları olmadan dəyərsizdirlər, 2) əslində şəkilləndirmələri  lazım olan cütləri parçalamamaları üçün lazım olan və daima yenilənən ATP  enerji qaynağı olmadan dağıdıcıdırlar, 3) zülal quruluşunda zamanın dağıdıcı təsirləri  səbəbiylə daima və sürətlə tükənən translaz zülallarını təkrar meydana gətirmək  üçün başqa translazlara (yəni başqa fermentlərə) və digər müəyyən zülallara  sahib deyillərsə, yox olarlar! 
				    Bir ferment,  sahib olduğu və birlikdə işlədiyi parçalarla birlikdə var olması  lazım olan sadələşdirilə bilməyən komplekslikdə bir molekuldur. Tək  bir parçanı çıxardığınızda, sistem yalnız kiçik bir ziyana düşməyəcək,  funksiyasını tamamilə itirəcək. Bir ferment, içindəki bütün sistemlər, amin  turşuları, ribosom və digər bütün orqanoidlərlə birlikdə var  olmaq məcburiyyətindədir. Bütün parçaları ilə birlikdə var olması da kafi  olmamaqda, canlı orqanizm içində reaksiyalara girə bilməsi üçün birlikdə işləyəcəyi digər  molekulların da mühitdə hazır olması və mühitin iş şərtlərinə uyğun olması lazımdır.  Bu həqiqət, bir fermenti, darvinistlərin  qətiliklə şərhini edə bilməyəcəkləri kompleks bir quruluş halına gətirər. Bu  mükəmməl quruluşun tək bir parçasının belə digərindən müstəqil olaraq inkişaf  edə bilməsi, birinin digərinin meydana gəlməsini gözləməsi və hər bir parçanın  təsadüfən meydana gələrək yenə bunların təsadüfən bir araya gəlmələri  qeyri-mümkündür. 
				    Hətta bəzi fermentlər,  eyni növdə olmalarına baxmayaraq, tamamilə fərqli bioloji xüsusiyyətlərə sahib  fərqli canlılarda funksiya yerinə yetirə bilməkdədirlər.  Heç bir şüura sahib olmayan, cansız atomlardan meydana gəlmiş bir ferment, bir  insan bədənində hüceyrə çoxalmasına köməkçi olarkən, tamamilə fərqli bir  quruluş və funksiyaya sahib bir başqa canlı bədənində, məsələn, görmə əməliyyatında  da köməkçi ola bilməkdədir. Bu həqiqi mənada böyük bir möcüzədir. Çünki  bir fermentin, öz iş şərtlərindən ayrılaraq başqa şərtlərə uyğunlaşma göstərə  bilməsi və funksiyasına davam edə bilməsi normal şərtlərdə mümkün deyil. Bir  insan bədənindəki mədə fermentləri belə, işlədikləri mühiti dəyişdirə  bilməz, bədənin bir başqa hissəsində funksiya yerinə yetirə bilməzlər. Bu həqiqət, eyni fermentlərin  fərqli canlılar üçün xüsusi olaraq yaradılmış olduqlarını göstərməkdədir.  Onları hansı bədəndə necə işləyəcəklərini bilən şəkildə yaradan,  onlara eyni görünüşü verməsinə baxmayaraq fərqli funksiyalar bəxş edən, aləmlərin hamısının məlumatına sahib  olan Allahdır. Bir fermentin, bir insan bədənində necə çalışması lazım olduğunu  bilməsi, başqa bir canlı bədənində isə özü üçün xüsusi olaraq təyin olunmuş fərqli  bir vəzifəni heç çaşmadan  boynuna götürməsi, Uca Allahın heyranlıq oyandırıcı əsərlərindəndir. 
				    Bəzən eyni  fermentlər fərqli canlılarda fərqli funksiyalar görə bilərlər. Amma bu həqiqət, canlılarda  bir-birindən fərqli fermentlərin daima funksiya görməkdə olduğu həqiqətini dəyişdirməməkdədir.  Yer üzündə var olan 1 milyon canlı növünün yanında, 10 milyon qədərinin də nəsilinin  tükənmiş olduğunu xatırlatmaqda fayda vardır. Bu həqiqət də göz önünə  alındığında, hər fərqli növ  üçün xüsusi olaraq yaradılmış olan fermentlərin müxtəlifliyi daha yaxşı aydın  olacaq.
				    20-ci əsrin tanınmış  elm adamlarından İsaac Asimov, canlıların sahib olduğu bu böyük zülal müxtəlifliyini  bu sözlərlə açıqlamışdır: 
				    Bədəndəki minlərlə  reaksiyadan hər biri müəyyən bir ferment tərəfindən katalizə edilər.... Hər dəfə fərqli biri... Və  hər ferment zülaldır, fərqli bir zülal. İnsan bədəni minlərlə fərqli fermentə  sahib olma mövzusunda tək deyil - fərqli növdəki hər varlıq buna malikdir.  İnsan hüceyrələrində meydana gələn reaksiyaların bir çoxu, başqa canlıların  hüceyrələrində də meydana gəlir. Bəzi reaksiyalar, öz hüceyrələrimizdəkilər  kimi, həqiqətən də universaldır. Bunun mənası, bir ferment, öz hüceyrələrimizdə  olduğu qədər, bir qurdun, bir sprutun, bir yosunun və bir bakteriyanın hüceyrəsindəki  müəyyən bir reaksiyanı katalizə etmə xüsusiyyətinə malikdir. Və bu fermentlərin  hər biri, tək və müəyyən bir reaksiyanı katalizə etmə qabiliyyətinə sahib olmalarına baxmayaraq,  növlərə xüsusidirlər. Bunların hamısı birindən digərinə  dəyişiklik göstərə bilər. Bunu, hər növə aid canlının minlərlə fermentinin olduğu və bu fermentlərin  hər birinin fərqli olduğu həqiqəti izləyir. Yer üzündə təxminən bir milyon fərqli  növ olduğuna görə, -yalnız fermentlərdən yola çıxaraq- milyonlarla fərqli  zülalın varlığı olduqca yüksək bir ehtimaldır.
				    Bütün bunların  yanında fermentlərin bir-birinə tamamilə əlaqəli bir sistem daxilində işlədiklərini də xatırlatmaqda  fayda vardır. Bir ferment yalnız hadisəni başladar,  sonrasında dövrəyə girən saysız ferment vardır. Metabolik yol dediyimiz bu mərhələlərdə  fermentlər arasında mükəmməl bir koordinasiya və idarə mümkündür. Bir sistemin  tam olaraq işləyə bilməsi üçün, bir-birini hərəkətə gətirən fermentlərin vəzifələrini  və zamanlamanı tam olaraq bilmələri şərtdir.
				    Təyin olunan  metabolik yol içində bir ferment, özündən əvvəlki fermentin ortaya çıxardığı məhsulu,  substrat olaraq alır. Bir başqa sözlə, bir fermentin  reallaşdırdığı reaksiyanın nəticəsi, bir başqa fermentin öz reaksiyasını  başlatması üçün lazımlıdır. Bütün  bu zəncir tamamlandığında ortaya çıxan son məhsul isə bu zənciri başladan  fermentlərdən birinin inhibitoru, yəni maneə törədicisidir. Beləliklə, bütün  bu zəncir içində edilən istehsal tarazlanmış olacaq. Məsələn, amilaz fermenti,  nişastanı maltoza, maltaz fermenti isə maltozu qlikozaya  çevirər. 11-ə qədər  ferment dalbadal dövrəyə girər və nəticədə qlikoza,  laktik turşuya (süd turşuya) çevrilmiş olar. Bəhsi keçən zəncir, sonrakı sətirlərdə  incəliklərini izah edəcəyimiz qanın laxtalanma sistemində də göz qamaşdırıcı şəkildə görülür. Bu  metabolik yoldakı fermentlərin bir-birlərini hərəkətə gətirən xüsusiyyətləri  sayəsində sistem mükəmməl bir zamanlama və əmək bölgüsü içində işləyər və laxta,  yaranın üzərində tam olması lazım olduğu kimi qüsursuz reallaşar. Tək bir  fermentin varlığını açıqlaya bilməyən təkamülçülər üçün bir-biriylə əlaqəli bir  çox fermentin meydana gətirdiyi və heç bir parçasının azaldıla bilmədiyi  "sadələşdirilə bilməz komplekslikdəki" bu zəncirin şərhi şübhəsiz ki, yoxdur. Təkamülçülər,  təsadüflərin fövqəladə işlər reallaşdırmış olduqlarını qarşıya qoyar və bu qeyri-obyektiv ssenarilərini şəkilləndirərlər. Halbuki, bu ssenarilərin  elmi və ya məntiqi heç bir təməli yoxdur. Təkamülçü fizikaçı və astronom Fred  Hoyle, bu həqiqəti açıqca ifadə  etməkdədir: 
				    Astronomların, həyatın  təməli olan minlərlə biopolimerden (ferment) yalnız birinin belə kombinasiya tənzimləmələrinin,  yer üzündəki təbii hadisələr nəticəsində reallaşa bilməyəcəyini anlamaları nə qədər  davam edəcək bilmirəm. Astronomlar bunu anlamaqda bir az çətinlik çəkirlər, çünki bioloqlar  tərəfindən bunun bu şəkildə olmadığı, bioloqlara da digərləri tərəfindən bunun  bu şəkildə olmadığı təlqini verilir. "Digərləri" isə, açıqdır ki,  riyaziyyat möcüzələrinə inanan bir qrup insandan meydana gəlir. Təbiətdən gizli  bir yerlərdə, normal fizikanın xaricində, möcüzələr meydana gətirən qanunlar  olduğuna inanarlar (təbii möcüzələrin biologiyaya kömək etmələri şərtiylə).
				    Təkamülçülərin həyatın  inkişafına dair bütün iddiaları, aldatmağa meyllidir. Bu aldatma  metodunu genişlədər və insanlar üzərində də istifadə etməyə cəhd edərlər.  Halbuki, təkamülçülərin  anlamaq istəmədikləri bir həqiqət vardır: Təsadüflər,  möcüzələr reallaşdıra bilməzlər. Təsadüflər, bir ağlın, bir şüurun, bir biliyin nümayəndəsi  deyildirlər. Şüurlu inkişaf edən hadisələri və funksiyaları meydana gətirmələri  qeyri-mümkündür. Yer üzündə var  olan heyranlıq yaradan möcüzəvi gözəlliklərin hamısının yaradıcısı  Allahdır. 
Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allahın ayələrini inkar edənlər ziyana uğrayanlardır. (Zumər surəsi, 62-63)


