Ferment texnologiyası
				  İndiki dövrdə təbiətdən ilhamlanaraq inkişaf etdirilən bir çox texnologiya vardır. Gözün xüsusiyyətlərinə görə kamera və foto aparatlar ixtira edilmiş, cırcıramaların quruluşu nümunə götürülərək vertolyotlar dizayn edilmişdir. Təbiətdə texnologiyaya ilham verən çox şey tapılar.
				    Ancaq təbiətdə elə şeylər var ki, bunları gündəlik həyatda  birbaşa istifadə edirik. Bunlara bir nümunə də fermentlərdir. Fermentlər təbiətdə  bizlərə hazır olaraq verilmişdir və sənayedə birbaşa istifadə edilirlər. Yaxşı  bu necə baş verir? Bunun cavabını uzaqda axtarmağa ehtiyac yoxdur: Hər gün evlərdə  istifadə olunan təmizləyici toz fermentlərin varlığı nəticəsində inkişaf  etdirilmiş sənaye məhsuludur. Yuyucu tozlarda istifadə edilən fermentlərin ən  başlıcası proteazlardır. Bu fermentlərin varlığı vacibdir, çünki bilindiyi kimi  proteazlar həzmdə zülalları parçalayan fermentlərdir. Bu səbəbdən  paltarınızdakı bir zülal ləkəsini də asanlıqla çıxarabilir. Ot, qan, yumurta  kimi ləkələr bu fermentlərin köməyi ilə ortadan qaldırılmaqdadır. Bəhsi keçən ləkələr  yaradan maddələr ümumiyyətlə geyimlərin liflərinə möhkəm yapışmağa meyillidirlər.  Bu fermentlər bir növ yapışqan kimi onları olduqları yerdən çəkib çıxarır.
				    Yuyucu tozlarda   eyni zamanda yağları parçalayan lipaz fermenti də vardır. Bunlar da təxmin  edildiyi kimi yağ ləkələrini ortadan qaldırırlar. Paltar üzərində tapdıqları  yağ molekullarına bağlanır, onları parçalayırlar və amin turşusu parçacıqlarına  çevirirlər.
				    Fermentlər eyni zamanda tekstil sahəsində də istifadə  edilirlər. Pambıq və pambıq qarışığı parçaların toxunması əsnasında, uzun iplər  yapışqan bir maddə ilə qarışdırılır. Bunun məqsədi toxuma əsnasında iplərin  qopmasının qarşısını almaqdır. Bu əməliyyat üçün istifadə edilən maddə isə  nişasta və nişasta qarışığıdır. Ancaq toxuma əməliyyatı bitdikdən sonra parçanın  digər əməliyyatlara başlaması üçün nişastadan təmizlənməlidir. Bu əməliyyat əslində  turşular, əsasları, oksidləşdirici maddələr kimi güclü kimyəvi maddələrlə edilə  bilər. Ancaq indiki dövrdə bunlara ehtiyac olmadan bu əməliyyat fermentlər sayəsində  asanlıqla edilə bilir. Amilaz parçaya zərər vermədən parçadakı nişastanı dərhal  parçalayabilir. Bu əməliyyatda fermentdən istifadə edilməsinin bir üstünlüyü də  fermentin ətraf mühitə zərər verməməsidir. İstehsal nəticəsində ortaya çıxan  tullantı suları ətraf mühitə daha uyğun olur.
				    Tekstildə eyni zamanda parçaların cilalanmasında  da fermentlərdən istifadə edilir. Ipin üzərində  olan tüklər, yəni fibrinlər, fermentlər tərəfindən parçalanıb aradan  qaldırılır. Yenə boyamadan əvvəl hidrogen peroksid ilə ağardılan parçalar üçün  də katalaz fermentindən istifadə edilir. Xatırladığınız kimi katalaz olduqca  böyük bir sürətlə hərəkət edən bir fermentdir. Elə bu səbəblə çox az bir miqdar  ferment belə hidrogen peroksidi ortadan qaldırmağa kafidir.
				    Bütün bunlardan əlavə fermentlər şəkər, heyvan yemi,  meyvə suyu, kağız və dəri sənayesi kimi sahələrdə də geniş istifadə edilir. Məsələn,  meyvə suyu istehsalında, xüsusilə alma suyu istehsalında müxtəlif problemlərlə  qarşılaşılır. Bu problem xüsusi fermentlərin köməyiylə hell olunur. Alma suyu  içində böyük miqdarda nişasta olan bir meyvə suyudur. Əgər şəffaf meyvə suyu əldə  etmək istənilirsə, nişasta parçalanmalıdır. Bu problem nişasta parçalayıcı  fermentlərin köməyi ilə həll olunur.
				    Yaxşı bəs fermentlər təbiətdən necə əldə edilir? Bunun  üçün Allahın təbiətdə yaratdığı çox böyük bir imkan vardır: Mikroorqanizmlər.  Tek bir mikroorqanizm 1000dən fərqli ferment növünə malikdir. Bu insanlığa sənaye  sahəsində təqdim edilmiş böyük bir nemətdir. Elm adamları fərqli ferment növləri  əldə etmək üçün dünyanın müxtəlif bölgələrindən fərqli mikroorqanizmlər  toplayır və onları araşdırır. İstənilən   ferment tapılana qədər mikroorqanizmlər üzərindəki bu araşdırmalar davam  edir. İstənilən ferment tapıldıqda isə orqanizm genetik olaraq dəyişdirilərək həmin  fermenti  daha çox miqdarda ifraz etməsi  təmin edilir. Daha sonra mikroorqanizm qıcqırdılaraq bu fermentlər ortaya  çıxarılır. Qıcqırdılma nəticəsində yaranan tullantılar da gübrə olaraq dəyərləndirilir.  Bundan əlavə bitkilərdən, iri buynuzlu heyvanların pankreasından, toyuq və inəklərin  həzm orqanlarından da fermentlər əldə edilə bilir.
				    İnsan informasiya və texnologiyadan istifadə edərək  bütün bunları reallaşdırmanın yollarını tapa bilmək üçün olduqca çox səy göstərir.  Məsələn yalnız nişastanın ayrılması üçün olduqca sərt şərtlərə ehtiyac vardır,  çox sayda kimyəvi maddədən istifadə edilir, sənaye məhsulları üzərində istənilən  nəticə tam əldə edilə bilməyib, tullantı maddələri də ümumiyyətlə zəhərli  olmuşdur. Ancaq fermentlər sanki yalnız bu tapşırığa məsul hissəciklər kimi  hadisə yerinə gedib, əlaqədar maddəni tapıb, onu tamamilə ortadan qaldırırlar.  Geriye bu maddəni meydana gətirən amin turşuları və digər kiçik maddələri  saxlayırlar ki, bunlar da təbiətə canlıların tərkib elementləri olaraq geri  dönürlər. Heç bir insan, heç bir texnologiya bir zülala, yalnız tək bir maddəyə  yönələrək ona parçalama xüsusiyyəti verə bilməz. Parçanın üzərindəki tək bir  yağ molekuluna hücum etməli olduğunu öyrədə bilməz. Onu tam insanların  ehtiyaclarını qarşılayacaq şəkildə müəyyən istilik şəraitində aktiv hala gətirə  bilməz. Etdiyi iş nəticəsində tullantıları fayda əldə edilə biləcək bir hala gətirə  bilməz. İnsan bir zülalı, onu meydana gətirən amin turşularının doğru sırada  düzülməsini belə təmin edə bilməz. Bu səbəbdən bütün bunları reallaşdırmaq üçün  təbiətdə hazır olan, özünün və digər bütün insanların xidmətinə təqdim edilmiş  olan fermentlərdən istifadə olunur. Onları araşdırdığı mikroorqanizmlərin içində  hazır halda tapa bilərlər. Daha da araşdırdıqca daha çox fermentlə  qarşılaşırlar. Həyatı asanlaşdıracaq çox əhəmiyyətli bir köməkçi, asanlıqla, hər  yerdə əldə ediləbilən mikroorqanizmlərin içində qablaşdırılmış bir hədiyyə kimi  insana təqdim edilmişdir.
				    Bu nemət Allahın lütfüdür. İnsanlara qarşılıqsız təqdim  edilmişdir. Bir asanlıq, bir gözəllik, bir nemət olaraq verilmişdir. Onları  mikroorganizmlərdə var edən də, onlara özlərinə xas xüsusiyyətlər verən də,  onları kəşf etdirən, üzərlərində araşdırma edəbiləcək qabiliyyəti, məlumatı,  imkanı verən də Allahdır.
Göylərdə və yerdə nə varsa, Onundur. Din də daim Ona məxsusdur. Siz Allahı qoyub başqasındanmı qorxursunuz? Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. (Nəhl surəsi, 52-53)


