DNT üçün işləyən fermentlər
				  Fermentlər olduqca xüsusi zülallardır. Hansı reaksiyanı nə qədər sürətləndirmələrini yaxşı bilər, harada hansı reaksiyaya təsir etmələri lazım olduğunu səhvsiz təsbit edərlər. Ancaq bədəndə vəzifə boynuna götürən fermentlərdən bəlkə də ən maraq doğuranı, DNT üçün vəzifə yerinə yetirən fermentlərdir. Bu fermentlər eyni zamanda təkamül nəzəriyyəsinin müdafiəçiləri üçün də böyük bir maneə təşkil edərlər. Çünki varlıqları, təkamül nəzəriyyəsininin təsadüf iddialarının təməlini ortadan qaldırır. Bu mövzuya irəlidəki sətirlərdə toxunacağıq.
				    DNT fermentləri  üçün ən maraqlı olan nöqtələrdən biri, bütün iş məlumatlarını DNT-dən almaları,  amma, eyni zamanda, DNT-dəki səhvləri təsbit  edib onu təmir etmə qabiliyyətinə də sahib olmalarıdır. Bilindiyi kimi, DNT  molekulu öz surətini çıxara bilən bir  molekuldur. Ancaq köçürmə əməliyyatını özbaşına edə bilməz. Bunun üçün  fermentlər dövrəyə girər. Köçürmə əməliyyatı, Allahın diləməsiylə, bu fermentlərin  vəsiləsiylə reallaşar. Bunu ümumi xətləriylə açıqlayaq:
				    DNT, 3 milyard hərfdən  ibarət olan məlumat bankına sahib nəhəng bir molekuldur. Bu molekul, spiral şəklində  qıvrılmış bir nərdivana bənzər. Köçürməəməliyyatı başladığında ilk olaraq DNT helikaz  adlı ferment hadisə yerinə gəlir və DNT spiralını bir zəncirbənd kimi açmağa  başlayar. Bunun nəticəsində DNTin heliks formasındakı qolları ayrılar. DNT  helikaz, hər saniyə 1000 nükleotid cütünü aça bilmə qabiliyyətinə malikdir. 
				    DNT helikaz, zəncirbəndi  açarkən bir nöqtədə birdən dayanar. Dayanılan nöqtələr lazımlı olan məlumatın sərhədləridir.  (Hüceyrə içində bir əməliyyat ediləcəyi zaman, DNT içində, yalnız bu əməliyyatla  əlaqədar olan kodun iştirak etdiyi qisim köçürülər.) Fermentlər, məlumatın  hara qədər uzanmaqda olduğunu və DNT-nin hara qədər  açılmasını açıqca bilərlər. 
				    Köçürülmə əsnasında DNT  spiralının açılması, prinsipdə iki DNT helikaz fermentinin uyğun işləri ilə  mümkün olar. Biri köçürülmək üzrə ayrılan təkli spiralın başından başlayar, digəri  isə spiralın arxa qismini başlanğıc nöqtəsi olaraq alar. Hər iki spiralın yükləri  fərqli olduğundan bu helikazlar tək bir DNT spiralı üzərində fərqli istiqamətlərdə  hərəkət etmək məcburiyyətindədirlər və bu səbəblə də "fərqli"  fermentlərdir. Hüceyrədə hər iki tipdə də DNT helikaz fermenti mövcuddur. 
				    Lazımlı DNT hissəsi  tapıldıqdan sonra da bu hissəyə yapışan başqa fermentlər, nükleotidleri üç-üç  oxumağa başlayarlar. (Nükleotidler, DNT nükleik turşusunu meydana gətirən əsaslardır.  Adenin, Timin, Quanin və Sitozin olaraq adlandırılarlar.) Bunun səbəbi, məlumatın  üçlü nükleotid serialları halında kodlaşdırılmış olmasıdır. Bir-biriylə bitişik  milyonlarla nükleotid, fermentlər tərəfindən heç dayanmadan oxunar. Bütün bu əməliyyat,  saniyədən çox daha qısa sürər. 
				    DNT üzərində 4  növ nükleotid olar. (Adenin, Timin, Sitozin, Quanin) Ancaq bunu oxuyub köçürməyi reallaşdıracaq  olan fermentlər amin turşularından meydana gəlmişlər. Bu səbəbdən, bir ferment  ilə DNT spiralının ünsiyyət qurması; nükleotidlərlə amin turşularının bir-birlərini  anlamaları və ya bir-birləri ilə xəbərləşmələri kimi bir şeydir ki, bu əlbəttə  fövqəladə bir vəziyyətdir. Bəhsi keçən tamamilə fərqli iki quruluşdur.  Bir-birləriylə açar-kilid uyğunlaşmasına bənzər molekulyar bir uyğunlaşma  yoxdur. Bu səbəbdən, bir-birləriylə molekulyar mənada əlaqə qura bilmələri çətin  görünməkdədir. Ancaq bədəndə bunun da həlli yaradılmışdır. Fermentlər DNT üzərindəki  kodonları rahatlıqla oxuyarlar və oxuduqları kodonun nəyi ifadə etdiyini  anlayarlar. (Kodon: DNT-dən mRNT-ə (məlumat RNT-si) yazılmış şifrənin  üçlü əsas qruplarına kodon deyilir. Kodonlar mRNT molekulunda  olar.)
				    Bunun əlbəttə tək  bir mənası vardır. Amin turşuları da, nükleik turşular da tək bir Yaradıcı tərəfindən  eyni anda yaradılmışlar. Fermentləri meydana gətirən amin turşularının,  nükleotidləri tanıyaraq onların ehtiva etdikləri şifrələri həll edə bilmələri və  bunu istifadə edərək DNT köçürülməsi kimi həyati bir əməliyyatı yerinə yetirə bilmələri,  yalnız onların tək bir iradənin idarəsində olmaları həqiqəti ilə açıqlana bilər.  Var olan hər şey kimi onlar da Allahın əsərləridirlər. 
				    Günümüzün ən  qatı təkamülçülərindən biokimyaçı Lezli E. Orgel, bu  iki quruluşun təsadüflərin əsəri olaraq təkamülləşmiş ola bilməyəcəklərini bu şəkildə  etiraf etmək məcburiyyətində qalmışdır: 
				    Zülalların və nükleik turşuların, hansı ki,  bunların ikisi də strukturca olaraq olduqca kompleksdirlər, eyni anda və eyni  yerdə meydana gəlmiş olmaları son dərəcə inanılmazdır. Biri olmadan digərinin  varlığı mümkün olur. Və bu səbəblə,  ilk baxışda həyatın, həqiqətdə kimyəvi mənada heç meydana gəlmədiyi nəticəsinə  gəlinə bilər.
				    DNT qollarının  ayrılmasının ardından digər fermentlər, DNT üzərinə hücum edərək dərhal incələməyə  başlayarlar. Etdikləri bu incəmələrdə DNT üzərində bir "səhv" görsələr  dərhal bunu düzəldərlər. Ziyan görən DNT zolağının səhvli qisimi, DNT nükleaz  adlı ferment tərəfindən təsbit edilər. DNT nükleaz, təsbit etdiyi səhv olan  qisimi qopardır və DNT spiralında bir boşluq meydana gələr. 
				    Səhv təsbit  edilib səhv olan qisim ortadan qaldırıldığında, DNT polimeraz dövrəyə girər. Bu  ferment, DNT-in ikiyə ayrılan hər bir qolunu ikinci bir qol ilə tamamlayar və  iki ayrı DNT heliksinin meydana gəlməsini təmin edər. Mərhələ-mərhələ spiralın  digər yarısındakı əsasları oxuyar və bunun qarşı tərəfdəki əsaslara uyğun gəlib-gəlmədiyinə  nəzarət edər. Bunun üçün DNT-in bir qolunu meydana gətirən hər məlumatın  qarşısına uyğun olan məlumatı tapıb gətirər. Səhv olan əsas molekulunu oradan  ayırar, yerinə bunun yenisini yerləşdirər. Bir başqa sözlə, 3 milyard hərfi mükəmməl  bir şəkildə tək-tək tamamlayar. Bundan əlavə, DNT polimeraz bütün bu mərhələlərə  iki dəfə nəzarət edər. İkinci təftiş tamamlanmadan olduğu yerdən qəti olaraq  ayrılmaz. Eyni anda bir başqa polimeraz fermenti də, DNT-in digər yarısını  tamamlamaqdadır. Bütün bunlar olarkən, DNT spiralının iki parçasının bir-birinə  təkrar dolanmaması üçün heliks-stabilizasyon (DNT sabitləmə) fermentləri DNT-ni  uclarından sabit tutarlar. Başqa bir ferment isə, yenilənən bölgəyə müdaxilə edərək  yerləşdirilən doğru əsasın yerinə möhkəmcə bağlanmasını təmin edər. 
				    Bütün bu mərhələlərin  ardından dövrəyə girən editaz fermenti, ayrılan parçaya təkrar nəzarət edər və  edilən düzəltmələri nəzərdən keçirər. Bu idarə sonrasında yeni DNT molekulu,  köhnəsinin tamamilə eynisi olmuşdur. 
				    Ancaq düzəltmə əməliyyatı  bununla bitməz. Xatırlanacağı kimi düzəltmənin reallaşdığı yerdəki DNT zolağı üzərində bir  qopuqluq meydana gəlmişdir. Bu qopuqluq, DNT liqaz adlı ferment  tərəfindən təmir edilər. 
				    Bu təmir son dərəcə  əhəmiyyətlidir. Əgər DNT köçürülməsi kimi həyati bir əməliyyat əsnasında bir səhv meydana  gəlirsə, yeni nükleotid sırasındakı kodonlar alt-üst olacaq. Aradan azalan  nükleotid ilə birlikdə üç-üç oxunan bütün kodonlar dəyişəcək, bunun nəticəsində  bir canlı bədəni üçün heç bir şey ifadə etməyən molekullar çıxarılacaq və nəticədə  orqanizm ölümə doğru gedəcək. 
				    Bütün bu fövqəladə  sistem içində vəzifə yerinə yetirən bir başqa əhəmiyyətli ferment isə, DNT-dən  RNT sintezi əsnasında  vəzifə başındadır. Bu ferment, yeni sintez edilən RNT-də səhv və  lazımsız köçürülmüş əsaslara tək-tək  nəzarət edərək yerindən sökmək yerinə, səhv əsasların sıralandığı bölgələri müəyyən edərək əsas  silsilələri bu bölgələrdən qayçı kimi kəsər. Əgər bu kəsmə əməliyyatı tək bir  bölgədə deyil də, bir neçə bölgədə birdən meydana gəlirsə, DNT parça-parça  ayrılmağa başlayacaq. Bunun qarşısını almaq üçün, hüceyrə bu bölgəyə başqa bir  ferment göndərər. Bu ferment, parçalara ayrılmış DNT qollarından tutaraq  yan-yana gətirər və bir-birinə bağlar. 
				    Yuxarıda izah  etdiyimiz fermentlərin müdhiş tutumlu işləri ilə DNT, mükəmməl bir köçürmə reallaşdırar.  Bu hadisə, insan bədənindəki hər hüceyrədə, heç kəsilməz bir sürətlə həmişə reallaşır. Belə  ki, hər gün insan bədəninin 100 trilyon hüceyrəsinin hər birində ortalama  20.000 dəfə təmir əməliyyatı yerinə yetirilər. 
 
				    DNT üçün işləyən  fermentlər, göstərdikləri tələbkarlığa bağlı olaraq, o qədər də tələsən  deyildirlər. Fermentlərin reaksiyalara görə sürətlərini təyin etmə xüsusiyyətləri  DNT üzərində işləyən fermentlərdə olduqca diqqət çəkər. Məsələn, DNT polimeraz  hər bir saniyədə təxmini olaraq yalnız on əsas tamamlayar. Bu, saniyədə  5.000.000 hidrogen peroksit molekulunu parçalara ayıran katalaz kimi fermentlərlə  müqayisə edildiyində, bir ferment üçün olduqca aşağı bir sürətdir. Bu sürət,  hüceyrənin ehtiyacı olan surət DNT miqdarına  görə təyin olunar. Hüceyrənin ehtiyacı müəyyəndir və fermentlər də bu istehsal  sürətiylə doğru mütənasib olaraq hərəkət edərlər. Bədəndə elə yerlər vardır ki,  fermentlərin sanki işıq sürətiylə işləmələri lazımdır. Çünki onların işlədikləri  bölgələrdə əhəmiyyətli olan "sürət"dir. Reaksiyalar nə qədər qısa  müddətdə tamamlansa, bədənin sağlam qala bilməsi o qədər mümkün ola bilir. 
				    DNT üçün işləyən  fermentlərin istehsalı idarəlidir. DNT köçürülməsi əsnasında çox sayda ferment vəzifə  alar, amma bunların istehsalları da istifadələri də qənaətlidir. Buna nəzarət  edən yenə DNT-dir. DNT-in üzərində  olan açma-bağlama düyməsi  (təzyiqləyici gen) istehsalı idarə altında olar. Bir ferment ehtiyacı ortaya  çıxana qədər bu düymə həmişə bağlıdır.
				    Bədəndə  reallaşan ən kiçik bir elektron alveri belə olduqca əhəmiyyətlidir və bu  alverin nəticələri böyükdür. Hər reaksiyanın idarəli reallaşması lazımdır. Hər  reaksiya üçün əmək bölgüsü lazımdır. Hər reaksiyada saysız fermentin dövrəyə  girməsi və bunların bir-birləriylə əlaqəli hərəkət etmələri lazımdır. Bunların  hər birinin vəzifələrinin, sürətlərinin, təsir edəcəkləri molekulların təyin  olunması lazımdır. Yenə hər birinin hüceyrəni yaşatmaq üçün daimi çalışmaları və  heç bir zaman səhv etməmələri lazımdır. Yaxşı bütün bunları kim təyin edir? Bunları kim nəzarət  edər və kim səhvsiz olmalarını təmin edə bilər? Kim onları, böyük bir insan bədənini  ayaqda, sağlam və canlı tuta bilmək üçün bu şəkildə proqramlaşdıra bilər? Kim bədəndəki  mikroskopik strukturlardan ibarət olan bu nəhəng sistemi bir-birinə asılı edə  bilər? 
				    Bütün bunları edən  və yaradan Uca Allahdır. 
				    Əgər bir insan,  öz bədənində bu mükəmməlliyə şahid olursa və bunu anlayıb idrak edə biləcək  qabiliyyətə sahibsə, o zaman üstün Yaradıcımız olan Allahın varlığını açıqca  görə bilər. Sahib olduğumuz hər şey kimi, bizi, yerdə və göydəki bütün  varlıqları yaradan Uca Allahdır. Heç bir şey Allahdan müstəqil deyil. Sahib  olduğumuz hər şey, ancaq Allahın istiqamətləndirməsiylə hərəkət etdikləri üçün  qüsursuzdurlar. Allahın idarəsində olduqları üçün qabiliyyətlərə və fövqəladə  xüsusiyyətlərə sahib olarlar. İnsanın bütün bədəni Allaha itaət halındaykən,  adamın bütün bunları görməməzlikdən gəlməsi, özünü müstəqil bir varlıq zənn etməsi,  təsadüflərin bir möcüzəsi olduğunu düşünməsi çox böyük bir yanılma, böyük bir  nankorluqdur. Bəzi insanlar bu üstün yaradılışın təsadüf olduğunu iddia etməkdə  müqavimət göstərsələr də, bədənlərindəki hər ferment, hər zülal, hər elektron,  Allahın onlar üçün təyin etdiyi sistemə uyğunlaşma göstərir, həmişə Allahdan ilham  alır. Quran ayələrində bu həqiqət insanlara belə xatırladılar: 
Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir. Məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan Odur. Bu da Onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər Ona məxsusdur. O, Qüdrətlidir, Müdrikdir. (Rum surəsi, 26-27)
....Həqiqətən, göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Hər şey Ona baş əyir. (Bəqərə surəsi, 116)
Ferment DNT-nin qaynağıdır, yoxsa DNT fermentin qaynağı? 
                    DNT və DNT üçün  işləyən fermentlər  mövzusu təkamülçülərin çıxılmaz olduğu ən əhəmiyyətli  mövzulardan biridir. Təkamülçüləri böyük bir çətinlik içinə salan "sadələşdirilə  bilməz komplekslik", hüceyrənin bu hissəsində təkrar qarşımıza çıxar.  Hüceyrənin ən kompleks strukturlarından DNT ilə bədənin kompleks zülallarından  fermentlər, bir-birlərindən ayrı tutula bilməyəcək bir sistem içində işləyərlər. Ortaya  çıxardıqları kompleks sistemin tək bir parçasını belə dövrədən çıxarmaq,  sistemin bəzi parçalarının digərlərindən əvvəl ortaya çıxdığını iddia etmək  mümkün deyil. 
                    Əvvəlki başlıq  altında təfərrüatlı izah edildiyi kimi DNT-nin, köçürülə bilmək  üçün fermentlərə ehtiyacı vardır. Ancaq bu mərhələdə maraqlı bir vəziyyət  ortaya çıxar. Çünki DNT-nin köçürülməsini təmin edən, hər mərhələdə  DNT-ə nəzarət edən, səhvləri  düzəldən və dəfələrlə başdan sona DNT-i yoxlayan fermentlərin  meydana gələ bilmələri üçün lazım olan istehsal məlumatları yenə DNT-də gizlidir.  Fermentlər, DNT-də yazılı olan məlumatlara görə, DNT-nin idarəsindən çıxarılmış  zülallardır. Bu səbəbdən, fermentlərin yoxluğunda, şəkər-fosfat skeletini, yəni  DNT və RNT-nin "təməlini"  çıxaracaq kimyəvi reaksiyalar meydana gəlməz. Bir başqa sözlə, fermentlərin  yoxluğunda DNT sintezi qeyri-mümkündür. (73) DNT-nin yoxluğunda isə,  ferment sintezi qeyri-mümkündür. Qısacası, fermentlərin  varlığı üçün DNT, DNT-nin varlığı üçün də fermentlər  lazımlıdır. 
                    Məhz bu həqiqət təkamülçüləri  böyük bir təəssüf hissi yaşadar. Tək birinin meydana gəlməsini də açıqlaya bilməyən  təkamül nəzəriyyəsi üçün, iki kompleks quruluşun eyni anda ortaya çıxması şərti  çox daha böyük bir problemdir. Bir qeyri-mümkünlüyün reallaşdığını  qəbul edərək, DNT-nin təsadüflər nəticəsində ilk olaraq ortaya  çıxdığı iddiasını doğru fərz edəcək olsaq, bu vəziyyətdə onun köçürülməsini təmin  edəcək fermentlərin təsadüfən ortaya çıxışını gözləmiş olduğunu qəbul etməmiz  lazım olacaq. Ancaq bu müddət boyunca köçürülə bilməyən DNT-nin canlı orqanizmə  bir faydasının olmayacağı açıqdır. Yenə başqa bir qeyri-mümkünlüyün reallaşdığını  və fermentlərin DNT-dən əvvəl təsadüfən meydana gəldiyini izah edən  hekayəyə inanacaq olsaq, bu vəziyyətdə də DNT hələ var olmadığı üçün fermentlərin  istehsal məlumatları və xüsusiyyətlərini ehtiva edən məlumat bankının heç bir  zaman olmadığını qəbul etməmiz lazım olacaq. Bu şərtlər altında da, bütün  qeyri-mümkünlüyünə baxmayaraq bir ferment bir şəkildə ortaya çıxmış olsa belə  daha çoxunun çıxarıla bilməsi qeyri-mümkündür. Bu səbəbdən, DNT-ferment ikilisi  bir-birindən ayrılmaz bir sistemdir və birlikdə var  olmaları lazımdır. 
                    DNT əsaslı həyatımızda  təkamülçülər, nəyin necə meydana gəldiyinə heç bir şəkildə şərh gətirə bilmirlər.  Bu təməl parçalar, hər parçanın başdan etibarən mütləq yerli-yerində olmasını tələb  edən bir sadələşdirilə bilməz komplekslik göstərirlər.
                    Kaliforniya  Universitetindən orqanik kimya professoru Charles McCombs, DNT ilə DNT fermentlərinin  təkamüllü bir keçmişinin ola bilməyəcəyini bu sözlərlə ifadə edir: 
                    Əgər əvvəl təmir  mexanizmi təkamülləşdisə, hələ DNT-nin təkamülləşmədiyi bir sistemdə təmir  mexanizmi nə işə yarayar? Əgər ilk olaraq DNT təkamülləşdisə, DNT bir təmir  mexanizminin lazımlılığını haradan biləcək? Molekullar düşünə bilərmi? DNT qərarlı  bir kimyəvi molekul deyil və təmir mexanizmi olmadan kimyəvi oksidasyon və digər  əməliyyatlar səbəbiylə asanca zərər görə bilər. Təmir mexanizmi təkamülləşərkən,  milyonlarla il boyunca DNT-nin necə varlığını qoruya bildiyini açıqlaya biləcək  bir mexanizm yoxdur. Milyardlarla illik sözdə təsadüfi mutasiyalar, bu təmir  mexanizmini meydana gətirənə qədər, DNT pozulub parçalara ayrılaraq primitiv şorbaya geri dönəcək.  
 
                    İki molekulun  birlikdə təkamülləşməsi əlbəttə ehtimal xaricidir. Ancaq burada, təkamülçülərin  hələ tək bir DNT-nin və ya tək bir fermentin ortaya çıxışını  açıqlaya bilmədiklərini təkrar xatırlatmaqda fayda vardır. Təkamülçülər bunu  heç bir şəkildə açıqlaya bilməyəcəklər, çünki fermentin DNT-dən, DNT-nin də fermentdən  müstəqil olaraq təsadüfən ortaya çıxması, hətta tək bir fermentin və ya DNT-ni meydana gətirən  zülallardan yalnız birinin təsadüfi meydana gəlməsi qeyri-mümkündür. 
                    Təkamüllə əlaqədar  bütün iddiaları tamamilə dövrə xarici buraxan DNT və ferment ziddiyyəti, təkamülçülər  tərəfindən də qarışıqlıqla qarşılanır. American Biology Teacher Jurnalı  yazıçılarından Amerikalı təkamülçü Frank B. Salisbury, bütün bunların təkamüllü  şərhinin qeyri-mümkün olduğunu bu sözlərlə etiraf etmək məcburiyyətində  qalmışdır:
                    Həyatın mənşəyi  ilə əlaqədar fikirlərimiz, zamanın axışı ilə radikal olaraq dəyişmək məcburiyyətində  qalacaq. Problem olan yalnız gen deyil: Tək bir canlı hüceyrəsini meydana gətirmək  üçün meydana gəlməsi lazım olan sistemi bir düşünün! Köçürülən DNT  molekullarının primitiv formada meydana gəldiyini danışıb dayanmaq gözəldir, amma müasir  hüceyrələrdə bu köçürülməyə uyğun fermentlərin varlığını tələb edir. Hətta, DNT öz-özünə  bir şey bacara bilmir. Varlığının tək səbəbi, içində daşıdığı məlumat və zülal  fermentlərinin istehsalında istifadə edilməsidir. İndi RNT, DNT sintezi üçün lazımlı olan fermentləri,  ribozomları, amin turşularını aktiv edə bilmək üçün lazımlı olan fermentləri  və transfer RNT molekullarını diqqətə alacaq olsaq, DNT və ferment arasındakı əlaqə olduqca  kompleksdir.... Sanki hər şey bir dəfədə meydana gəlmişdir: Bütün sistem yalnız  bir-bir olaraq meydana gəlmişdir, yoxsa hər şey tamamilə mənasızlaşar. Bu ikiləmi  həll edəcək müxtəlif yollar olmalı, amma bunu indi görə bilmirəm.
                    Yaradılış  Araşdırma İnstitutunun (Institute of Creation Research) başçısı Duana  T. Gish isə, DNT və DNT fermentləri mövzusunda hər hansı bir təkamüllü keçmiş  ola bilməyəcəyini bu sözlərlə ifadə edir: 
                    Əslində, canlı  bir hüceyrə içindəki bir çox metabolik fəaliyyətin hüceyrənin varlığı üçün zəruri  olmasına və bu fəaliyyətlərin haradasa hamısının fermentlərdən asılı olmasına  baxmayaraq, fermentlərin canlı orqanizmlərdən əvvəl ortaya çıxmış olması böyük  bir fəlakət olacaq. Məsələn, zülalın hidrolizini və ya dağıtmasını katalizə edən ferment  olan proteolitik fermentin (proteaz) bir şəkildə primitiv dünyada nəzəri  primitiv şorba içində  meydana gəldiyini fərz edək. Bu tamamən bir fəlakət  olar, çünki bu ferment gördüyü bütün zülalları xoşbəxt bir şəkildə böyük bir  sürətlə katalizə edəcək və geridə heç bir zülal  buraxmayacaq. Eyni şəkildə, RNaz (reoksiribonükleaz) bütün RNt-ləri, DNaz  (deoksiribonükleaz) bütün DNT-ləri, diaminazlar bütün aminləri,  dikarboksilazlar bütün karboksil turşuları və s. aradan qaldıracaq. İç quruluşu  tamamilə nizamlanmış canlı bir hüceyrənin  xaricindəki bütün varlıqları tamamilə yıxıb yox edici olan bu maddələr, necə  "seçilmiş" ola bilərlər? 
                    Həyatın mənşəyi  ilə əlaqədar olaraq təbii seleksiyanın edə biləcəyi bir şeyin olması  qeyri-mümkündür. Açıqca belə bir şey yoxdur və bu səbəblə natüralist, mexaniki əməliyyatlarla  reallaşan həyatın mənşəyi ehtimalı tamamilə qeyri-mümkündür. 
                    Vaşinqton  Carnegie İnstitutu Başçısı Dr. Caryl P. Haskins isə, bir təkamülçü olmasına baxmayaraq,  bir-biriylə əlaqəli bu iki kompleks sistemin təsadüfən təkamülləşmiş olmasının  qeyri-mümkün olduğunu açıqca etiraf edir: 
                    Biokimyasal  genetik mövzusundakı ən böyük təkamül sualı hələ cavablanmamışdır. Genetik kod  ilk olaraq necə ortaya çıxdı və təkamülləşdi? Və bundan əvvəl, həll etmələri  lazım olan bir gələcək dayanarkən, yer üzündə həyat necə meydana gəldi?... Həqiqət budur ki, bu gün  yaşayan bütün orqanizmlərdə həm DNT-nin köçürülmə əməliyyatı  həm də DNT-nin kodunun təsirli  tərcüməsi, çox xüsusi fermentlər tələb edir. Eyni zamanda, bəhsi keçən  fermentlərin molekulyar strukturları DNT-nin özü tərəfindən  qəti olaraq təyin olunar və bunun necə reallaşdığı da böyük bir təkamüllü sirdir...  Kod və bunun tərcümə edilmə yolları təkamüldə bir andamı  meydana gəlmişdir? Hər iki tərəfin də sahib olduqları böyük komplekslik və həyatda  qala bilmək üçün ikisinin də doğru bir şəkildə koordinasiya olmaları lazım  olduğu diqqətə alındığında, beləsinə bir təsadüfün meydana gəlməsi haradasa  inanılmazdır. Darvin əvvəlində olsaydı, bu bilməcə qətiliklə xüsusi bir  yaradılışın ən böyük dəlili olaraq təqdim ediləcəkdi. 
                    Bəhs edilən iki  kompleks quruluşdur. Təkamülçülər yalnız fermentlərin meydana gəlməsini deyil,  fermenti meydana gətirən amin turşularının doğru bir sıralama ilə birləşərək  zülalı meydana gətirməsini belə açıqlaya bilməmişlər. DNT-nin meydana gəlməsinin açıqlamasının isə yanına belə  yaxınlaşa bilməmişlər. Bu iki kompleks quruluşun bir yumurta-toyuq dövrünü  xatırladan şəkildə asılı hərəkət  etmələri, bir-birlərinin  istehsalından məsul olmaları, inkişaf edən elmin təkamülçülərə göstərdiyi ən  böyük çətinliklərdən birini meydana gətirmişdir. Əslində, bu,  qarşılaşdıqları bütün kompleks sistemlərə yaradılış xaricində şərh gətirməyə  çalışan, bu mövzuda son dərəcə məntiqsiz və əsassız iddialar ortaya atmaqdan çəkinməyən  təkamülçülərə, mikrobiologiya elminin verə biləcəyi ən böyük dərslərdəndir. Təkamülçülərin,  həm DNT-nin, həm də DNT  fermentlərinin meydana gəlməsi üçün irəli sürə biləcəkləri hər  hansı bir nəzəriyyə, bu mövzuda ortaya ata biləcəkləri hər hansı bir xəyali  mexanizm yoxdur. Qarşı-qarşıya qaldıqları şey, bənzərsiz, çaşdırıcı, həqiqi mənada fövqəladə  bir yaradılış möcüzəsidir. Açıqdır ki; DNT də, fermentlər də, içində olduqları  hüceyrə də, bütün funksiyaları və xüsusiyyətləri ilə tam olaraq olması lazım  olan yerə yerləşdirilmişlər. Bunun yaradılış xaricində bir şərhi ola bilməz.  Allah, bir DNT spiralı içindəki tək bir nükleotidi, onun sahib olduğu  tək bir atomu, onun saniyədə minlərlə kilometr sürətlə hərəkət edən hər bir  elektronunu hər an görür, onları hər an izləyir və hər an nəzarət edir. Allahın  diləməsiylə hər şey mükəmməl bir komplekslik qazanar. Allah istədiyi üçün  sistemlər işlər. İnsan, Allah istədiyi üçün həyatda qalar. İnsanlıq tarixindən  bəri yaradılmış hər insanın hər hüceyrəsində reallaşan hər əməliyyatı bilən  Allahdır. Allah, hər hüceyrədə reallaşan minlərlə reaksiyanı, bu reaksiyaya  daxil olan molekulları və bunları meydana gətirən bütün kiçik parçaları Öz idarəsində  tutan, onları yoxdan var edəndir. Məhz bu səbəblə  yaradılış həqiqətinə qarşı şərh  axtaranlar həmişə çarəsiz qalırlar. Allahın yalnız "Ol" əmri ilə  yaratdığı şeylərə başqa bir şərh gətirə bilməyəcəklərinin özləri də fərqindədirlər.  Allah bir ayəsində sonsuz qüdrətini belə xəbər verər: 
Göyləri və yeri yaradan Odur. O, bir işi etmək istədikdə ona ancaq: “Ol!” – deyər, o da olar. (Bəqərə surəsi, 117)


