Fermentlər bədəndə hər an vəzifə başındadır
				  Bir insan bədənində 2000 növ fermentin vəzifə yerinə yetirdiyi bilir. Bu fermentlər vasitəsiylə həyatımızı davam etdirərik; nəfəs almağımız, səsləri eşitməyimiz, çöldəki mənzərəni görməyimiz, yemək yeməyimiz qısacası bədənimizdəki sistemlərin işləməsi fermentlərin vəsilə olmasıyla reallaşar. Tək bir fermenti dövrədən çıxardığımızda, onun bədənimizdə yerinə yetirdiyi vəzifələr də təsirsiz halda qalar. Heç bir şey, bu gözlə görülməyən zülalın yerinə keçib onun vəzifəsini boynuna götürə biləcək qabiliyyətə sahib deyil.
				    Bəs həyatımızın  hər anında, gərək bədənimizdəki funksiyaların reallaşmasında gərəksə ətrafımızdakı  canlıların həyatlarını davam etdirmələrində varlığı zəruri olan fermentlər tam  olaraq nə edərlər? 
				    Bir bananı ələ alaq. Yaşıl bir bananı bir neçə gün pəncərə  eşiyinə buraxsanız, sarıya çevriləcək və dadlanacaq. Yetkinləşmə dediyimiz bu  hadisə fermentlər sayəsində reallaşar. 
				    Bir it sümüyünü basdırar. İki həftə sonra onu  çıxardığında əvvəldən olduqca sərt olan sümük yumşalmış, yeyə biləcəyi hala gəlmişdir.  Bu da fermentlər vasitəsiylə reallaşmışdır. 
				    Şitildəki pomidorlar hələ yaşıl rəngdəykən onları günəşin  altına qoysanız, qısa bir müddət sonra qızararlar. Bu da günəş istiliyi ilə hərəkətlənən  fermentlər vasitəsiylə reallaşar. 
				    Fermentlər olmadan toxumlar cücərməz, meyvələr yetkinləşməz,  yarpaqlar rənglərini dəyişdirməzlər və biz meydana gələ bilmərik.  Qısacası  fermentlər, Uca Allahın diləməsiylə canlı olan hər şeyin yaşama səbəblərindən  biridir. 
				    Fermentlər, bədənimizdəki sistemlərin hamısında  reallaşan kimyəvi əməliyyatlardan məsuldurlar. Bununla yanaşı  immunitet sistemimizin ən əhəmiyyətli işçiləridirlər. Görmək, eşitmək,  nəfəs almaq və hərəkət etmək üçün olduğu qədər yemək, yemək  və qidaları həzm etmək üçün də fermentlərdən  asılıyıq. Qanın laxtalanma sistemində, ürək-damar sisteminin işləməsində,  qaraciyərin, böyrəklərin işində, toksik maddələrin bədəndən atılmasında, beynin  bəslənməsində, hormonların bədənə paylanmasında, düşünə bilməmizdə, hətta yuxu  görə bilməmizdə belə fermentlər baş rollardadır. 
				    Fermentlər, yediyimiz yeməkləri kiçik molekullara  çevirər və bunların hüceyrələrimizin içinə keçməsini təmin edərlər. Hüceyrə pərdəsindən  keçərək hüceyrələrə köçürülən bu maddələr, qan dövranına və həzm sisteminə  çataraq bütün bədənə yayılarlar. Fermentlər vasitəsiylə bu hazır parçalar yeni əzələlərə,  sümüklərə, sinirlərə, ifrazat vəzilərinə çevrilərlər. İstifadə edilməyən vəsaitlər  isə fermentlərin qaraciyər ilə ortaq işləri nəticəsində gələcəkdə istifadə  edilmək üzrə saxlanarlar. 
				    Bədəndə qidaların daşınması, tamamilə fermentlərə  bağlıdır. Əgər fermentlər bu vəzifələrini tam olaraq yerinə yetirməzlərsə,  yaddaş itkisi olar, sağlam düşünmək mümkün olmaz və yorğunluq baş verər. Çünki  beyin də kafi qidasını ala bilməmiş olacaq.  Ancaq bədəndə belə bir problem  yaşanmaz. Çünki normal şərtlərdə fermentlər, öz vəzifələrini əsla axsatmaz, bədənə  girən bir qidanın qiymətləndirilməsini heç bir zaman sovuşdurmaz. Hər qidanın,  bədən üçün böyük bir əhəmiyyətə sahib olduğunun şüurundadırlar. Hər parçanı  qiymətləndirər, heç bir şeyi israf etməzlər. 
				    Fermentlərin aralarındakı əmək bölgüsü göz  qamaşdırıcıdır. Bir ferment, fosforu sümüklərin hazırlanması üçün istifadə edər.  Digəri qanın laxtalanmasını təmin edərkən, bir başqası dəmiri qırmızı qan  hüceyrələrinə bağlar. Bəzi fermentlər oksidləşməni reallaşdırar, yəni digər  maddələri oksigen ilə birləşdirərlər. Bu sırada bəziləri də karbon dioksiti  ağciyərlərdən xaric edərlər. Zülalları, şəkəri və karbonhidratı yağlara çevirmək  yenə fermentlərin vəzifəsidir Sperma hüceyrəsi, dişi yumurta hüceyrəsini deşə  bilmək üçün xüsusi fermentlərə malikdir. İmmunitet sistemindəki fermentlər isə,  qan və toxumalardakı tullantı maddələr və zəhərlərlə daima mübarizə halındadır.  
				    Fermentlər şəkərin, karbon dioksit və suya təhlil  edilməsi kimi kimyəvi əməliyyatları, saniyələr içində, yüzlərlə hətta minlərlə  dəfə, bütün bir ömür boyun heç dayanmadan reallaşdıra bilərlər. 
				    Fermentlər hüceyrə içində parçalayıcılar, sintez  edicilər və təşkil edicilər olaraq daima fəaliyyət halındadırlar. Hüceyrə içində  saniyədə ortalama 40 ayrı reaksiya, fermentlər vasitəsilə reallaşdırılır.  Reaksiyaları sürətləndirib vəzifələrini yerinə yetirdikdən sonra heç bir dəyişikliyə  uğramadan mühiti tərk edən fermentlər, başqa reaksiyalara da qatılmağa davam edər  və bu şəkildə daima istifadə edilərlər. Bu, bədən üçün əhəmiyyətli bir qənaətdir.  Fermentlərin həmişə çıxarılmaları lazımlı deyil. Onlar, bədəndə bir anbar şəklində  varlıqlarını qoruyar və vəzifələrinə davam edərlər. 
				    Fermentlər, yaraları yaxşılaşdırar və infeksiyaları  müalicə edərlər.  İmmunitet sisteminin mikroblarla döyüşməsi nəticəsində  meydana gələn dağıntını da ortadan qaldırarlar. Öldürülən mikroblar,  anticisim-mikrob tərkibləri və zəhərlər, bədəndə reallaşan döyüş sonrasında  fermentlərin diqqətli işləri nəticəsində yox edilərlər. Bu tullantılar əgər bədəndən  atılmazlarsa, damarların tıxanmasına səbəb olur. 
				    Fermentlər, tədbir görmələri üçün lazım  olan vəziyyətlərin də fərqindədirlər. Fövqəladə vəziyyətlərdə necə hərəkət etmələri  lazım olduğunu bilərlər. Məsələn, bəzi heyvanlar uzun qış yuxuları əsnasında enerji  çıxarmaq üçün qida istifadə edə bilmədiklərindən, bədənlərindəki fermentlər  "təmkinli davranarlar". Bədəndəki yağları yandırmağa başlayar və  bunları enerji verəcək olan karbonhidratlara çevirərlər.  Bunu digər  zamanlarda etməzlər. Bu xüsusiyyətləri, qidanı  istehlak edə bilmədikləri zaman istifadə edəcəkləri bir imtiyazdır və bunu nə  vaxt etmələri lazım olduğunu Allah onlara ilham edir. İnsan bədənində olan  fermentlər də lazımlı zamanlarda lazım olan tədbirləri alacaq şəkildə  yaradılmışlar. Məsələn, insanın daima ac qalması vəziyyətində də bədəndəki  yağları yandıraraq bunları karbonhidratlara çevirərlər. Bu əməliyyat, fermentlərin  bədəninizi qurtarmaq üçün alacaqları bir tədbirdir və siz bunun fərqində belə olmazsınız.  Fermentlərin bədəninizi canlı və gümrah tuta bilmək üçün necə bir üsula müraciət  etdiklərini bilməzsiniz. Sizi yaşatmaq üçün, fərqində olmadığınız saysız vəzifəni, heç  dayanmadan yerinə yetirən bu möcüzəvi varlıqlar, insan ağlını, təcrübəsini, tədbir  görmə qabiliyyətini və gücünü aşan qabiliyyətlərə sahiblərdir. Çünki bunları  insan həyatı üçün vəsilə edən, onları bütün bu qabiliyyətlərlə təchiz edən Uca  Allahdır. Allah insanları, şahid olduqları bu həqiqətlər  üzərində düşünməyə çağırar. Allahın yaratdığı nemətləri unutmamaq, gördüyü bu  möcüzəvi hadisələr qarşısında dərin-dərin düşünmək insanın ən əhəmiyyətli məsuliyyətlərindəndir,  Allah bir ayəsində insanlara belə buyurur: 
Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. O sizin nə əməl sahibi olduğunuzu və qullarının Onun hüzuruna qaytarılacaqları günü bilir. Allah onlara nə etdiklərini bildirəcəkdir. Allah hər şeyi bilir. (Nur surəsi, 64)


